AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
06.12.2021
QEYDİYYAT NÖMRƏSİ
384
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 6 aprel tarixli 102 nömrəli, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli, “Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər”in, “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in və “İnformasiya sistemlərinin “Lisenziyalar və icazələr” portalına inteqrasiyası üçün texniki tələblər”in təsdiq edilməsi haqqında” 2017- ci il 29 dekabr tarixli 615 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında” 2020-ci il 17 fevral tarixli 49 nömrəli və “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nın təsdiq edilməsi və “Hökumət buludu” ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 10.12.2021, Nəşr Nömrəsi: 268), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.12.2021, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1510)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.12.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202112060384
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.12.2021
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 6 aprel tarixli 102 nömrəli, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli, “Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər”in, “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in və “İnformasiya sistemlərinin “Lisenziyalar və icazələr” portalına inteqrasiyası üçün texniki tələblər”in təsdiq edilməsi haqqında” 2017- ci il 29 dekabr tarixli 615 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında” 2020-ci il 17 fevral tarixli 49 nömrəli və “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nın təsdiq edilməsi və “Hökumət buludu” ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanının 2.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 102 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 470; 2017, № 10, maddə 1927, № 12 (II kitab), maddə 2477; 2020, № 10, maddə 1312) ilə təsdiq edilmiş “Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.2-ci bəndə “Agentliyi” sözündən sonra “, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri əlavə edilsin;

1.2. 3.6.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.6.4-cü yarımbənd əlavə edilsin:

“3.6.4. Şuşa şəhərinin ərazisində milli mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı və təşviqi məqsədilə görülmüş tədbirlər, həyata keçirilən və maliyyələşdirilən layihələr, mədəniyyət sahəsində həyata keçirilən dövlət monitorinqləri, mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə bağlanılmış mühafizə müqavilələri, ərazidə aparılmasına icazə verilmiş arxeoloji qazıntılar və elmi tədqiqat işləri, onların hesabatı, xarici dövlətlərdə həyata keçirilən mədəniyyət tədbirləri, dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işləri barədə məlumatların yerləşdirilməsi üzrə – Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1233; 2016, № 8, maddə 1434, № 10, maddə 1718; 2017, № 2, maddə 317, № 5, maddə 993, № 10, maddə 1927, № 12 (II kitab), maddələr 2485, 2540; 2018, № 4, maddə 790, № 8, maddə 1803, № 10, maddə 2167; 2019, № 3, maddələr 555, 566, № 5, maddə 967, № 7, maddə 1325; 2021, № 3, maddə 296) ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 4.1.4-1-ci yarımbənd əlavə edilsin:

“4.1.4-1. daşınmaz əmlakın dünya, ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi olub-olmaması barədə məlumat;

2.2. həmin Təlimata 1 nömrəli əlavə – “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair Arayış”a “Hüquqmüəyyənedici sənəd haqqında məlumat” bölməsindən sonra aşağıdakı məzmunda yeni bölmə əlavə edilsin:

“Daşınmaz əmlakın dünya, ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi olub-olmaması barədə məlumat

 

 

”;

 

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 615 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2560; 2018, № 11, maddə 2433, № 12 (II kitab), maddə 2726; 2019, № 1, maddə 165, № 3, maddələr 558, 566; 2021, № 3, maddə 294) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər”ə aşağıdakı məzmunda 32-ci hissə əlavə edilsin:

 

32.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

2022-ci il

 

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 fevral tarixli 49 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 200) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü”nün “2. Dövlət Xidmətinin Şabran Regional İdarəsi” bölməsinin 10-cu sətrinə “Şuşa” sözündən sonra “(Şuşa şəhərinin ərazisi istisna olmaqla)” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1316; 2021, № 2, maddə 203, № 4, maddələr 416, 418; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 sentyabr tarixli 264 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nın 6-cı hissəsinə aşağıdakı məzmunda 90-cı sətir əlavə edilsin:

 

90.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 6 dekabr 2021-ci il

                        № 384

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status