×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.12.2021
QEYDİYYAT NÖMRƏSİ
382
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli, “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsi və onun aparatı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsinin aparatının nümunəvi strukturu”nun təsdiq edilməsi barədə” 2017-ci il 13 oktyabr tarixli 429 nömrəli və “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 13 oktyabr tarixli 430 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 08.12.2021, Nəşr Nömrəsi: 266), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.12.2021, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1508)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.12.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
430.030.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202112040382
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.12.2021

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli, “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsi və onun aparatı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsinin aparatının nümunəvi strukturu”nun təsdiq edilməsi barədə” 2017-ci il 13 oktyabr tarixli 429 nömrəli və “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 13 oktyabr tarixli 430 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikası Prezidentinin “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” 2017-ci il 26 yanvar tarixli 1217 nömrəli, “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 5 sentyabr tarixli 1588 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli fərmanlarında və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyul tarixli 1409 nömrəli Fərmanının 7.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115; 2009, № 2, maddə 153, № 4, maddə 282, № 7, maddələr 605, 610, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912, № 11, maddə 1040; 2011, № 1, maddə 66, № 5, maddə 446, № 9, maddələr 856, 862; 2012, № 5, maddə 479, № 8, maddə 818, № 10, maddə 1027, № 11, maddə 1205; 2013, № 1, maddə 74, № 8, maddələr 1014, 1037; 2014, № 1, maddə 69, № 3, maddə 313, № 6, maddə 736, № 7, maddə 919, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 611, № 6, maddə 800, № 11, maddə 1414; 2016, № 1, maddə 171, № 2 (II kitab), maddə 382, № 3, maddə 608, № 4, maddələr 782, 831, № 5, maddə 955, № 7, maddə 1343, № 8, maddələr 1440, 1450, № 9, maddələr 1584, 1585, 1587, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 282, 296, 311, № 5, maddə 972, № 8, maddə 1611, № 10, maddələr 1921, 1922, № 11, maddə 2186; 2018, № 2, maddə 336, № 3, maddələr 578, 625, 631, № 7 (II kitab), maddə 1655, № 10, maddələr 2142, 2161; 2019, № 1, maddə 160, № 3, maddələr 529, 563, 565, № 4, maddə 743, № 5, maddələr 944, 972, № 12, maddələr 2064, 2068, 2106; 2020, № 2, maddə 204, № 5, maddə 652, № 10, maddə 1306, № 11, maddə 1413; 2021, № 2, maddə 203, № 3, maddə 276, № 4, maddə 420, № 6 (IV kitab), maddə 695; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 19 noyabr tarixli 357 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları” sətri “Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinin aparatları” sətri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsi və onun aparatı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsinin aparatının nümunəvi strukturu”nun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 13 oktyabr tarixli 429 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1892) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adından (hər iki halda), preambuladan, 1-ci və 2-ci hissələrdən “fəaliyyət göstərən səfirlik və konsulluqlarında” sözləri çıxarılsın;

2.2. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsi və onun aparatı haqqında Əsasnamə” üzrə:

2.2.1. adından, 1.1-ci (hər iki halda) və 2.1-ci bəndlərdən “fəaliyyət göstərən səfirlik və konsulluqlarında” sözləri çıxarılsın;

2.2.2. 1.2-ci bənddə “müvafiq səfirlik və konsulluğun yerləşdiyi” sözləri “təyin olunduğu” sözləri ilə əvəz edilsin;

2.2.3. 1.3-cü bənddə “(xarici ölkədəki səfirlik və ya konsulluğun adı)” sözləri “(Azərbaycan Respublikasının səfirliyi və ya konsulluğunun mövcud olduğu ölkə üzrə təyin olunduğu səfirlik və ya konsulluğun adı, Azərbaycan Respublikasının səfirlik və ya konsulluğunun mövcud olmadığı ölkə üzrə isə müvafiq ölkənin adı)” sözləri ilə əvəz edilsin;

2.2.4. 6.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“6.3. Ticarət nümayəndəsi Azərbaycan Respublikasının səfirlik və ya konsulluğunun mövcud olduğu ölkələrdə müvafiq səfirlik və ya konsulluqda təyin olunur və öz funksiyalarını təyin olunduğu səfirlik və ya konsulluğun tərkibində həyata keçirir, Azərbaycan Respublikasının səfirlik və ya konsulluğunun mövcud olmadığı ölkələrdə isə ayrıca fəaliyyət göstərir.”;

2.2.5. 6.8-ci bəndə “təyin olunduğu” sözlərindən sonra “ölkə,” sözü əlavə edilsin;

2.3. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsinin aparatının nümunəvi strukturu”nun adından “fəaliyyət göstərən səfirlik və konsulluqlarında” sözləri çıxarılsın.

3. “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 13 oktyabr tarixli 430 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1893) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adından, preambuladan və ikinci abzasdan “fəaliyyət göstərən səfirlik və konsulluqlarında” sözləri çıxarılsın;

3.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi Qaydası” üzrə:

3.2.1. adından “fəaliyyət göstərən səfirlik və konsulluqlarında” sözləri çıxarılsın;

3.2.2. 1.1-ci bəndin birinci cümləsindən “fəaliyyət göstərən səfirlik və konsulluqlarında” (hər iki halda) və “(bundan sonra - diplomatik nümayəndəliklərdə)” sözləri çıxarılsın, həmin bəndin ikinci cümləsində “diplomatik nümayəndəliklərdə” sözləri “təyin olunduqları ölkələrdə” sözləri ilə əvəz edilsin;

3.2.3. 1.2-ci bəndə “təyin olunduğu” sözlərindən sonra “ölkə,” sözü əlavə edilsin;

3.2.4. 2.1-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Ticarət nümayəndəsinin əməkhaqqı Azərbaycan Respublikasının səfirlik və ya konsulluğunun mövcud olduğu ölkələr üzrə onun təyin olunduğu səfirlikdə səfirin əməkhaqqının 90 faizi, konsulluqda həmin ölkədə fəaliyyət göstərən səfirin əməkhaqqının 85 faizi məbləğində müəyyən edilir, Azərbaycan Respublikasının səfirlik və ya konsulluğunun mövcud olmadığı ölkələr üzrə isə müvafiq ölkədə ticarət nümayəndəsi təyin olunduqdan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.”;

3.2.5. 2.2-ci bənddə “diplomatik nümayəndəliyə” sözləri “ölkəyə” sözü ilə əvəz edilsin;

3.2.6. 2.3-cü bənddə və 3.1-ci bəndin birinci cümləsində “diplomatik nümayəndəliklərdə” sözləri “ölkələrdə” sözü ilə əvəz edilsin;

3.2.7. 3.2-ci bənddə “ticarət nümayəndəsinin təyin olunduğu diplomatik nümayəndəliyin yerləşdiyi” sözləri “ticarət nümayəndəsi aparatının yerləşdiyi” sözləri ilə əvəz edilsin;

3.2.8. 4.1-ci və 4.3-cü bəndlərdə “Diplomatik nümayəndəliklərə” sözləri “Xarici ölkələrə” sözləri ilə əvəz edilsin;

3.2.9. 5.1-ci bənddən “diplomatik nümayəndəliklərin yerləşdiyi” sözləri çıxarılsın;

3.2.10. 5.2-ci bənddə “diplomatik nümayəndəliklərin yerləşdiyi” sözləri “təyin olunduqları” sözləri ilə əvəz edilsin;

3.2.11. 5.7-ci bəndin birinci cümləsində “onların təyin olunduğu diplomatik nümayəndəliyin” və həmin bəndin ikinci cümləsində “diplomatik nümayəndəliyin” sözləri “ticarət nümayəndəsi aparatının” sözləri ilə əvəz edilsin;

3.2.12. 5.8-ci bəndin ikinci cümləsindən “diplomatik nümayəndəliyin yerləşdiyi” sözləri çıxarılsın;

3.2.13. 8.1-ci bəndin ikinci cümləsində “diplomatik nümayəndəliyin yerləşdiyi” sözləri “ticarət nümayəndəsinin təyin olunduğu” sözləri ilə əvəz edilsin;

3.3. həmin Qaydaya 1, 2 və 3 nömrəli əlavələrin yuxarı sağ küncündən və adından, 4 nömrəli əlavənin yuxarı sağ küncündən “fəaliyyət göstərən səfirlik və konsulluqlarında” sözləri çıxarılsın.

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 4 dekabr 2021-ci il

№ 382

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status