AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.10.2021
QEYDİYYAT NÖMRƏSİ
331
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydasının təsdiq edilməsi haqqında” 2002-ci il 26 noyabr tarixli 186 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında” 2003-cü il 13 may tarixli 57 nömrəli, “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 2004-cü il 9 yanvar tarixli 2 nömrəli, “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2004-cü il 1 iyul tarixli 90 nömrəli və “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə” 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 04.11.2021, Nəşr Nömrəsi: 239), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.10.2021, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1198)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.11.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202110300331
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
04.11.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydasının təsdiq edilməsi haqqında” 2002-ci il 26 noyabr tarixli 186 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında” 2003-cü il 13 may tarixli 57 nömrəli, “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 2004-cü il 9 yanvar tarixli 2 nömrəli, “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2004-cü il 1 iyul tarixli 90 nömrəli və “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə” 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 302-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1992-ci il 31 iyul tarixli 94 nömrəli, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 25 iyul tarixli 622 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın təsdiq edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 371 nömrəli, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 276 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 11 iyun tarixli 908 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1352 nömrəli Fərmanının 9-cu hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 26 noyabr tarixli 186 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 688; 2015, № 3, maddə 327; 2016, № 2 (II kitab), maddə 387, № 3, maddə 604) ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydası”nın 12-ci hissəsinin birinci cümləsində “yuxarı səhiyyə orqanına” sözləri “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 57 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 5, maddə 243; 2005, № 6, maddə 536; 2006, № 3, maddə 295, № 10, maddə 1705; 2020, № 11, maddə 1415) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.6-cı bənddə “və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, daxili işlər orqanlarının və sanitar nəzarəti” sözləri “, o cümlədən dövlət sanitariya nəzarəti orqanlarının, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və daxili işlər orqanlarının” sözləri ilə əvəz edilsin;

2.2. 3.1-ci bənddə “sanitar xidməti” sözləri “dövlət sanitariya nəzarəti orqanlarının” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 50; 2006, № 9, maddə 828, № 11, maddə 992; 2007, № 2, maddə 185; 2008, № 2, maddələr 115, 130; 2009, № 10, maddə 857; 2010, № 8, maddə 763; 2011, № 12, maddə 1255; 2017, № 4, maddə 663; 2019, № 3, maddə 516; 2020, № 11, maddə 1401; 2021, № 4, maddə 424, № 8, maddə 968) ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.3.1-ci yarımbəndin birinci cümləsində, 2.1.1-ci yarımbəndin ikinci abzasında, 2.1.2-ci yarımbənddə (birinci halda), 2.1.4-cü, 2.1.7-ci, 2.2.6.1-ci, 2.2.6.2-ci yarımbəndlərdə və 2.2.8-ci yarımbəndin birinci cümləsində “Səhiyyə” sözü “Tibb” sözü ilə əvəz edilsin;

3.2. 1.4-cü bəndin birinci cümləsində, 2.2.1.1-ci yarımbəndin “a”, “b”, “ç”, “e”, “i”, “k” (birinci halda), “s”, “ş” abzaslarında, 2.2.2.1-ci yarımbəndin “d”, “ə” abzaslarında, 2.2.2.3-cü yarımbənddə, 2.2.3.1-ci yarımbəndin “b” (hər iki halda), “c”, “ç” abzaslarında, 2.2.7.1-ci yarımbəndin dördüncü abzasında və 2.3-cü bənddə “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;

3.3. 2.2.5.1-ci yarımbənd üzrə:

3.3.1. birinci abzasda “səhiyyə” sözü (birinci halda) “tibb” sözü ilə əvəz edilsin;

3.3.2. həmin yarımbənddəki cədvəlin birinci sütununun adında “Səhiyyə” sözü “Tibb” sözü ilə və səkkizinci sətrində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 90 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 581; 2009, № 8, maddə 675; 2014, № 11, maddə 1510; 2020, № 4, maddə 482) ilə təsdiq edilmiş “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

4.1. 6.10.1-ci yarımbənd üzrə:

4.1.1. birinci abzasa “sanitariya” sözündən sonra “nəzarəti” sözü əlavə edilsin;

4.1.2. ikinci abzasda “xidməti” sözü “xidmət müəssisəsi” sözləri ilə əvəz edilsin;

4.2. 6.10.4-cü yarımbəndin üçüncü abzasında “sanitariya-epidemioloji xidmət” sözləri “dövlət sanitariya nəzarəti” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 583; 2006, № 5, maddə 463; 2008, № 2, maddə 130; 2019, № 3, maddə 516, № 7, maddə 1333; 2020, № 10, maddə 1310, № 11, maddə 1401; 2021, № 4, maddə 424) ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın “İstehsalat, peşə və vəzifələrin adı” sütununda aşağıdakı dəyişikliklər edilsin:

5.1. “XXXVII. Səhiyyə” bölməsi üzrə:

5.1.1. “Sanitariya-epidemioloji müəssisələr” hissəsinin adında “müəssisələr” sözü “xidmət müəssisələri” sözləri ilə əvəz edilsin;

5.1.2. “Aptek müəssisələri (həmçinin səhiyyə və sosial təminat müəssisələrinin ştatlarında olanlar)” hissəsinin adında “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;

5.1.3. “Səhiyyə, sosial təminat və maarif müəssisələrinin tibb işçilərinin ümumi peşələri” hissəsi üzrə:

1. adında, 168-ci, 171-ci və 174-cü bəndlərində “Səhiyyə” sözü “Tibb” sözü ilə əvəz edilsin;

2. 172-ci bənddə “Səhiyyə uşaq” sözləri “Uşaq tibb” sözləri ilə əvəz edilsin;

3. 173-cü bənddə “Səhiyyə” sözü “Tibb” sözü ilə əvəz edilsin və həmin bənddən “tibb” sözü çıxarılsın;

5.2. “XXXVIII. Radioaktiv maddələrlə və ion şüalanma mənbələri ilə işlər” bölməsinin “Açıq radioaktiv mənbələrin tətbiqi ilə işlər” hissəsinin “Qeyd”ində “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sanitar-epidemioloji xidmətinin müvafiq orqanları və idarələri” sözləri “dövlət sanitariya nəzarəti orqanları və sanitariya-epidemioloji xidmət müəssisələri” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 30 oktyabr 2021-ci il

     № 331

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status