“Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli 186 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli 186 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 667; 2016, № 5, maddə 955; 2019, № 5, maddə 975; 2020, № 2, maddə 203; 2021, № 8, maddə 970) ilə təsdiq edilmiş “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 1.3.3-cü yarımbənddə “iştirakçısı” sözü “rezidenti” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “bu Əsasnamə ilə” sözlərindən əvvəl “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri əlavə edilsin.
2. 4.1-ci bəndin ikinci cümləsində, 4.5-ci bənddə, 9-cu hissənin adında, 9.1-ci bənddə, 9.3-cü bəndin birinci cümləsində, 9.4-cü bənddə və 13.3-cü bəndin ikinci cümləsində ismin müvafiq hallarında “iştirakçısı” sözü ismin müvafiq hallarında “rezidenti” sözü ilə əvəz edilsin.
3. 4.4-cü bənddə “iştirakçısının” sözü “rezidentinin” sözü ilə, “iştirakçının” sözü “rezidentin” sözü ilə əvəz edilsin.
4. 6-cı hissə üzrə:
4.1. adına “vəzifələri” sözündən sonra “və hüquqları” sözləri əlavə edilsin;
4.2. 6.1-ci bənddə “təşkilat” sözü “təşkilatın vəzifələri aşağıdakılardır” sözləri ilə əvəz edilsin;
4.3. 6.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“6.1.2. sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınmaq üçün müraciət edən ərizəçilərin investisiya layihəsini (bundan sonra – layihə) qiymətləndirir, onları sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alır və ya qeydiyyata alınmasından imtina barədə qərar qəbul edir, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsini verir, yenidən rəsmiləşdirir, dayandırır, bərpa və ləğv edir, rezidentlərin reyestrini aparır və onun müntəzəm yenilənməsini təmin edir;”;
4.4. 6.1.3-cü yarımbəndə “tikililəri” sözündən əvvəl “dövlət mülkiyyətində olan” sözləri əlavə edilsin və həmin yarımbənddə “iştirakçılarına” sözü “rezidentlərinə” sözü ilə, “icarəyə verir” sözləri “icarəyə (subicarəyə) verir, müqavilə şərtlərinə əməl olunmasına nəzarət edir, həmin müqavilə üzrə pozuntuların aradan qaldırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tədbirlər görür” sözləri ilə əvəz edilsin;
4.5. 6.1.5-ci yarımbənddə “iştirakçıları” sözü “rezidentləri” sözü ilə əvəz edilsin və həmin yarımbənddə “dövlət” sözündən sonra “orqanları (qurumları)” sözləri, “əlaqələndirir” sözündən sonra “, sənaye məhəlləsində aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətlərinin həyata keçirilməsi üçün şərait yaradır” sözləri əlavə edilsin;
4.6. 6.1.7-ci və 6.1.8-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“6.1.7. dövlət orqanları (qurumları) tərəfindən sənaye məhəllə-lərinin rezidentlərində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən yoxlamalarda onların dəvəti ilə iştirak edir;
6.1.8. sənaye məhəlləsinin rezidentləri arasında mübahisələrin danışıqlar yolu ilə həllinə kömək göstərir;”;
4.7. 6.1.10-cu yarımbənddə “iştirakçıları” sözü “rezidentləri” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “bağlayır” sözündən sonra “, onun şərtlərinə əməl olunmasına nəzarət edir, həmin müqavilə üzrə pozuntuların aradan qaldırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tədbirlər görür” sözləri əlavə edilsin;
4.8. 6.1.11-ci yarımbənddə “iştirakçılarına” sözü “rezidentlərinə” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “göstərir” sözündən sonra “, habelə Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir” sözləri əlavə edilsin;
4.9. aşağıdakı məzmunda 6.2-ci bənd əlavə edilsin:
“6.2. Öz vəzifələrini yerinə yetirmək üçün idarəedici təşkilatın hüquqları aşağıdakılardır:
6.2.1. sənaye məhəllələrinin rezidentlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, onların yazılı müraciəti əsasında dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları qarşısında agent və təmsilçilik (“bir pəncərə”) funksiyasını yerinə yetirmək;
6.2.2. mövcud tariflərə uyğun olaraq məişət tullantılarının yığılması xidmətlərini göstərmək;
6.2.3. ofis, konsaltinq, laboratoriya müayinəsi, biznes-inkubasiya, treninq, peşə hazırlığı, marketinq, hüquq, logistika, rabitə, mühafizə, ictimai iaşə, təşviqat, xarici iqtisadi əməliyyatlarla bağlı məsləhət xidmətlərinin və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün qanunla qadağan olunmayan digər xidmətlərin göstərilməsini müqavilə əsasında təmin etmək;
6.2.4. sənaye məhəlləsində məhsul istehsalının dəyər zənciri üzrə inkişaf etdirilməsi və ixracının dəstəklənməsi ilə bağlı təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
6.2.5. sənaye məhəlləsində innovativ texnologiyaların, texnika və materialların tətbiqi, eləcə də istifadəsi ilə bağlı tədbirlər görmək;
6.2.6. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.”.
5. 8-ci hissə üzrə:
5.1. adında “iştirakçısının” sözü “rezidentinin” sözü ilə, 8.7-ci bənddə “iştirakçısı” sözü “rezidenti” sözü ilə əvəz edilsin;
5.2. 8.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“8.1. Sənaye məhəlləsində fəaliyyət göstərmək üçün hüquqi şəxslər və fərdi sahibkarlar bu Əsasnamə ilə müəyyən edilmiş qaydada sənaye məhəlləsinin rezidenti kimi qeydiyyatdan keçərək “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsini almalıdırlar.”;
5.3. 8.2-ci bəndin birinci cümləsində “iştirakçısı” sözü “rezidenti” sözü ilə əvəz edilsin, “keçmək üçün” sözlərindən sonra “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri əlavə edilsin, həmin bəndin ikinci cümləsi çıxarılsın;
5.4. 8.3-cü, 8.4-cü və 8.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:
“8.3. İdarəedici təşkilat ərizəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edir, qeydiyyata alır və ərizəyə əlavə edilmiş sənədlərin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan, ərizəçinin sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınmasından imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq, idarəedici təşkilat onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
8.4. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı gündən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman qeydiyyat müddətinin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları 10 (on) iş günü müddətində aradan qaldırmadıqda idarəedici təşkilat ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınması üçün təkrar ərizə ilə idarəedici təşkilata müraciət edə bilər.
8.6. İdarəedici təşkilat təqdim olunan ərizəyə və ona əlavə edilən sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq ərizəçinin sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və ərizəçiyə bu Əsasnamənin 2 nömrəli əlavəsində müəyyən olunmuş formaya uyğun sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsini verir və ya qeydiyyat şəhadətnaməsinin verilməsindən imtinaya dair əsaslandırılmış qərar qəbul edir.”;
5.5. 8.7.2-ci yarımbənddə “imtinaya səbəb olan əsaslar olduqda” sözləri “təhrif olunmuş məlumatlar olduqda, yaxud sənədlər tam təqdim edilmədikdə (bu Əsasnamənin 8.3-cü bəndinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna edilməklə)” sözləri ilə əvəz edilsin;
5.6. 8.8-ci bəndin birinci və ikinci cümlələri aşağıdakı redaksiyada verilsin və həmin bəndin üçüncü cümləsində “iştirakçılarının” sözü “rezidentlərinin” sözü ilə əvəz edilsin:
“Hüquqi şəxslər və fərdi sahibkarlar sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsini aldıqları gündən sənaye məhəlləsinin rezidenti hesab edilirlər.”.
6. 11-ci hissə üzrə:
6.1. 11.2-ci bənddə “iştirakçılarına” sözü “rezidentlərinə” sözü ilə əvəz edilsin və həmin bəndə “icarəyə” sözündən sonra “(subicarəyə)” sözü əlavə edilsin;
6.2. 11.3-cü bənddə “iştirakçısına” sözü “rezidentinə” sözü ilə əvəz edilsin və həmin bənddən “digər şəxslərə subicarəyə verilməsinə və ya” sözləri çıxarılsın.
7. Həmin Əsasnaməyə 3 nömrəli əlavə - “Sənaye məhəlləsinin iştirakçılarının reyestrinin aparılması Qaydası” üzrə:
7.1. adında, 1.1-ci və 1.2-ci bəndlərdə “iştirakçılarının” sözü “rezidentlərinin” sözü ilə əvəz edilsin;
7.2. 2.5.1-2.5.3-cü, 2.6.1-2.6.3-cü, 2.6.5-ci, 2.6.6-cı yarımbəndlərdə, 2.12-ci (hər iki halda), 2.14-cü bəndlərdə, 3.3-cü bəndin ikinci cümləsində ismin müvafiq hallarında “iştirakçı” sözü ismin müvafiq hallarında “rezident” sözü ilə əvəz edilsin;
7.3. 2.7-ci, 2.9-cu bəndlərdə, 2.10-cu bəndin birinci cümləsində, 3.1-ci bənddə ismin müvafiq hallarında “iştirakçısı” sözü ismin müvafiq hallarında “rezidenti” sözü ilə əvəz edilsin;
7.4. 2.8-ci bəndin birinci cümləsində “iştirakçısına” sözü “rezidentinə” sözü ilə, ikinci cümləsində hər iki halda “iştirakçının” sözü “rezidentin” sözü ilə əvəz edilsin;
7.5. 2.13-cü bənddə “iştirakçısına” sözü “rezidentinə” sözü ilə, “iştirakçının” sözü “rezidentin” sözü ilə əvəz edilsin.
8. Həmin Əsasnaməyə 4 nömrəli əlavə - “Sənaye məhəlləsinin idarəedici təşkilatı ilə iştirakçısı arasında bağlanılan sənaye məhəlləsinin ərazisində dövlət mülkiyyətində olan tikilinin və (və ya) torpaq sahəsinin İcarə Müqaviləsinin Nümunəvi Forması”nda aşağıdakı dəyişikliklər edilsin:
8.1. adında və mətnində ismin müvafiq hallarında “iştirakçısı” sözü ismin müvafiq hallarında “rezidenti” sözü ilə əvəz edilsin;
8.2. 2.2-ci bəndin ikinci cümləsindən “digər şəxslərə subicarəyə verilməsinə,” sözləri çıxarılsın;
8.3. 7.1.3-cü yarımbəndə “orqanlarına” sözündən sonra “(qurumlarına)” sözü əlavə edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 17 mart 2022-ci il
№ 98