AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
18.03.2022
QEYDİYYAT NÖMRƏSİ
103
ADI
Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 20.03.2022, Nəşr Nömrəsi: 61), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.03.2022, Nəşr nömrəsi: 3, Maddə nömrəsi: 279)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.03.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
360.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202203180103
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.03.2022
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

İqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım qeydə alınır, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində problemlər yaranır.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, baş verən proseslərin Azərbaycan Respublikasında əhalinin əsas ərzaq malları ilə təchizatına və ölkənin ərzaq təhlükəsizliyinə potensial mənfi təsirlərinin qarşısının alınması məqsədilə “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.5-ci bəndinə və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki:

1.1. siyahısı bu Qərarın əlavəsi ilə müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallarla qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçirilir;

1.2. bu Qərara əlavə edilən siyahıya daxil olan malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin malların Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçirilir;

1.3. bu Qərara əlavə edilən siyahıya daxil olan malların ölkədən aparılması ilə bağlı müraciət edən şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə uyğun olaraq tərtib edilmiş ərizəni gömrük ərazisindən aparılması istənilən malların növü, həcmi, təyinat ölkəsi, planlaşdırılan aparılma vaxtı, habelə həmin şəxs malların bilavasitə istehsalçısı olduğu təqdirdə, istehsal həcmi barədə məlumatlar ilə birlikdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edir;

1.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərarın 1.3-cü bəndində nəzərdə tutulmuş müraciətə onun təqdim olunduğu gündən 5 (beş) iş günü müddətində baxır;

1.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəy müraciətlə əhatə olunan mal partiyasının həcmi və müvafiq malların ölkədə mövcud olan ehtiyatları nəzərə alınmaqla, həmin malların gömrük ərazisindən aparılmasının yerli təchizata mənfi təsiri proqnozlaşdırılmadığı halda təqdim edilir;

1.6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəyin təqdim edilməsindən imtina olunduğu halda, bu barədə müraciət edən şəxsə 5 (beş) iş günü müddətində əsaslandırılmış imtina məktubu təqdim edilir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

3. Bu Qərarın 1-ci hissəsi bu Qərara əlavə edilən siyahıya daxil olan malların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na uyğun olaraq gömrük ərazisindən aparılmasına şamil olunmur.

4. Bu Qərar 2023-cü il dekabrın 31-dək qüvvədədir. [1]

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 18 mart 2022-ci il

     № 103

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2022-ci il 18 mart tarixli 103 nömrəli Qərarına

əlavə

 

Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların

 

SİYAHISI

 

Sıra

№-si

XİF MN üzrə kod

Malın adı

 

1.

0102

Diri iribuynuzlu mal-qara

 

2.

0104

Diri qoyunlar və keçilər

 

3.

0201

Təzə və ya soyudulmuş iribuynuzlu mal-qara əti

 

4.

0202

Dondurulmuş iribuynuzlu mal-qara əti

 

5.

0204

Təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi əti

 

6.

0207 11

Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti

 

7.

0207 12

Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, dondurulmuş əti

 

8.

0207 13

Ev toyuqlarının (Gallus domesticus) təzə və ya soyudulmuş cəmdək hissələri və ətin əlavə məhsulları

 

9.

0207 14

(0207 14 990 1 istisna olmaqla)

Ev toyuqlarının (Gallus domesticus) dondurulmuş cəmdək hissələri və ətin əlavə məhsulları

 

10. [2]

0402-dən

Qatılaşdırılmış və ya şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmiş süd və qaymaq (milk shake və sundae istisna olmaqla)

 

11.

0405

Kərə yağı və süddən hazırlanmış digər piylər və yağlar; südlü pastalar

 

12.

0407

Qabıqlı, təzə, konservləşdirilmiş və ya suda bişirilmiş quş yumurtaları

 

13.

0701-dən

Təzə və ya soyudulmuş kartof (istixanada yetişdirilən və (və ya) faraş kartof istisna olmaqla) [3]

 

14.

Qrup 10

Dənli bitkilər

 

15. [4]

Qrup 11 (1106 30 və 1108 12 000 0 istisna olmaqla)

Unüyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin; buğda özü (08-ci qrupdakı məhsullardan narın və qaba üyüdülmüş un və toz, qarğıdalı nişastası istisna olmaqla)

 

16. [5]

1201, 1206 00,

1207 21 000 0,

1207 29 000 0,

1208,

1209 10 000 0,

1209 21 000 0,

1209 22, 1209 91,

1209 99,

1213 00 000 0,

1214

Xırdalanmış və ya xırdalanmamış soya paxlaları; xırdalanmış və ya xırdalanmamış günəbaxan toxumları; toxumluq və digər pambıq toxumları; xardal toxumlarından başqa, yağlı bitkilərin toxumlarından və ya barlarından narın və qaba üyüdülmüş un; əkin üçün şəkər çuğunduru toxumları; qarayonca toxumları; üçyarpaq yonca toxumları; tərəvəz bitkilərinin toxumları; digər bitkilərin toxumları; emal olunmamış, xırdalanmış və ya xırdalanmamış, üyüdülmüş və ya üyüdülməmiş, preslənmiş və ya qranullar şəklində taxıl samanı və küləşi; qranullaşdırılmış və ya qranullaşdırılmamış şalğam, pazı (yarpaq çuğunduru, manqold), yem meyvəköklüləri, ot, qara-yonca, yonca, qəpikotu, yem kələmi, acıpaxla və ya lupin, lərgə və analoji yem məhsulları

 

17.

1509

Saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş zeytun yağı və onun fraksiyaları:

 

18.

1510 00

Saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş, yalnız zeytundan hasil olunmuş digər yağlar və onların fraksiyaları, bu yağların və ya fraksiyaların 1509 mal mövqeyindəki yağları ilə və ya fraksiyaları ilə qarışıqları da daxil olmaqla

 

19.

1512 11

Günəbaxan və ya saflor yağı və onların fraksiyaları, xam yağ

 

20.

1512 19

Günəbaxan və ya saflor yağı və onların fraksiyaları, digərləri

 

21.

1515 21

Qarğıdalı yağı və onun fraksiyaları, xam yağ

 

22.

1515 29

Qarğıdalı yağı və onun fraksiyaları, digərləri

 

23. [6]

1516 20-dən

Bitki piyləri və yağları və onların fraksiyaları (pambıq yağı istisna olmaqla)

 

24.

1517

Marqarin; 1516 mal mövqeyindəki qida üçün yararlı olan piylərdən və ya yağlardan, yaxud onların fraksiyalarından başqa, bu qrupdakı heyvan və ya bitki piylərinin və ya yağlarının, yaxud müxtəlif piylərin və ya yağların fraksiyalarının qida üçün yararlı olan qarışıqları və ya hazır məhsulları

 

25.

1701

Bərk halda şəkər qamışı və ya şəkər çuğunduru şəkəri və kimyəvi təmiz saxaroza

 

26.

1901 10 000 0

Pərakəndə satış üçün qablaşdırılmış körpə uşaqlar üçün hazır məhsullar

 

27.

1902

İsti emala məruz qalmış və ya qalmamış, içlikli (ətdən və ya digər məhsullardan) və ya içliksiz, yaxud başqa üsulla hazırlanmış və ya hazırlanmamış, spagetti, makaron, əriştə, lazanya, klyotsklar, ravioli, kannelloni kimi makaron məmulatları; hazırlanmış və ya hazırlanmamış kuskus

 

28. [7]

Qrup 23 (2308 00 900 0 və 2309 10 istisna olmaqla)

Yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yem (digər başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən, qranullaşdırılmış və ya qranullaşdırılmamış heyvan yemi üçün istifadə edilən bitki mənşəli məhsullar, bitki tullantıları və qalıqları və əlavə məhsullar, pərakəndə satış üçün qablaşdırılmış it və ya pişik yemləri istisna olmaqla)

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       28 dekabr 2022-ci il tarixli 452 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 29 dekabr 2022-ci il, “Xalq” qəzeti, 30 dekabr 2022-ci il, № 287)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 28 dekabr 2022-ci il tarixli 452 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 29 dekabr 2022-ci il, “Xalq” qəzeti, 30 dekabr 2022-ci il, № 287) ilə 4-cü hissədə “2022-ci” sözləri “2023-cü” sözləri ilə əvəz edilmişdir.

 

[2] 28 dekabr 2022-ci il tarixli 452 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 29 dekabr 2022-ci il, “Xalq” qəzeti, 30 dekabr 2022-ci il, № 287) ilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısı”nın 10-cu sətri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

10.

0402

Qatılaşdırılmış və ya şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmiş süd və qaymaq

 

 

[3] 28 dekabr 2022-ci il tarixli 452 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 29 dekabr 2022-ci il, “Xalq” qəzeti, 30 dekabr 2022-ci il, № 287) ilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısı”nda 13-cü sətrin “Malın adı” sütununa “istixanada yetişdirilən” sözlərindən sonra “və (və ya)” sözləri əlavə edilmişdir.

 

[4] 28 dekabr 2022-ci il tarixli 452 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 29 dekabr 2022-ci il, “Xalq” qəzeti, 30 dekabr 2022-ci il, № 287) ilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısı”nın 15-ci sətri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

15.

Qrup 11

Unüyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin; buğda özü

 

 

[5] 28 dekabr 2022-ci il tarixli 452 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 29 dekabr 2022-ci il, “Xalq” qəzeti, 30 dekabr 2022-ci il, № 287) ilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısı”nın 16-cı sətri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

16.

Qrup 12

Yağlı toxumlar və bar; Digər toxumlar, bar və dən; Dərman bitkiləri və texniki bitkilər; Saman və yem

 

 

[6] 28 dekabr 2022-ci il tarixli 452 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 29 dekabr 2022-ci il, “Xalq” qəzeti, 30 dekabr 2022-ci il, № 287) ilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısı”nın 23-cü sətri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

23.

1516 20

Bitki piyləri və yağları və onların fraksiyaları

 

 

[7] 28 dekabr 2022-ci il tarixli 452 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 29 dekabr 2022-ci il, “Xalq” qəzeti, 30 dekabr 2022-ci il, № 287) ilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısı”nın 28-ci sətri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

28.

Qrup 23

Yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yem

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status