AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
04.11.1997
QEYDİYYAT NÖMRƏSİ
391-IQ
ADI
Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-1998, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 62)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
340.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında

Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları və vımpelləri haqqında Əsasnamə təsdiq edilsin.

2. Azərbaycan Respublikası Silahlı Qüvvələri döyüş gəmilərinin, köməkçi gəmilərinin və vəzifəli şəxslərinin Hərbi-Dəniz bayraqlarının və vımpellərinin təsviri və şəkilləri təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 

Bakı şәhәri, 4 noyabr 1997-ci il

№ 391-IQ

 


 

 

"Azərbaycan Respublikasının Hərbi-Dəniz

bayraqları haqqında" Qanuna

1 NÖMRƏLİ ƏLAVƏ

 

Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında

ƏSASNAMƏ

 

Azərbaycan Respublikasının Hərbi-Dəniz Bayrağı

 

1. Döyüş gəmiləri, eləcə də hərbi qulluqçularla komplektləşdirilmiş döyüş gəmiləri birləşmələrinin tərkibinə daxil olan köməkçi gəmilər Hərbi-Dəniz Bayrağı daşıyırlar.

2. Hərbi-Dəniz Qüvvələrinin gəmisində qaldırılmış Azərbaycan Respublikasının Hərbi-Dəniz Bayrağı gəminin Döyüş Bayrağıdır. O, altında üzdüyü gəmilərin dövlət mənsubiyyətini və toxunulmazlığını, onların dəniz hüdudlarında Azərbaycan Respublikasının dövlət mənafeyini qorumağa hazır olduqlarını göstərir.

3. Azərbaycan Respublikasının Hərbi-Dəniz Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, gəminin hər bir hərbi qulluqçusuna Vətənə sədaqətlə xidmət etmək, öz qanmı və canmı belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, düşməndən qorumaq borcunu xatırlatmaq üçündür.

4. Hərbi-Dəniz Bayrağı gəmi hərəkətdə ikən qafeldə, dayanacaqda isə - arxa flaqştokda qaldırılır.

 

Azərbaycan Respublikası HDQ köməkçi gəmilərinin bayraqları

 

5. Gəmilərin, sahil qoşunları və dəniz piyadası hissələrinin döyüş və gündəlik tələbatlarını təmin etmək üçün nəzərdə tutulmuş HDQ-nin dəniz və reyd təchizat gəmilərinə, axtarış-xilasetmə, hidroqrafiya gəmilərinə və katerlərinə Azərbaycan Respublikası HDQ yardımçı gəmilərinin bayraqları verilir.

 

Hərbi gəmilərin vımpeli

 

6. Hərbi gəmilərin (katerlərin) vımpeli onu göstərir ki, hərbi gəmi kompaniyanın heyətindədir və komandanlığın hər hansı tapşırığını yerinə yetirməyə hazırdır.

7. Hərbi gəmilərin vımpeli Hərbi-Dəniz Bayrağı verilmiş gəmilərin qrot-stenqasında (bir dəstək olanda - front stenqasında) qaldırılır.

 

Vəzifəli şəxslərin bayraqları və breyd - vımpelləri

 

8. Hərbi-dəniz Qüvvələrinin vəzifəli şəxslərinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali komandanlığına vəzifəli şəxslərin bayraqları və breyd-vımpelləri verilir. Vəzifəli şəxslərin bayraqları və breyd-vımpelləri bu şəxslərin olduqları gəmilərdə qaldırılır və endirilir. [1]

 


 

 

"Azərbaycan Respublikasının Hərbi-Dəniz

bayraqları haqqında" Qanuna

2 NÖMRƏLİ ƏLAVƏ

 

Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqlarının

 

TƏSVİRİ

 

Arxa bayraqları və vımpellər

 

1. Azərbaycan Respublikasının Hərbi-Dəniz Bayrağı (şək. 1) - bayrağın aşağı kənarı boyunca iki mavi dalğavari zolağı olan ağ düzbucaqlı qumaşdır.

Bayrağın ağ qumaşında yerləşdirilib: sol yarısında qırmızı aypara və ondan sağda səkkizguşəli ulduz; sağ yarısında - lövbər kanatı dolanmış mavi rəngli lövbər (holl tipli). Lövbərin yuxarı və aşağı nöqtələri aypara ilə eyni xətdə yerləşib.

Bayrağın ölçüləri: bayrağın eninin uzununa nisbəti - 1:1,5-dir, mavi zolaqların eni: ensiz 1/25-dir, enli - 3/25- dir; zolaqlar arasındakı məsafə ensiz zolağın eninə bərabərdir, ayparanın yuxarı nöqtəsindən bayrağın yuxarı kənarına qədər, eləcə də ayparanın aşağı nöqtəsindən bayrağın mavi zolağına qədər məsafə bayrağın eninin 1/5-nə bərabərdir; ulduzun təsvir olunmuş sahəsinin diametri bayrağın eninin 1/5-i, həkk olunmuşun isə 1/10-i təşkil edir.

2. Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələrinin köməkçi gəmilərinin bayraqları (şək.2) - krjesində Azərbaycan Respublikasının Hərbi-Dəniz Bayrağının təsviri olan göy qumaşdır.

Bayrağın eninin uzununa nisbəti - 1:1,5-dir. Krjedə yerləşdirilmiş Azərbaycan Respublikasının Hərbi-Dəniz Bayrağının ölçüsü - bütün qumaşın 1/4-dir.

3. Hərbi gəmilərin vımpeli (şək.3) - rəng qammasına görə Azərbaycan Respublikasının Dövlət Bayrağına uyğun olan iki şüa ilə qurtaran uzun ensiz üç-rəngli zolağı olan kiçildilmiş ölçülü Azərbaycan Respublikası Hərbi-Dəniz Bayrağıdır.

Vımpelin uzunluğunun bayrağın eninə nisbəti - 30:1-dir (katerlərdə 12:1-dir); şüaların kəsiyinin uzunluğu vımpelin uzunluğunun 1/7, şüaların yayılması - bayrağın eninin 1/2-nə bərabərdir.

 

Vəzifəli şəxslərin bayraqları və breyd - vımpelləri

 

4. Azərbaycan Respublikası Silahlı Qüvvəteri Ali Baş Komandanının Bayrağı (şək. 4) - Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində üç üfqi zolaqlı və aşağı kənan boyunca uzanan iki mavi dalğavari zolaqlı ağ qumaşdır. Bayrağın ortasında Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri yerləşdirilib. [2]

Bayrağın eninin uzunluğuna nisbəti - 1:1,5-dir. Azərbaycan Respublikasının Dövlət Bayrağındakı rəngdə zolaqların eni - bayrağın eninin - 1/10-dir. Azərbaycan Respublikasının Dövlət Gerbinin ən iri diametri bayrağın eninin 1/2-dir; onun aşağı nöqtələri ensiz mavi zolağın yuxan kənarından bayrağın eninin 1/5-i qədər məsafədədir.

5. Azərbaycan Respublikası müdafiə nazirinin Bayrağı (şək. 5) - Azərbaycan Respublikasının enli üfüqi mavi zolaqlı Hərbi-Dəniz Bayrağıdır. Lövbər ağ fonda yerləşir; və aşağısında rəng qammasına görə Azərbaycan Respublikasının Dövlət Bayrağına uyğun gələn üçrəngli lent yerləşən qızılı rəngli dəfnə çələngi ilə haşiyələnmişdir.

Bayrağın eninin uzunluğuna nisbəti 1:1,5-dir; enli üfqi mavi zolağın eni - bayrağın eninin 1/5-dir; bayrağın yuxarı kənarından enli zolağa qədər məsafə bayrağın eninin 1/4 -dir; dəfnə çələnginin ən böyük diametri bayrağın eninin 1/2-dir. Çələngin eni bayrağın eninin 1/20-dir; dəfnə çələnginin aşağı nöqtələri ensiz mavi zolağın yuxarı kənarından bayrağın eninin 1/5-1 qədər məsafədədir.

6. Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri komandanının Bayrağı (şək. 6) - Azərbaycan Respublikasının iki üfqi mavi zolaqlı Hərbi-Dəniz Bayrağıdır. Lövbər ağ fonda yerləşir və aşağısında rəng qammasına görə Azərbaycan Respublikasının Dövlət Bayrağına uyğun gələn üçrəngli lent yerləşdirilmiş qızılı rəngli dəfnə çələngi ilə haşiyələnmişdir.

Bayrağın eninin uzunluğuna nisbəti -1:1,5-dir; mavi zolaqların eni - bayrağının eninin 7/100-dir; zolaqlar arasında məsafə - bayrağın eninin 1/10-dir; bayrağın yuxan kənarından yuxarıdakı zolağa qədər məsafə - bayrağın eninin 1/4-dir; dəfnə çələnginin ən iri diametri - bayrağın eninin 1/2-dir; çələngin eni -bayrağın eninin 1/20-dir; dəfnə çələnginin aşağı nöqtələri ensiz mavi zolağın yuxarı kənarından bayrağın eninin 1/5-i qədər məsafədədir.

21377

7. Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri qərargahı rəisinin Bayrağı (şək.7) - Azərbaycan Respublikasının bir üfqi mavi zolaqlı Hərbi-Dəniz Bayrağıdır. Lövbər ağ fonda yerləşir və aşağısında rəng qammasına görə Azər-baycan Respublikasının Dövlət Bayrağına uyğun gələn üçrəngli lent yerləşdirilmiş qızılı rəngli dəfnə çələngi ilə haşiyələnmişdir.

Bayrağın eninin uzunluğuna nisbəti - 1:1,5-dir; mavi zolağın eni bayrağın eninin 7/100-dir; bayrağın yuxarı kənarından yuxarıdakı zolağa qədər məsafə -bayrağın eninin 7/20-dir; dəfnə çələnginin ən iri diametri - bayrağın eninin 1/2-dir; çələngin eni - bayrağın eninin 1/20-dir; dəfnə çələnginin aşağı nöqtələri en-siz mavi zolağın yuxarı kənarından bayrağın eninin 1/5-i qədər məsafədədir.

8. Gəmilər birləşməsi komandirinin Bayrağı (şək.8) - aşağısında rəng qammasına görə Azərbaycan Respublikasının Dövlət Bayrağına uyğun gələn üç-rəngli lent yerləşdirilmiş qızılı rəngli dəfnə çələngi ilə haşiyələnmiş lövbərli Azərbaycan Respublikasının Hərbi-Dəniz Bayrağıdır.

Bayrağın eninin onun uzunluğuna nisbəti - 1:1,5-dir; dəfnə çələnginin ən iri diametri - bayrağın eninin 1/2-dir; çələngin eni - bayrağın eninin 1/20-dir; dəfnə çələnginin aşağı nöqtələri ensiz mavi zolağın yuxarı kənarından bayrağın eninin 1/5-i qədər məsafədədir.

9. Gəmilər birləşməsi komandirinin breyd-vımpeli (şək.9) - şüalı Azərbaycan Respublikasının Dövlət Bayrağına uyğun gələn üçrəngli düzbucaqlı qumaş-h kiçildilmiş ölçülü Azərbaycan Respublikasının Hərbi-Dəniz Bayrağıdır.

Breyd-vımpelin uzunluğunun bayrağın eninə nisbəti - 5:1-dir. Şüaların kəsiyinin uzunluğu bayrağın uzunluğuna bərabərdir. Şüaların yayılması bayrağın eninin 1/2-nə bərabərdir.

10. Gəmilər divizyonu komandirinin breyd-vımpeli (şək. 10) - şüaları göy rəngli düzbucaqlı qumaşlı kiçildilmiş ölçüdə Azərbaycan Respublikasının Hər-bi-Dəniz Bayrağıdır.

Breyd-vımpelin uzunluğunun bayrağın eninə nisbəti - 5:1-dir. Şüaların kəsiyinin uzunluğu bayrağın uzunluğuna bərabərdir. Şüaların yayılması bayrağın eninin 1/2-nə bərabərdir.

11. Reyd böyüyünün breyd-vımpeli (şək. 11) - ağ rəngli düzbucaqlı qumaşlı kiçildilmiş ölçüdə Azərbaycan Respublikasının Hərbi-Dəniz Bayrağıdır.

Breyd-vımpelin uzunluğunun bayrağın eninə nisbəti 5:l-dir. Şüaların kəsiyi-nin uzunluğu bayrağın uzunluğuna bərabərdir. Şüaların yayılması bayrağın eninin 1/2-nə bərabərdir.

 

N02_FEV98_S0331

N02_FEV98_S0332

N02_FEV98_S0333

N02_FEV98_S0334 [3]

N02_FEV98_S0335

N02_FEV98_S0336

N02_FEV98_S0337

N02_FEV98_S0338


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       3 dekabr 2019-cu il tarixli 1730-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1916)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 dekabr 2019-cu il tarixli 1730-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1916) ilə 1 nömrəli əlavə – “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında Əsasnamə”nin 8-ci hissəsindən “və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali komandanlığına” sözləri çıxarılmışdır.

 

[2] 3 dekabr 2019-cu il tarixli 1730-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1916) ilə 2 nömrəli əlavə – “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqlarının Təsviri”nin 4-cü hissəsi ləğv edilmişdir.

 

[3] 3 dekabr 2019-cu il tarixli 1730-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1916) ilə “Şəkil 4. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanının bayrağı” ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status