×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.01.2022
QEYDİYYAT NÖMRƏSİ
8
ADI
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Respublika Atçılıq Turizm və Milli Atüstü Oyunlar Mərkəzinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 14.01.2022, Nəşr Nömrəsi: 8), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.01.2022, Nəşr nömrəsi: 1, Maddə nömrəsi: 60)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.01.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202201130008
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.01.2022
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Respublika Atçılıq Turizm və Milli Atüstü Oyunlar Mərkəzinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Respublika Atçılıq Turizm və Milli Atüstü Oyunlar Mərkəzi ştat vahidləri və ona məxsus əmlakla birlikdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 749; 2015, № 3, maddələr 333, 338, № 4, maddə 455, № 6, maddə 801, № 10, maddə 1220, № 11, maddə 1425; 2016, № 6, maddə 1195, № 10, maddə 1731, № 11, maddə 1944, № 12, maddə 2243; 2017, № 4, maddə 635, № 11, maddə 2174; 2018, № 6, maddə 1353, № 9, maddə 1951; 2019, № 6, maddə 1151, № 8, maddələr 1462, 1477; 2020, № 10, maddə 1305; 2021, № 4, maddə 394) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “II. Təsərrüfathesablı qurumlar” bölməsinin “7. Digər qurumlar” hissəsinin 7.1-ci bəndi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etsinlər.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 13 yanvar 2022-ci il

      № 8

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status