AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
17.12.2021
QEYDİYYAT NÖMRƏSİ
394
ADI
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 18.12.2021, Nəşr Nömrəsi: 275), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.12.2021, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1518)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.12.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.110.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202112170394
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
21.12.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 191, № 6, maddə 388, № 8, maddə 534; 2002, № 3, maddə 148, № 4 (II kitab), maddə 199; 2003, № 6, maddə 342; 2006, № 5, maddə 474, № 9, maddələr 819, 830; 2008, № 2, maddə 130; 2009, № 7, maddə 604; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1356; 2016, № 4, maddə 824, № 7, maddə 1343, № 9, maddə 1585, № 11, maddə 1976; 2017, № 2, maddə 306, № 4, maddə 610, № 5, maddə 994; 2019, № 9, maddə 1552; 2020, № 10, maddə 1295, № 11, maddə 1397; 2021, № 3, maddə 275, № 4, maddə 404, № 7, maddələr 871, 875; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 6 oktyabr tarixli 295 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na aşağıdakı məzmunda 3.2.9-1-ci yarımbənd əlavə edilsin:

“3.2.9-1. sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı şəhidin ailə üzvlərinə üstünlük verilir;”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 17 dekabr 2021-ci il

     № 394

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status