AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
03.12.2021
QEYDİYYAT NÖMRƏSİ
425-VIQD
ADI
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 28.12.2021, Nəşr nömrəsi: 283), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.12.2021, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1322)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.12.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.270.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12202112030425
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.12.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Kontitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1.Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12 (I kitab), maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12 (I kitab), maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190, № 11, maddə 2207, № 12 (I kitab), maddələr 2465, 2516; 2019, № 3, maddə 369, № 5, maddə 790, № 11, maddə 1693, № 12, maddə 1909; 2020, № 5, maddə 506, № 11, maddələr 1324, 1325, № 12 (I kitab), maddələr 1428, 1430; 2021, № 1, maddə 9) 2-ci maddəsinə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” yubiley medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı;

“Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı;”.

Maddə 2. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 dekabr 2021-ci il

                № 425-VIQD


 

 

Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 425-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir

 

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı haqqında

 

ƏSASNAMƏ

 

Maddə 1. Təltif edilən şəxslər

 

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən gömrük orqanlarının əməkdaşları, habelə Azərbaycan Respublikasının gömrük işinin təşkilində, təkmilləşdirilməsində və möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxslər təltif edilirlər.

 

Maddə 2. Təltif edən orqan

 

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.

 

Maddə 3. Taxılma qaydası

 

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

 


 

 

Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 425-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir

 

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

 

Maddə 1. Medalın ümumi təsviri

 

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm və qalınlığı 2,5 mm olan lövhədən ibarətdir.

 

Maddə 2. Medalın ön tərəfi

 

2.1. Medalın ön tərəfinin mərkəzindən yuxarıda sağ və sol hissələri yaşıl rəngli dəfnə çələngləri ilə əhatə olunmuş, qabaritinin hündürlüyü 1,5 mm olan Azərbaycan Respublikası gömrük orqanlarının embleminin elementləri olan qalxan, onun arxasında qılınc və qılıncın aşağı hissəsində açardan ibarət kompozisiya təsvir edilmişdir. Kompozisiyanın sol tərəfində “1992” və sağ tərəfində “2022” rəqəmləri yazılmışdır.

2.2. Bu Qanunun 2.1-ci maddəsində göstərilən kompozisiyanın yuxarı hissəsində qövs boyunca qara rənglə “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı hissəsində isə “DÖVLƏT GÖMRÜK KOMİTƏSİ” sözləri yazılmışdır. “DÖVLƏT GÖMRÜK KOMİTƏSİ” sözləri ilə kompozisiya arasında Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən üçrəngli dekorativ lentin üzərində “30 İL” sözləri yazılmış, “30 İL” sözlərinin altında ağ rəngli aypara və ulduzun, sağ tərəfində isə yaşıl rəngli dəfnə çələnginin təsviri verilmişdir.

2.3. Dəfnə çələngləri, qalxan, qılınc, açar, dekorativ lent, sözlər və rəqəmlər relyeflidir. Mavi və boz rəngli qalxan, qara və bürüncü rəngli elementləri olan qılınc, ağ rəngli açar, mavi, qırmızı və yaşıl mina ilə örtülmüş dekorativ lent, ağ rəngli mina ilə örtülmüş “30 İL” sözləri, aypara və ulduzun təsviri istisna olmaqla digər elementlər qızılı rəngdədir.

 

Maddə 3. Medalın arxa tərəfi

 

3.1. Medalın arxa tərəfinin yuxarı hissəsindən mərkəzə doğru “AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN 30 İLLİYİ” sözləri, aşağı hissəsində isə “1992-2022” rəqəmləri yazılmışdır. Sözlər və rəqəmlər relyefli və qızılı rəngdədir.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində onun seriyası və nömrəsi göstərilir.

 

Maddə 4. Medalın elementləri

 

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin aşağı və yuxarı hissəsində eni 3,5 mm olan qızılı rəngli metal hissə vardır.

4.2. Xara lentdə, kənarlarından mərkəzə doğru ardıcıl olaraq 2 mm enində tünd mavi, 10 mm enində mavi və mərkəzdə 3 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə edilir.

 


 


 

 

Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 425-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir

 

“Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı haqqında

 

ƏSASNAMƏ

 

Maddə 1. Təltif edilən şəxslər

 

1.1. “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə aşağıdakı şəxslər təltif olunurlar:

1.1.1. Azərbaycan Respublikasının gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri;

1.1.2. Azərbaycan Respublikasının gömrük orqanları qarşısında duran vəzifələrin yerinə yetirilməsi işində kömək göstərdiklərinə görə Azərbaycan Respublikasının vətəndaşları;

1.1.3. Azərbaycan Respublikası ilə gömrük işi sahəsində əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə xarici ölkələrin vətəndaşları.

 

Maddə 2. Təltif edən orqan

 

“Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.

 

Maddə 3. Taxılma qaydası

 

“Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

 


 

 

Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 425-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir

 

“Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsviri

 

Maddə 1. Medalın ümumi təsviri

 

“Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, kənarları səkkizguşəli ulduz formalı, diametri 50 mm və qalınlığı 2,5 mm olan lövhədən ibarətdir.

 

Maddə 2. Medalın ön tərəfi

 

2.1. Medalın ön tərəfində dairənin ortasında Azərbaycan Respublikası gömrük orqanlarının embleminin elementləri olan qalxan, onun arxasında qılınc və qılıncın aşağı hissəsində açardan ibarət kompozisiya, dairənin aşağı hissəsində isə sağ və sol tərəflərə istiqamətlənmiş yaşıl rəngli dəfnə çələngləri təsvir edilmişdir.

2.2. Bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulan kompozisiyada çevrə boyunca qara rənglə “GÖMRÜK ORQANLARI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ” sözləri yazılmışdır.

2.3. Dəfnə çələngləri, qalxan, qılınc, açar və sözlər relyeflidir. Mavi və boz rəngli qalxan, qara və bürüncü rəngli elementləri olan qılınc, ağ rəngli açar istisna olmaqla digər elementlər qızılı rəngdədir.

 

Maddə 3. Medalın arxa tərəfi

 

3.1. Medalın arxa tərəfinin mərkəzində qızılı rənglə “GÖMRÜK ORQANLARI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ” sözləri yazılmış, sözlərin aşağı hissəsində isə sağ və sol tərəfə istiqamətlənmiş yaşıl rəngli dəfnə çələngləri təsvir edilmişdir. Sözlər və dəfnə çələngləri relyeflidir.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində onun seriyası və nömrəsi göstərilir.

 

Maddə 4. Medalın elementləri

 

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentdə kənarları 3,5 mm qızılı, ortası bərabər ölçülü mavi, qırmızı və yaşıl çalarlı üfüqi zolaqlar təsvir edilmişdir.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə edilir.

 


 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status