“Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr tarixli 325 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.8-ci bəndinə əsasən Azərbaycan Respublikası Energetika Nazirliyinin təklifini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr tarixli 325 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1296; 2017, № 11, maddə 2139; 2018, № 2, maddə 353; 2021, № 7, maddə 870) 1-ci hissəsində “Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparat rəhbərinin müavini - daxili nəzarət şöbəsinin müdiri” sözləri “Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının daxili nəzarət şöbəsinin müdiri” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 15 mart 2022-ci il
№ 84