AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
20.11.2021
QEYDİYYAT NÖMRƏSİ
363
ADI
“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 25.11.2021, Nəşr Nömrəsi: 255), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30.11.2021, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1286)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.11.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.110.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202111200363
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.11.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44, № 6, maddə 589, № 12, maddə 1118; 2011, № 1, maddə 66, № 9, maddə 854; 2013, № 2, maddə 197, № 10, maddə 1222; 2015, № 8, maddə 962; 2018, № 3, maddə 592, № 6, maddə 1368; 2019, № 4, maddə 786; 2021, № 1, maddə 96) aşağıdakı məzmunda 1-2-ci hissə əlavə edilsin:

“1-2. Mühafizə olunan şəxslərin ölkədaxili səfərləri zamanı təhlükəsizliyi təmin edən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının mehmanxana xərcləri təqdim edilmiş təsdiqedici sənədlərə əsasən faktiki xərclərə uyğun olaraq ödənilir.”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 20 noyabr 2021-ci il

     № 363

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status