×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.12.2021
QEYDİYYAT NÖMRƏSİ
414
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” 2020-ci il 28 dekabr tarixli 513 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 29.12.2021, Nəşr Nömrəsi: 284), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.12.2021, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1538)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.140.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202112250414
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.12.2021

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” 2020-ci il 28 dekabr tarixli 513 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, daxili bazarda təbii qazın alqı-satqı əməliyyatlarını optimallaşdırmaq və bununla bağlı səmərəli idarəetməni təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” 2020-ci il 28 dekabr tarixli 513 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1614) 1-ci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Müəyyən edilsin ki, bu fəaliyyət üzrə “Azərkontrakt” ASC-nin illik dövriyyəsinin 0,5 faizinədək məbləğdə vəsait onun idarəetmə xərclərinə, o cümlədən maddi-texniki bazasının təkmilləşdirilməsinə, işçilərin əməyinin ödənilməsinə və digər formada maddi həvəsləndirilməsi məqsədlərinə, habelə ölkədə qaz təchizatı ilə əlaqəli proqnoz xarakterli tədqiqatların aparılmasına və müvafiq təkliflərin hazırlanmasına yönəldilir.”.

2. “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinə tapşırılsın ki, ona həvalə edilmiş vəzifələrin icrasını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla yeni ştat cədvəlini bir ay müddətində təsdiq etsin.

3. Bu Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 dekabr 2021-ci il

№ 414

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status