“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı
[1]
«Reklam haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
qüvvədə olan normativ-hüquqi aktların «Reklam haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
«Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanlarının icazəsinin verilməsi qaydalarını müəyyən edib Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;
«Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunan halları və razılığının verilməsi qaydalarını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
«Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin uyğun olaraq 1-ci və 2-ci bəndlərində nəzərdə tutulmuş, müvafiq icra hakimiyyəti orqanlarının razılığı tələb olunan halları və razılığının verilməsi qaydaları barədə təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
«Reklam haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən normativ-hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəqliyyat vasitələrində yayılan reklamın məhdudlaşdırılması halları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının «Reklam haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
öz səlahiyyətləri daxilində həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, on gün müddətində:
«Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini həyata keçirən orqanları müəyyən edib Azərbaycan Respublikası Prezidentinə təkliflər təqdim etsin.
3. Müəyyən edilsin ki:
«Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini rayon və şəhər icra hakimiyyəti orqanları və "İçərişəhər" Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirirlər;
[2]
«Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi həyata keçirir;
«Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir;
[3]
«Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 3-cü, 3-1-ci və 6-cı bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
[4]
«Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 2-ci bəndində və 3-cü bəndinin dördüncü abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və onun yerli qurumları həyata keçirirlər;
[5]
«Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin 1-ci bəndinin birinci və ikinci abzaslarında, 27-ci maddəsinin 1-ci bəndində, 2-ci bəndinin birinci və ikinci abzaslarında və 3-cü bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və onun yerli qurumları həyata keçirir;
[6]
«Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 2-ci bəndinin birinci abzasında nəzərdə tutulan «müvafiq dövlət orqanları»nın səlahiyyətlərini müvafiq olaraq rayon və şəhər icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirirlər.
[7]
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 24 noyabr 1997-ci il
№ 644
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)
2.
24 avqust 2002-ci il tarixli 767 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 487)
3.
7 fevral 2005-ci il tarixli 193 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 69)
4.
31 yanvar 2008-ci il tarixli 704 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 8)
5.
3 may 2013-cü il tarixli 874 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 4 may 2013-cü, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 495)
6.
25 iyun 2013-cü il tarixli 922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 26 iyun 2013-cü il, № 137; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 650)
7.
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)
8.
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)
9.
14 iyul 2015-ci il tarixli 554 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 iyul 2015-ci il, № 153; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 822)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
14 iyul 2015-ci il tarixli 554 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 iyul 2015-ci il, № 153; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 822) ilə “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanı ləğv edilmişdir.
[2]
31 yanvar 2008-ci il tarixli 704 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 8) ilə 3-cü bəndinin ikinci abzasında "həyata keçirir" sözləri "və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirirlər" sözləri ilə əvəz edilmişdir.
3 may 2013-cü il tarixli 874 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 4 may 2013-cü, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 495) ilə 3-cü hissəsinin birinci bəndində birinci halda “Qoruğu” sözü “və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları” sözləri ilə əvəz edilmişdir.
[3]
7 fevral 2005-ci il tarixli 193 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 69) ilə 3-cü bəndin dördüncü abzasında “Rabitə Nazirliyi” sözləri “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[4]
25 iyun 2013-cü il tarixli 922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 26 iyun 2013-cü il, № 137; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 650) ilə 3-cü hissəsinin beşinci abzasında “3-cü və 6-cı” sözləri “3-cü, 3-1-ci və 6-cı” sözləri ilə əvəz edilmişdir.
[5]
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 3-cü bəndin altıncı abzasında “Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi” sözləri “İqtisadi İnkişaf Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 3-cü hissəsinin altıncı abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.
[6]
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 3-cü bəndin yeddinci abzasında “Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi” sözləri “İqtisadi İnkişaf Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
24 avqust 2002-ci il tarixli 767 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 487) ilə 3-cü bəndin yeddinci abzasında “3-cü və 4-cü bəndlərində” sözləri “və 3-cü bəndində” sözləri ilə əvəz edilmişdir.
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 3-cü hissəsinin yeddinci abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.
[7]
7 fevral 2005-ci il tarixli 193 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 69) ilə 3-cü bəndin səkkizinci abzasında “Rabitə Nazirliyi” sözləri “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 3-cü hissənin dördüncü və səkkizinci abzaslarında “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.