×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
06.12.2021
QEYDİYYAT NÖMRƏSİ
19
ADI
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Kollegiyasının “Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli, 865 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin 4.3-cü bəndində, 7.1.6-cı və 7.1.17-ci yarımbəndlərində nəzərdə tutulmuş sənədlərin təsdiq edilməsi barədə” 2015-ci il 22 yanvar tarixli 2 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
21.12.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15202112060019
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
20.12.2021

AZƏRBAYCAN RESPUBLİKASI

İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI

 

QƏRAR

 

№ 19

 

Bakı şəhəri

6 dekabr 2021-ci il

 

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Kollegiyasının “Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli, 865 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin

4.3-cü bəndində, 7.1.6-cı və 7.1.17-ci yarımbəndlərində nəzərdə tutulmuş

sənədlərin təsdiq edilməsi barədə” 2015-ci il 22 yanvar tarixli 2 nömrəli Qərarında

dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli 1348 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” 5 iyun 2021-ci il tarixli 333s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası

 

 

QƏRARA ALIR:

 

 

1.   Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Kollegiyasının “Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli, 865 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin 4.3-cü bəndində, 7.1.6-cı və 7.1.17-ci yarımbəndlərində nəzərdə tutulmuş sənədlərin təsdiq edilməsi barədə” 2015-ci il 22 yanvar tarixli 2 nömrəli Qərarında dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2.     Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

3.     Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

4.     Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu.

 

Sədr,

İqtisadiyyat naziri

 

Mikayıl Cabbarov


 

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin

kollegiyasının 2021-ci il “6” dekabr tarixli

19 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

 

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Kollegiyasının

“Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli, 865 nömrəli

Fərmanı ilə təsdiq olunmuş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin

4.3-cü bəndində, 7.1.6-cı və 7.1.17-ci yarımbəndlərində nəzərdə tutulmuş

sənədlərin təsdiq edilməsi barədə” 2015-ci il 22 yanvar tarixli 2 nömrəli

Qərarında dəyişikliklər

 

1.  2-ci hissədə rezidentlərinin” sözündən sonra “, habelə qeyri-rezidentlərinin” sözləri əlavə edilsin.

2.  Həmin Qərarla təsdiq edilmiş “Sənaye parkının rezidentlərinin fəaliyyətləri haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi Qaydası” üzrə:

2.1. adında “rezidentlərinin” sözündən sonra “, habelə qeyri-rezidentlərinin” sözləri əlavə edilsin;

2.2. 1.1-ci bənddə “rezidentlərinin (bundan sonra - rezident)” sözləri “rezidentlərinin, habelə qeyri-rezidentlərinin (bundan sonra – rezident, habelə qeyri-rezident)” sözləri ilə əvəz edilsin;

2.3. 1.2-ci, 2.7-ci bəndlərdə, 2-ci və 3-cü hissələrin adlarında ismin müvafiq hallarında “Rezident” sözündən sonra ismin müvafiq hallarında “, habelə qeyri-rezident” sözləri əlavə edilsin;

2.4. 1.3-cü (hər üç halda), 2.2-ci, 2.5-ci (hər iki halda), 2.8-ci, 3.3-cü (hər üç halda), 3.4-cü, 3.5-ci bəndlərdə və 2.3.2-ci, 2.3.4-cü yarımbəndlərdə ismin müvafiq hallarında “rezident” sözündən sonra ismin müvafiq hallarında “, habelə qeyri-rezident” sözləri əlavə edilsin;

2.5.   2.3.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.3.1. rezidentin, habelə qeyri-rezidentin adı və rezidentin sənaye parkının qeydiyyat şəhadətnaməsinin nömrəsi;”;

2.6.   2.6-cı bəndin birinci cümləsində “Rezident” sözündən sonra “, habelə qeyri-rezident” sözləri, “rezidentə” sözündən sonra “, habelə qeyri-rezidentə” sözləri, ikinci cümləsində  “rezident” sözündən sonra “, habelə qeyri-rezident” sözləri əlavə edilsin;

2.7.   3.1-ci bənddə “Rezidentin” sözündən sonra “, habelə qeyri-rezidentin” sözləri,  “rezident” sözündən sonra “, habelə qeyri-rezident” sözləri əlavə edilsin;

2.8.   3.6-cı bəndin birinci cümləsində “Rezident” sözündən sonra “, habelə qeyri-rezident” sözləri, ikinci cümləsində “rezident” sözündən sonra “, habelə qeyri-rezident” sözləri əlavə edilsin;

3.  Həmin Qərarla təsdiq edilmiş “Sənaye parkının operatoru tərəfindən sənaye parkında həyata keçirilən fəaliyyət haqqında yarımillik hesabatların, habelə öz fəaliyyətinin kənar auditor hesabatının sənaye parkının idarəedici təşkilatına təqdim edilməsi Qaydası” üzrə:

3.1.   2.3.5-ci və 2.3.7-ci yarımbəndlərdə “rezidentləri” sözündən sonra “, habelə qeyri-rezidentləri” sözləri əlavə edilsin;

3.2.   2.3.6-cı yarımbənddə “rezidentlərindən” sözündən sonra “, habelə qeyri-rezidentlərindən” sözləri əlavə edilsin.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status