Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1997-ci il 19 may tarixli 51 nömrəli, “Sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə mükafatın və haqqın ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 9 fevral tarixli 41 nömrəli və “Azərbaycan Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2008-ci il 19 avqust tarixli 190 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1460 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 may tarixli 51 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 570) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin verilməsi qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci hissəyə “Nazirliyi” sözündən sonra “(bundan sonra – Nazirlik) yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra – Agentlik)” sözləri əlavə edilsin;
1.2. 3-cü, 5-ci, 8-ci, 13-cü, 14-cü, 15-ci və 16-cı (hər iki halda) hissələrdə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
1.3. 15-ci hissədə (ikinci halda) “Kənd Təsərrüfatı Nazirliyinin” sözləri “Agentliyin” sözü ilə əvəz edilsin;
1.4. 17-ci, 18-ci, 19-cu, 20-ci və 22-ci hissələrdə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri ismin müvafiq hallarında “Nazirlik” sözü ilə əvəz edilsin;
1.5. 20-ci hissədə (ikinci halda) “Kənd Təsərrüfatı Nazirliyinin” sözləri “Nazirliyin” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 189; 2020, № 4, maddə 484) ilə təsdiq edilmiş “Sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə mükafatın və haqqın ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3-cü hissənin birinci abzasında “Nazirliyinə” sözü “Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinə (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;
2.2. 3-cü hissənin səkkizinci abzasında və 4-cü hissədə (hər iki halda) ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 avqust tarixli 190 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 785; 2015, № 2, maddə 227; 2017, № 9, maddə 1737; 2019, № 5, maddə 972; 2020, № 4, maddə 484) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yeni yaradılan heyvan cinslərinin seleksiya nailiyyəti kimi qeydə alınması və patentləşdirilməsi, həmin heyvanların sınağının aparılması Qaydaları, seleksiya nailiyyətinə olan tələblər və şərtlər”də aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddə “Nazirliyinə” sözü “Nazirliyi (bundan sonra – Nazirlik) yanında Aqrar Xidmətlər Agentliyinə (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;
3.2. 2.5-ci bənddə “Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (bundan sonra – Agentlik)” sözləri “Agentlikdə” sözü ilə, “Nazirliyin mərkəzi aparatına” sözləri “Nazirliyə” sözü ilə əvəz edilsin;
3.3. 2.6-cı bənddə “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin” sözləri “Nazirliyin” sözü ilə əvəz edilsin;
3.4. 3.1-ci bənddə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə” sözləri “Agentliyə” sözü ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 17 yanvar 2022-ci il
№ 20