×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.12.2021
QEYDİYYAT NÖMRƏSİ
419
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli və “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 2021-ci il 27 noyabr tarixli 371 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 06.01.2022, Nəşr Nömrəsi: 1), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.12.2021, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1543)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.02.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202112300419
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.01.2022

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli və “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 2021-ci il 27 noyabr tarixli 371 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 668, 679, 683, № 7, maddələr 872, 890, 891, № 8, maddələr 957, 971, № 9, maddələr 1051, 1079, № 10, maddə 1182; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 dekabr tarixli 389 nömrəli və 23 dekabr tarixli 409 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.3-cü bənd üzrə:

1.1.1. “yaşı 18-dən” sözlərindən əvvəl “2022-ci il fevralın 15-dən etibarən” sözləri əlavə edilsin;

1.1.2. “COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları” sözləri “etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı” sözləri ilə və “olmaları barədə təsdiqedici” sözləri “olmanı təsdiqləyən” sözləri ilə əvəz edilsin;

1.2. 2.4-cü bənddə “fevralın 1-dən” sözləri “fevralın 15-dən” sözləri ilə, “işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları” sözləri “işçilərindən etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının” sözləri ilə və “olmaları barədə təsdiqedici sənədi” sözləri “olmanı təsdiqləyən sənədin” sözləri ilə əvəz edilsin;

1.3. 2.5-5.1-ci yarımbənddə “fevralın 1-dən” sözləri “fevralın 15- dən” sözləri ilə, “işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları” sözləri “işçilərindən (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının” sözləri ilə və “olmaları barədə təsdiqedici sənədi” sözləri “olmanı təsdiqləyən sənədin” sözləri ilə əvəz edilsin;

1.4. 2.5-3.3-cü, 2.5-5.2-ci və 2.5-5.3-cü yarımbəndlərdə “COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları” sözləri “etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı” sözləri ilə və “olmaları barədə təsdiqedici” sözləri “olmanı təsdiqləyən” sözləri ilə əvəz edilsin;

1.5. 2.5-9-cu yarımbəndə “bu Qərarın” sözlərindən əvvəl “2022-ci il fevralın 15-dən etibarən” sözləri əlavə edilsin və həmin yarımbənddə “COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş” sözləri “etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı” sözləri ilə, “olmaları barədə təsdiqedici” sözləri “olmanı təsdiqləyən” sözləri ilə əvəz edilsin;

1.6. həmin Qərara əlavə - “İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədinin olması, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olmasının tələb edildiyi iş və xidmət sahələrinin Siyahısı”nın adında “COVID-19-a qarşı peyvənd olunması” sözləri “etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının” sözləri ilə, “olmaları barədə təsdiqedici sənədinin” sözləri “olmanı təsdiq edən sənədinin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 27 noyabr tarixli 371 nömrəli Qərarı ilə təsdiq edilmiş “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.2.1-ci yarımbənddən “, o cümlədən xarici ölkədə birinci doza peyvənd olunması” sözləri çıxarılsın;

2.2. 4.1.1.3-cü, 4.1.2.3-cü, 4.1.4.3-cü yarımbəndlərdən “(olduğu halda)” sözləri çıxarılsın və həmin yarımbəndlərə “sənədinin nömrəsi” sözlərindən sonra “(olduğu halda)” sözləri əlavə edilsin;

2.3. 4.1.3.3-cü yarımbəndə “nömrəsi” sözündən sonra “və sərhədkeçmə sənədinin nömrəsi” sözləri əlavə edilsin;

2.4. 5.1.1-ci yarımbənddə “müddətsiz” sözü “6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda – müddətsiz” sözləri ilə əvəz edilsin;

2.5. 5.1.2-ci yarımbənddən “56 gün ərzində” sözləri çıxarılsın;

2.6. həmin Qərarla təsdiq edilmiş “Peyvənd Sertifikatı”nın forması”nda “1-ci dozanın tarixi/Date of 1st dose”, “2-ci dozanın tarixi/Date of 2nd dose”, hər iki halda “Peyvəndin seriya nömrəsi/Batch number” sözləri “Dozaların sıra sayı, vurulduğu tarixlər, seriya nömrələri/ Number of doses, injection dates and batch numbers:

1.

2.

Qeyd. Əlavə peyvənd dozaları Sertifikatda göstərilir.” sözləri ilə əvəz edilsin.

3. Bu Qərar 2022-ci il 15 fevral tarixindən qüvvəyə minir.

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 30 dekabr 2021-ci il

                № 419

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status