AZƏRBAYCAN RESPUBLİKASI
İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI
QƏRAR
№ 16
Bakı şəhəri 15 noyabr 2021-ci il
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2021-ci il 24 may tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2021-ci il 24 may tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi Qaydası”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.
3. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu.
Sədr,
İqtisadiyyat naziri
|
Mikayıl Cabbarov
|
|
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2021-ci il 15 noyabr tarixli 16 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
|
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2021-ci il 24 may tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi Qaydası”nda edilmiş dəyişikliklər
1. 2.3-cü bənddə “(un istehsalçıları tərəfindən satılmış unun və ya satışı həyata keçirilmiş emal edilmiş un məmulatlarının istehsalına yönəldilmiş unun hər tonunu 35 (otuz beş) manat subsidiya məbləğinə vurmaqla)” sözləri “(Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 16 fevral tarixli 37 nömrəli Qərarının 1-ci və 1-1-ci hissələrində müəyyən edilmiş qaydada)” sözləri ilə əvəz edilsin və “icmallaşdırılmasını” sözündən sonra “, habelə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilməsini” sözləri əlavə edilsin.
2. 3.1-ci bənddə “yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri çıxarılsın.
3. 3.2-ci bənddə “un istehsalçılarının bank hesablarına” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin hesabına” sözləri ilə əvəz edilsin.
4. Aşağıdakı məzmunda 3.3-cü bənd əlavə edilsin:
“3.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 2 (iki) bank günü ərzində bu Qaydanın 3.2-ci bəndinə uyğun olaraq ayrılmış subsidiya məbləğlərinin un istehsalçılarının bank hesablarına köçürülməsini həyata keçirir.”.
5. Həmin Qaydaya 2 nömrəli əlavədə “Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri “Nazirliyinin” sözləri ilə əvəz edilsin.