12345Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” 2005-ci il 13 aprel tarixli 70 nömrəli, “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2011-ci il 12 may tarixli 80 nömrəli, “Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2012-ci il 12 oktyabr tarixli 230 nömrəli və “Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanının 4.4-cü bəndinin, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanının 3.3-cü bəndinin və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 9.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 384, № 9, maddə 868, № 12, maddə 1228; 2006, № 10, maddə 902; 2008, № 9, maddə 853, № 12, maddə 1104; 2010, № 6, maddə 548, № 7, maddə 705; 2011, № 5, maddə 445, № 12, maddə 1248; 2012, № 4, maddə 391, № 5, maddə 491, № 11, maddə 1200; 2014, № 5, maddə 548, № 6, maddə 748, № 9, maddələr 1121, 1122; 2015, № 2, maddə 212; 2016, № 9, maddə 1581; 2017, № 6, maddə 1230, № 10, maddə 1879; 2018, № 7 (II kitab), maddə 1663; 2019, № 4, maddə 764, № 6, maddə 1161, № 12, maddə 2078; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 fevral tarixli 45 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”;
1.2. həmin Qərarla təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları” üzrə:
1.2.1. 1.3.2-ci yarımbənddə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə həmin Nazirliyə bilavasitə tabe olan vergi orqanlarının, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müəyyən etdiyi bölgü üzrə həmin Xidmətin strukturuna daxil olan qurumların, habelə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin” sözləri ilə, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin informasiya” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya” sözləri ilə əvəz edilsin;
1.2.2. 4.9-cu bənddə, 5.2.3-cü yarımbənddə və 5.3-1-ci bənddə “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin;
1.2.3. 6.7-ci bənddə “Vergilər Nazirliyinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilsin;
1.2.4. 6.8-ci bənd üzrə:
1. birinci cümlədə “Vergilər Nazirliyinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilsin;
2. ikinci cümlədə “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin;
1.2.5. 8.4-cü bəndin dördüncü cümləsində “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
1.2.6. “Qeyd” hissəsi ləğv edilsin.
2. “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 880; 2016, № 9, maddə 1585) aşağıdakı dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”;
2.2. həmin Qərarla təsdiq edilmiş “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın 1-ci hissəsinin on birinci abzasında “Azərbaycan Respublikası Vergilər Nazirliyinin” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin” sözləri ilə əvəz edilsin.
3. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 452; 2012, № 2, maddə 184; 2013, № 6, maddə 744; 2014, № 1, maddə 69; 2016, № 4, maddə 834; 2017, № 6, maddə 1228, № 10, maddə 1876; 2018, № 6, maddə 1379, № 8, maddə 1817, № 11, maddə 2461; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 fevral tarixli 44 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
3.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”;
3.2. həmin Qərarla təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” üzrə:
3.2.1. 3.2.13-cü yarımbənddə “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin (bundan sonra – AİBNDA)” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra – Xidmət)” sözləri ilə əvəz edilsin;
3.2.2. 4.1-ci, 4.3-cü bəndlərdə və 6.1.3-cü yarımbənddə “AİBNDA” akronimi “Xidmət” sözü ilə əvəz edilsin;
3.2.3. 4.6-cı bənddə “AİBNDA-nın” sözü “Xidmətin” sözü ilə əvəz edilsin;
3.2.4. “Qeyd” hissəsi ləğv edilsin;
3.3. həmin Qaydalara 2 nömrəli əlavə - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nin 2.2.6.3-cü yarımbəndində və həmin Qaydalara 3 nömrəli əlavə - “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı Müqaviləsi”nin 2.2.7.3-cü yarımbəndində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin.
4. “Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 oktyabr tarixli 230 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 1012; 2015, № 5, maddə 643; 2016, № 10, maddə 1742) aşağıdakı dəyişikliklər edilsin:
4.1. aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:
“2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”;
4.2. həmin Qərarla təsdiq edilmiş “Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları”nın “Qeyd” hissəsi ləğv edilsin;
4.3. həmin Qərarla təsdiq edilmiş “Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları”na əlavə - “Gömrük brokerlərinin dövlət qeydiyyatına alınmasına dair reyestrin forması”nda “Vergilər Nazirliyində” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1001, № 10, maddə 1295; 2016, № 2 (II kitab), maddə 355, № 9, maddə 1585; 2018, № 9, maddə 1943, № 10, maddə 2171, № 11, maddə 2462; 2019, № 3, maddə 518, № 8, maddə 1460; 2020, № 4, maddə 477, № 12 (V kitab), maddə 1613; 2021, № 11, maddə 1259; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 fevral tarixli 48 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nın 1.7-ci bəndinin birinci cümləsində “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 26 fevral 2022-ci il
№ 64