Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 2 fevral tarixli 18 nömrəli və “Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il 25 iyul tarixli 167 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Prezidentinin “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 392 nömrəli, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 177-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 20 aprel tarixli 867 nömrəli, “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 204 nömrəli və “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2019-cu il 9 aprel tarixli 613 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 iyul tarixli 1395 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121; 2006, № 1, maddə 59; 2009, № 1, maddə 32, № 10, maddə 846; 2010, № 1, maddə 49; 2012, № 2, maddə 183; 2013, № 6, maddə 738; 2014, № 1, maddə 69, № 2, maddə 201, № 7, maddə 925; 2016, № 4, maddə 772, № 5, maddə 955; 2017, № 3, maddə 478; 2018, № 3, maddə 624, № 8, maddə 1817, № 10, maddə 2174; 2020, № 6, maddə 788; 2021, № 3, maddə 301; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 28 sentyabr tarixli 285 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1-ci bəndin üçüncü abzasından “xüsusi” sözü çıxarılsın;
1.2. 3.2-ci bəndin üçüncü cümləsinə “müfəttişi tərəfindən” sözlərindən sonra “Energetika haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq” sözləri əlavə edilsin;
1.3. 3.2-1-ci bəndə “təqdim etdiyi” sözlərindən sonra “ərizə və” sözləri əlavə edilsin;
1.4. 3.2-1.8-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2-1.9-cu bənd əlavə edilsin:
“3.2-1.9. Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1-18.2.4-cü maddələrində qeyd edilən sənədlər.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 iyul tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 686; 2020, № 5, maddə 644) ilə təsdiq edilmiş “Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.12-ci bəndin birinci cümləsində “ərizəçi” sözü “daşımanı həyata keçirən fiziki və hüquqi şəxslər” sözləri ilə əvəz edilsin;
2.2. 3.5-ci bəndin ikinci cümləsində “təhlükəli tullantıları daşıyan şəxs tərəfindən ərizəçiyə” sözləri “daşıyıcı tərəfindən tullantıların sahibinə (mülkiyyətçisinə)” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 11 noyabr 2021-ci il
№ 348