×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
23.12.2021
QEYDİYYAT NÖMRƏSİ
409
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında” 2011-ci il 4 may tarixli 67 nömrəli, “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 15 yanvar tarixli 5 nömrəli, “Tutulmuş və ya həbs edilmiş şəxslərin yemək və maddi-məişət normalarının təsdiq edilməsi haqqında” 2013-cü il 18 fevral tarixli 22 nömrəli, “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nin təsdiq edilməsi haqqında” 2015-ci il 21 aprel tarixli 114 nömrəli və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 26.12.2021, Nəşr Nömrəsi: 282), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.12.2021, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1533)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.07.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
142021122300409
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.12.2021

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında” 2011-ci il 4 may tarixli 67 nömrəli, “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 15 yanvar tarixli 5 nömrəli, “Tutulmuş və ya həbs edilmiş şəxslərin yemək və maddi-məişət normalarının təsdiq edilməsi haqqında” 2013-cü il 18 fevral tarixli 22 nömrəli, “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nin təsdiq edilməsi haqqında” 2015-ci il 21 aprel tarixli 114 nömrəli və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 346-VIQD nömrəli Qanununun tətbiqi və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 avqust tarixli 1424 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 441; 2014, № 2, maddə 213; 2017, № 4, maddə 620; 2019, № 3, maddə 514, № 4, maddə 761; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 19 noyabr tarixli 360 nömrəli və 25 noyabr tarixli 368 nömrəli qərarları) ilə təsdiq edilmiş 4 nömrəli əlavə - “Fövqəladə hallar orqanlarının başqa yerə daimi xidmətə keçirilmiş əməkdaşlarına və onların ailə üzvlərinə yeni xidmətkeçmə yerinə köçmə xərcinin və birdəfəlik kompensasiyaların miqdarı və ödənilməsi Qaydası”nın 10.3-cü bəndində “I və II dərəcə əlilliyi olan” sözləri “orqanizminin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 1, maddə 66; 2016, № 7, maddə 1343; 2019, № 12, maddə 2049; 2020, № 11, maddə 1410, № 12 (V kitab), maddə 1618; 2021, № 3, maddə 273, № 9, maddə 1085) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın 1.9-cu bəndinin ikinci cümləsində “sağlamlıq imkanları məhdud uşaq” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxs” sözləri ilə, “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 192, № 10, maddə 1226; 2019, № 3, maddə 514) ilə təsdiq edilmiş 12 nömrəli əlavə – “Müalicə müəssisələrində müalicə olunan həbs edilmiş şəxslərin gündəlik ərzaq Normaları”nın 3-cü sütununun adında “I və II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 114 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 606; 2017, № 6, maddə 1236; 2019, № 6, maddə 1167; 2021, № 7, maddə 871; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 15 oktyabr tarixli 311 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nin 3.6.2-ci yarımbəndində “əlillik dərəcəsi” sözləri “əlilliyi” sözü ilə əvəz edilsin.

5. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 668, 679, 683, № 7, maddələr 872, 890, 891, № 8, maddələr 957, 971, № 9, maddələr 1051, 1079; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 15 oktyabr tarixli 313 nömrəli Qərarı) 2.5-2-1.1-ci yarımbəndində “sağlamlıq imkanları məhdud” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.

6. Bu Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 23 dekabr 2021-ci il

№ 409

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status