AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
16.03.2022
QEYDİYYAT NÖMRƏSİ
94
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2009-cu il 25 dekabr tarixli 201 nömrəli, “Mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan və həmin orqanların tabeliyində yaradılan fondların vəsaitindən istifadə haqqında hesabatın dərc edilməsi ilə bağlı bəzi məsələlər barədə” 2011-ci il 29 sentyabr tarixli 156 nömrəli, “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 mart tarixli 91 nömrəli, “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”in təsdiq edilməsi haqqında” 2017-ci il 14 iyun tarixli 258 nömrəli, “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə” 2019-cu il 1 avqust tarixli 338 nömrəli, “İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”in təsdiq edilməsi haqqında” 2019-cu il 8 avqust tarixli 349 nömrəli, “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi və “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 616 nömrəli Qərarının ləğv edilməsi barədə” 2020-ci il 8 iyul tarixli 244 nömrəli və “Malların ixrac qeydi ilə satışı Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 14 noyabr tarixli 448 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 18.03.2022, Nəşr Nömrəsi: 59), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.03.2022, Nəşr nömrəsi: 3, Maddə nömrəsi: 271)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.03.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.030.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202203160094
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.03.2022
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2009-cu il 25 dekabr tarixli 201 nömrəli, “Mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan və həmin orqanların tabeliyində yaradılan fondların vəsaitindən istifadə haqqında hesabatın dərc edilməsi ilə bağlı bəzi məsələlər barədə” 2011-ci il 29 sentyabr tarixli 156 nömrəli, “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 mart tarixli 91 nömrəli, “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”in təsdiq edilməsi haqqında” 2017-ci il 14 iyun tarixli 258 nömrəli, “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə” 2019-cu il 1 avqust tarixli 338 nömrəli, “İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”in təsdiq edilməsi haqqında” 2019-cu il 8 avqust tarixli 349 nömrəli, “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi və “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 616 nömrəli Qərarının ləğv edilməsi barədə” 2020-ci il 8 iyul tarixli 244 nömrəli və “Malların ixrac qeydi ilə satışı Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 14 noyabr tarixli 448 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 1076; 2010, № 6, maddə 548; 2013, № 6, maddə 771; 2014, № 6, maddə 740; 2015, № 1, maddə 68; 2016, № 4, maddə 794; 2018, № 7 (II kitab), maddə 1633, № 9, maddə 1938) ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”na 2-1 nömrəli əlavə - “Maliyyə fəaliyyətinin olmaması barədə arayış”ın cədvəl hissəsinin 3-cü sətrində “DSMF-yə ayırmalar, dövlət büdcəsinə vergilər və digər məcburi ödəmələr” sözləri “dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları, icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 864; 2021, № 7, maddə 874) ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan və həmin orqanların tabeliyində yaradılan fondların vəsaitindən istifadə haqqında hesabatın dərc edilməsi barədə Forma”nın cədvəl hissəsinə aşağıdakı məzmunda 2.4-1-2.4-3-cü bəndlər əlavə edilsin:

 

2.4-1.

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş işsizlikdən sığorta haqları

 

 

 

2.4-2.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş icbari tibbi sığorta haqları

 

 

 

2.4-3.

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqları

 

 

 

 

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 91 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 490, № 6, maddə 1229; 2020, № 5, maddə 642; 2021, № 2, maddə 197) ilə təsdiq edilmiş “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın 2.9-cu, 3.8-ci və 4.8-ci bəndlərinə “məcburi” sözündən əvvəl “büdcədənkənar dövlət fondlarına” sözləri və “tibbi” sözündən əvvəl “icbari tibbi sığorta fonduna icbari” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1233; 2021, № 7, maddə 874) ilə təsdiq edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”ə 5 nömrəli əlavə - “Xərclər Smetası”nın “002 002” sətrindən sonra aşağıdakı məzmunda “002 003” və “002 004” sətirlər əlavə edilsin:

 

002 003

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş işsizlikdən sığorta haqları

manat

 

 

 

002 004

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş icbari tibbi sığorta haqları

manat

 

 

 

 

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1445) ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 3.1.5-ci yarımbəndində “işsizlikdən sığorta və ya məcburi dövlət sosial” sözləri “büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları və icbari tibbi sığorta fonduna icbari tibbi” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 8 avqust tarixli 349 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1456) ilə təsdiq edilmiş “İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”də aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.7-ci bənddə “və işsizlikdən” sözləri “, işsizlikdən sığorta və icbari tibbi” sözləri ilə əvəz edilsin;

6.2. həmin tələblərə Əlavə - “İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinə daxil edilmək üçün Müraciət - Ərizə”nin “Müraciət tarixinə yerinə yetirilməmiş vergi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması barədə məlumat” hissəsinin ikinci sətrində “və işsizlikdən” sözləri “, işsizlikdən sığorta və icbari tibbi” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli 244 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 974; 2021, № 2, maddə 209, № 5, maddə 531) ilə təsdiq edilmiş “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın 1.2-ci bəndinə “işsizlikdən sığorta haqqı,” sözlərindən sonra “icbari tibbi sığorta haqqı və” sözləri əlavə edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 noyabr tarixli 448 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1392) ilə təsdiq edilmiş “Malların ixrac qeydi ilə satışı Qaydası”nın 4.1.2-ci yarımbəndinə “məcburi” sözündən əvvəl “büdcədənkənar dövlət fondlarına” sözləri, “tibbi” sözündən əvvəl isə “icbari tibbi sığorta fonduna icbari” sözləri əlavə edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 16 mart 2022-ci il

                        № 94

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status