AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.03.2022
QEYDİYYAT NÖMRƏSİ
118
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması”nın təsdiq edilməsi barədə” 2008-ci il 23 aprel tarixli 98 nömrəli, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin balansında olan mülki dövriyyədən çıxarılmış, mülki dövriyyəsi məhdudlaşdırılmış əmlak, xüsusi qiymətlilər və ya qiymətli metalların müvafiq dövlət orqanlarının sərəncamına verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2008-ci il 6 dekabr tarixli 273 nömrəli, “Dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılan əsaslı vəsait qoyuluşlarının (investisiyaların) dövlət müəssisələrinin nizamnamə kapitalının artırılmasına yönəldilməsi haqqında” 2010-cu il 22 oktyabr tarixli 183 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında” 2015-ci il 30 mart tarixli 90 nömrəli və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” 2015-ci il 17 aprel tarixli 111 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 01.04.2022, Nəşr Nömrəsi: 65), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.03.2022, Nəşr nömrəsi: 3, Maddə nömrəsi: 290)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.04.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202203300118
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
04.04.2022
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması”nın təsdiq edilməsi barədə” 2008-ci il 23 aprel tarixli 98 nömrəli, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin balansında olan mülki dövriyyədən çıxarılmış, mülki dövriyyəsi məhdudlaşdırılmış əmlak, xüsusi qiymətlilər və ya qiymətli metalların müvafiq dövlət orqanlarının sərəncamına verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2008-ci il 6 dekabr tarixli 273 nömrəli, “Dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılan əsaslı vəsait qoyuluşlarının (investisiyaların) dövlət müəssisələrinin nizamnamə kapitalının artırılmasına yönəldilməsi haqqında” 2010-cu il 22 oktyabr tarixli 183 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında” 2015-ci il 30 mart tarixli 90 nömrəli və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” 2015-ci il 17 aprel tarixli 111 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli 98 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 318; 2009, № 10, maddə 846) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması”nda “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 6 dekabr tarixli 273 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1112; 2009, № 10, maddə 846) ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin balansında olan mülki dövriyyədən çıxarılmış, mülki dövriyyəsi məhdudlaşdırılmış əmlak, xüsusi qiymətlilər və ya qiymətli metalların müvafiq dövlət orqanlarının (təşkilatlarının) sərəncamına verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Komitə)” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

2.2. 3-cü hissədə “Komitə” sözü “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

3. “Dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılan əsaslı vəsait qoyuluşlarının (investisiyaların) dövlət müəssisələrinin nizamnamə kapitalının artırılmasına yönəldilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 22 oktyabr tarixli 183 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 913) 3-cü hissəsinin birinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 3, maddə 335; 2020, № 4, maddə 482; 2021, № 3, maddə 281) 7-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 478; 2016, № 9, maddə 1568; 2017, № 4, maddə 606, № 7, maddə 1495; 2018, №9, maddə 1942) 5-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 30 mart 2022-ci il

                        № 118

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status