AKTIN NÖVÜ
İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
06.12.2021
QEYDİYYAT NÖMRƏSİ
17
ADI
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 25 aprel tarixli 02 nömrəli Qərarında, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə bağlı bir sıra sənədlərin təsdiq edilməsi barədə” 2016-cı il 26 iyul tarixli 1617050000008600 nömrəli, “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli və “Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş bir sıra sənədlərin formalarının və tərtib edilməsi qaydalarının təsdiq edilməsi barədə” 2017-ci il 27 yanvar tarixli 1717050000006200 nömrəli qərarlarında dəyişiklik edilməsi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin 2006-cı il 26 dekabr tarixli 644 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac edilən şərab və şərab məhsullarının, meyvə və tərəvəz şirələrinin keyfiyyətinə nəzarətin həyata keçirilməsi Qaydaları”nın ləğv edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
21.12.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.030.000
010.180.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15202112060017
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
20.12.2021

AZƏRBAYCAN RESPUBLİKASI

İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI

 

QƏRAR

 

№ 17

 

Bakı şəhəri                                                                                                    6 dekabr 2021-ci il

 

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 25 aprel tarixli 02 nömrəli Qərarında, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə bağlı bir sıra sənədlərin təsdiq edilməsi barədə” 2016-cı il 26 iyul tarixli 1617050000008600 nömrəli, “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli və “Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş bir sıra sənədlərin formalarının və tərtib edilməsi qaydalarının təsdiq edilməsi barədə” 2017-ci il 27 yanvar tarixli 1717050000006200 nömrəli qərarlarında dəyişiklik edilməsi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin 2006-cı il 26 dekabr tarixli 644 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac edilən şərab və şərab məhsullarının, meyvə və tərəvəz şirələrinin keyfiyyətinə nəzarətin həyata keçirilməsi Qaydaları”nın ləğv edilməsi haqqında

 

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2021-ci il tarixli 429s nömrəli Sərəncamının 5-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 25 aprel tarixli 02 nömrəli Qərarında, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə bağlı bir sıra sənədlərin təsdiq edilməsi barədə” 2016-cı il 26 iyul tarixli 1617050000008600 nömrəli, “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli və “Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş bir sıra sənədlərin formalarının və tərtib edilməsi qaydalarının təsdiq edilməsi barədə” 2017-ci il 27 yanvar tarixli 1717050000006200 nömrəli qərarlarında dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin 2006-cı il 26 dekabr tarixli 644 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 2007-ci il 12 yanvar tarixli 3275 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac edilən şərab və şərab məhsullarının, meyvə və tərəvəz şirələrinin keyfiyyətinə nəzarətin həyata keçirilməsi Qaydaları” ləğv edilsin.

3. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

4. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu.

 

Sədr,

İqtisadiyyat naziri 

Mikayıl Cabbarov

 


 

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin

Kollegiyasının 2021-ci il 6 dekabr tarixli 17 nömrəli

Qərarı ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 25 aprel tarixli 02 nömrəli Qərarında, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə bağlı bir sıra sənədlərin təsdiq edilməsi barədə” 2016-cı il 26 iyul tarixli 1617050000008600 nömrəli, “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli və “Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş bir sıra sənədlərin formalarının və tərtib edilməsi qaydalarının təsdiq edilməsi barədə” 2017-ci il 27 yanvar tarixli 1717050000006200 nömrəli qərarlarında dəyişikliklər

 

1. “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının 2012-ci il 25 aprel tarixli 02 nömrəli Qərarı üzrə:

1.1. 4-cü hissədə “İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayevə” sözləri  “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə” sözləri ilə, “Nazirliyinin” sözü “Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri ilə, “qurumlar” sözü “qurum” sözü ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları” üzrə:

1.2.1. 1.2-ci bənddə “Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi” sözləri Antiinhisar və İstehlak Bazarına Nəzarət” sözləri ilə əvəz edilsin;

1.2.2. 1.3-cü bənddə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin” sözləri “Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin;

1.2.3. Qaydalara 1 nömrəli əlavədə “NAZİRLİYİ” sözündən sonra “ANTİİNHİSAR VƏ İSTEHLAK BAZARINA NƏZARƏT DÖVLƏT XİDMƏTİ” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 26 iyul tarixli 1617050000008600 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”nin forması üzrə:

2.1. 2.1.1-ci yarımbənddə “Çağrı Mərkəzi (195-1)” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzi (bundan sonra – Çağrı Mərkəzi)” sözləri ilə əvəz edilsin;

2.2. 3.2.3-cü yarımbənddə “Çağrı Mərkəzi (195-1)” sözləri “Çağrı Mərkəzi” sözləri ilə əvəz edilsin.

3. “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı üzrə:

3.1. həmin Qərarla təsdiq edilmiş “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”a 2, 3 və 8 nömrəli əlavələrdə “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Nümunəvi vergi ödəyicisinin müəyyən edilməsi və imtiyazların verilməsi Qaydaları” üzrə:

3.2.1. 3.0.4-cü yarımbənddə “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti)” sözləri “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin;

3.2.2. 4.1-ci bənddə “Dövlət Vergi Xidmətinin” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti)” sözləri ilə əvəz edilsin;

3.3. həmin Qərarla təsdiq edilmiş “Vergi ödəyicilərinin telefon vasitəsi ilə əlaqə yaradılaraq məlumatlandırılması (Outbound Call Centre) Qaydaları” üzrə:

3.3.1. 1.2-ci bənddə “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti)” sözləri “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin;

3.3.2. 1.5.1-ci yarımbənddə “Dövlət Vergi Xidməti” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti)” sözləri ilə əvəz edilsin;

3.4. həmin Qərarla təsdiq edilmiş “Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi Qaydaları” üzrə:

3.4.1. 3.3.3-cü yarımbənddə “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti)” sözləri “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin;

3.4.2. 3.3.5-ci yarımbənddə “Dövlət Vergi Xidmətinin” (birinci halda) sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti)” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatının aparılması qaydası”na 2 nömrəli əlavədə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1)” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə” sözləri ilə əvəz edilsin.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status