AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
26.02.2022
QEYDİYYAT NÖMRƏSİ
56
ADI
“İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 04.03.2022, Nəşr Nömrəsi: 49), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28.02.2022, Nəşr nömrəsi: 2, Maddə nömrəsi: 180)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.03.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
420.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202202260056
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.03.2022
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 2 aprel tarixli 287-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1337 nömrəli Fərmanının 3-cü hissəsinin və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 20 dekabr tarixli 433-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 27 yanvar tarixli 1581 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1954; 2019, № 6, maddə 1142; 2021, № 10, maddə 1170) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissədə “İnzibati” sözü “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 2-1-ci və 3-1-ci hissələr əlavə edilsin:

“2-1. “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar tərtib edilən inzibati xəta haqqında Elektron Protokol”un forması təsdiq edilsin (2-1 nömrəli əlavə).

3-1. “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərar”ın forması təsdiq edilsin (3-1 nömrəli əlavə).”.

3. Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “İnzibati tənbeh vermə haqqında Elektron Qərar”ın adında “İnzibati” sözü “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 26 fevral 2022-ci il

                        № 56

 


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2022-ci il 26 fevral tarixli 56

nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

2-1 nömrəli əlavə

 

Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar tərtib edilən inzibati xəta haqqında

 

Elektron Protokol

 

№ ________

 

“______”_______________20__il                               _________________________________________________

                                                                                                                                                 (Protokolun tərtib edildiyi tarix və vaxt)

 

_____________________________________________________________________________________________

 

_____________________________________________________________________________________________

(Protokolu tərtib etmək səlahiyyəti olan orqanın (qurumun) adı)

_____________________________________________________________________________________________

(Protokolu tərtib etmək üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı)

 

müəyyən edildi:

 

_____________________________________________________________________________________________

 

_____________________________________________________________________________________________

(inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar olunan) məlumatlar)

 

         Nəticədə ______________________________________________________________________ tərəfindən

     (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan

_____________________________________________________________________________________________

hüquqi şəxsin adı, VÖEN-i və hüquqi ünvanı və vəzifəli şəxsin soyadı, adı, atasının adı,

_____________________________________________________________________________________________

vəzifəsi, FİN-i və yaşadığı ünvan)

 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin _______________ maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

Törədilmiş xətaya görə ____________________ manat məbləğində, vəzifəli şəxslər barəsində isə ________________ manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən inzibati xəta haqqında Elektron Protokol tərtib edildikdə, inzibati cərimənin məbləği həmin inzibati xətaya görə məsuliyyət nəzərdə tutan həmin Məcəllənin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin aşağı həddində müəyyən olunur.

Barəsində inzibati xəta haqqında Elektron Protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi inzibati cəriməni həmin Protokol ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin         57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin Protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında Elektron Qərar hesab edilir. Qeyd olunan müddətdə cəriməni ödəmədikdə həmin Protokol baxılması üçün 1 (bir) gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəməyə göndərilir.

 

İmza ________________________________________________________________________________________

             (Protokolu təsdiq edən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, elektron imzası)

 

 

 


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2022-ci il 26 fevral tarixli 56

nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

3-1 nömrəli əlavə

 

Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında

 

Elektron Qərar

 

№ ______

 

“____”_____________20______il                                                  __________________________________

                                                                                                                   (Qərarın çıxarıldığı tarix və vaxt)

 

___________________________________________________________________________________________

 

___________________________________________________________________________________________

(Qərar qəbul etmək səlahiyyəti olan orqanın (qurumun) adı)

___________________________________________________________________________________________

(Qərarı çıxarmaq üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı)

 

müəyyən edildi:

 

___________________________________________________________________________________________

 

___________________________________________________________________________________________

 (inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar olunan) məlumatlar)

 

Nəticədə ______________________________________________________________________ tərəfindən

    (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki və

___________________________________________________________________________________________

ya vəzifəli şəxsin soyadı, adı, atasının adı, FİN-i və yaşadığı ünvan, vəzifəli şəxsə

___________________________________________________________________________________________

münasibətdə habelə vəzifəsi)

 

 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin _______________ maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

 

qərara alınır:

 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin __________ maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə

___________________________________________________________________________________________

(barəsində qərar çıxarılan fiziki və ya vəzifəli şəxsin soyadı, adı və atasının adı)

 

barəsində ____________________________ manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında Elektron Qərar çıxarıldıqda inzibati cərimənin məbləği həmin inzibati xətaya görə məsuliyyət nəzərdə tutan həmin Məcəllənin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin aşağı həddində müəyyən olunur.

İnzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında Elektron Qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs Qərarla razılaşmadığı hallarda həmin Qərar ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət “ASAN ödəniş” sistemi vasitəsilə və ya şəxsən verilə, yaxud poçt vasitəsilə göndərilə bilər.

 

      İmza  _________________________________________________________________________________

             (Qərarı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı,  elektron imzası)

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status