AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
17.03.2022
QEYDİYYAT NÖMRƏSİ
97
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 10 mart tarixli 86 nömrəli, “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il 10 mart tarixli 87 nömrəli və “Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”nin təsdiq edilməsi haqqında” 2017-ci il 8 dekabr tarixli 545 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 20.03.2022, Nəşr Nömrəsi: 61), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.03.2022, Nəşr nömrəsi: 3, Maddə nömrəsi: 274)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.03.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
330.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202203170097
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.03.2022
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 10 mart tarixli 86 nömrəli, “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il 10 mart tarixli 87 nömrəli və “Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”nin təsdiq edilməsi haqqında” 2017-ci il 8 dekabr tarixli 545 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 340-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 28 yanvar tarixli 665 nömrəli, “Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 27 iyul tarixli 432 nömrəli, “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 iyun tarixli 1480 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 1398 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 485, № 11, maddə 2175; 2019, № 4, maddə 745; 2020, № 1, maddə 71) ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bəndə “abzasına” sözündən sonra “və 28-1-ci maddəsinə” sözləri əlavə edilsin və həmin bənddə “birinci-beşinci” sözləri “1-5-ci” sözləri ilə əvəz edilsin;

1.2. 2.1.1-ci yarımbəndin 1-ci abzası ləğv edilsin;

1.3. 2.2-ci bənddə “Test imtahanının məzmunu” sözləri “Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu” sözləri ilə, “müəyyən edilir” sözləri isə “, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu isə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir” sözləri ilə əvəz edilsin;

1.4. 4.2-ci bəndin cədvəlindən “AA” sətri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 486, № 11, maddə 2176; 2018, № 2, maddə 366) ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci və 2-ci hissələr aşağıdakı redaksiyada verilsin:

“1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü və 28-1-ci maddələrinə müvafiq olaraq test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən Dövlət Qulluğu Sertifikatı (bundan sonra – Sertifikat) (2 nömrəli əlavə) verilir.”.

2. Dövlət qulluğu vəzifələri üzrə Sertifikatın verilməsi üçün inzibati vəzifələr A və B növləri olmaqla, aşağıdakı qruplara bölünür:”;

2.2. 2.1.1-ci yarımbənd ləğv edilsin;

2.3. 3-cü hissənin birinci cümləsində “əlavəsində” sözü “1 nömrəli əlavəsində” sözləri ilə əvəz edilsin;

2.4. 6.3-cü bəndə “qeydiyyat nömrəsi” sözlərindən əvvəl “seriyası və” sözləri əlavə edilsin;

2.5. 6.6-cı bəndə “iştirak etmək” sözlərindən sonra “və ya dövlət qulluğunda fəaliyyəti davam etdirmək” sözləri əlavə edilsin;

2.6. 6.7-ci bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“Sertifikatın dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqə üzrə müsahibədə iştirak etmək və ya dövlət qulluğunda fəaliyyəti davam etdirmək hüququ verməsi haqqında Qeyd”;

2.7. “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”na əlavə - “Dövlət qulluğu vəzifələri üzrə Sertifikatın verilməsi üçün inzibati vəzifələrin növləri, qrupları və alt qrupları” cədvəli üzrə:

2.7.1. yuxarı sağ küncündə “əlavə” sözü “1 nömrəli əlavə” sözləri ilə əvəz edilsin;

2.7.2. “AA” sətri çıxarılsın;

2.7.3. “AB1” sətrində “şöbə müdiri;” sözləri “Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası) aparatlarında şöbə müdiri istisna olmaqla, şöbə müdiri;” sözləri ilə əvəz edilsin;

2.7.4. “AB2” sətrində “dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi;” sözləri “Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası) rəhbərlərinin müşavirləri, köməkçiləri istisna olmaqla, dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi;” sözləri ilə əvəz edilsin.

3. “Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 dekabr tarixli 545 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2493; 2018, № 7 (II kitab), maddə 1661, № 9, maddə 1938) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adında və ikinci abzasda “Birinci-beşinci” sözləri “1-5-ci” sözləri ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri” üzrə:

3.2.1. adında, 2-ci və 7-ci hissələrdə “Birinci-beşinci” sözləri “1-5-ci” sözləri ilə əvəz edilsin;

3.2.2. 1-ci hissədə “birinci-beşinci” sözləri “1-5-ci” sözləri ilə əvəz edilsin;

3.2.3. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:

“5. “İş stajına dair tələblər” hissəsində vəzifənin tutulması üçün dövlət qulluğunda qulluq stajına dair tələblər müəyyən edilir.

Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla, daxili müsahibə əsasında 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-üçüncü təsnifatlarına uyğun olan vəzifələr, habelə Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası) inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri, habelə yerli icra hakimiyyəti orqanlarında, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlarda, eləcə də yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində inzibati vəzifələrə qəbul olunan şəxslər üçün bu “Ümumi Şərtlər”in 8.4-8.7-ci bəndlərində ümumi iş stajına dair tələblər müəyyən edilir.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.12-ci maddəsinin üçüncü hissəsinə və 29.3-cü maddəsinin birinci hissəsinə əsasən dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqənin yalnız müsahibə mərhələsində və ümumi müsahibədə iştirak etmək hüququ verən 10 (on) il iş stajı tələb olunan vəzifələrin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

“Ümumi Şərtlər”də iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə iş stajı müəyyən edilir.

“Ümumi Şərtlər”də dövlət qulluğunda qulluq stajına dair tələb nəzərdə tutulduğu halda, vəzifə təlimatlarında vəzifə üzrə tələb olunan ixtisas dərəcəsi müəyyən edilə bilər.”.

3.2.4. 8.5.13-cü və 8.6.8-ci yarımbəndlər ləğv edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 17 mart 2022-ci il

     № 97

 

 


 

 

“Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”na

2 nömrəli əlavə

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status