×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
23.12.2021
QEYDİYYAT NÖMRƏSİ
410
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi və ədliyyə orqanlarının işçiləri üçün elmi dərəcəyə görə əlavələrin müəyyən edilməsi haqqında” 2007-ci il 6 fevral tarixli 23 nömrəli, “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” 2007-ci il 27 dekabr tarixli 210 nömrəli, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin manevr fondu yaşayış sahəsi ilə təmin olunma qaydası və həmin manevr fondu yaşayış sahələrində yaşamaq müddətinin artırılmasının müstəsna halları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 18 aprel tarixli 91 nömrəli, “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2009-cu il 5 fevral tarixli 22 nömrəli və “Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2011-ci il 11 fevral tarixli 29 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 26.12.2021, Nəşr Nömrəsi: 282), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.12.2021, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1534)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.07.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202112230410
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.12.2021

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi və ədliyyə orqanlarının işçiləri üçün elmi dərəcəyə görə əlavələrin müəyyən edilməsi haqqında” 2007-ci il 6 fevral tarixli 23 nömrəli, “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” 2007-ci il 27 dekabr tarixli 210 nömrəli, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin manevr fondu yaşayış sahəsi ilə təmin olunma qaydası və həmin manevr fondu yaşayış sahələrində yaşamaq müddətinin artırılmasının müstəsna halları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 18 aprel tarixli 91 nömrəli, “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2009-cu il 5 fevral tarixli 22 nömrəli və “Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2011-ci il 11 fevral tarixli 29 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 346-VIQD nömrəli Qanununun tətbiqi və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 avqust tarixli 1424 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 fevral tarixli 23 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 183; 2010, № 3, maddə 264; 2013, № 4, maddə 448; 2014, № 2, maddə 211; 2018, № 12 (II kitab), maddə 2738; 2019, № 3, maddə 515) ilə təsdiq edilmiş “Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın 11.3- cü bəndində “I və II dərəcə əlilliyi olan” sözləri “orqanizminin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

2. “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1345; 2008, № 8, maddə 787; 2009, № 2, maddə 144, № 10, maddə 859; 2014, № 10, maddə 1330; 2019, № 3, maddə 515) 2-ci hissəsində “I və II dərəcə əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri “Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 aprel tarixli 91 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 311, № 8, maddə 787; 2010, № 4, maddə 359) ilə təsdiq edilmiş “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin manevr fondu yaşayış sahəsi ilə təmin olunma qaydası və həmin manevr fondu yaşayış sahələrində yaşamaq müddətinin artırılmasının müstəsna halları”nın 9.4-cü bəndində “sağlamlıq imkanları məhdud” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

4. “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 145; 2016, № 4, maddə 812; 2018, № 5, maddə 1106; 2019, № 1, maddə 160, № 3, maddə 515; 2020, № 10, maddə 1281; 2021, № 5, maddə 521) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.2.4-cü yarımbənddə “arabaların” sözü “təkərli oturacaqların” sözləri ilə, “araba ilə” sözləri “təkərli oturacaqla” sözləri ilə əvəz edilsin;

4.2. 6.3-cü və 6.4-cü bəndlərdə “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 fevral tarixli 29 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 156; 2013, № 4, maddə 449; 2018, № 12 (II kitab), maddə 2739; 2019, № 3, maddə 514) ilə təsdiq edilmiş “Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın 11.3-cü bəndində “I və II dərəcə əlilliyi olan” sözləri “orqanizminin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

6. Bu Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 23 dekabr 2021-ci il

№ 410

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status