Azərbaycan Respublikası Prezidentinin “Dövlət əhəmiyyətli ziyafətlərin keçirilməsinin təmin edilməsi üçün bəzi tədbirlər haqqında” 2006-cı il 17 aprel tarixli 1415 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 2007-ci il 21 iyun tarixli 2247 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2009-cu il 22 iyul tarixli 404 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2012-ci il 29 dekabr tarixli 2645 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 11 iyul tarixli 886 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” 2014-cü il 23 may tarixli 508 nömrəli sərəncamlarında dəyişiklik edilməsi, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi haqqıqda” 2005-ci il 11 iyul tarixli 886 nömrəli sərəncamlarının ləğv edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Dövlət əhəmiyyətli ziyafətlərin keçirilməsinin təmin edilməsi üçün bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 1415 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 344) 4-7-ci hissələri ləğv edilsin.
2. “Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 2007-ci il 21 iyun tarixli 2247 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 660, № 12, maddə 1242) 4-cü, 8-ci və 11-13-cü hissələri ləğv edilsin.
3. “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyul tarixli 404 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 581) 7—8-ci hissələri ləğv edilsin.
4. “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 2645 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1336; 2017, № 3, maddə 472) 7-13-cü hissələri ləğv edilsin.
5. “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 11 iyul tarixli 886 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” 2014-cü il 23 may tarixli 508 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 534) 3-5-ci hissələri ləğv edilsin.
6. “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 11 iyul tarixli 886 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 10, maddə 920, № 2, maddə 1132; 2006, № 4, maddə 344; 2007, № 1, maddə 26, № 6, maddələr 659, 660, № 12, maddələr 1287, 1288; 2009, № 7, maddə 581; 2012, № 12, maddə 1336; 2014, № 5, maddə 534; 2015, № 5, maddə 598, № 9, maddə 1014; 2017, № 3, maddə 471; 2018, № 4, maddə 730; 2019, № 4, maddə 707) ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 oktyabr 2021-ci il
№ 2955