×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.04.2022
QEYDİYYAT NÖMRƏSİ
132
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 3 dekabr tarixli 381 nömrəli, “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli 5 nömrəli, “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 17 dekabr tarixli 389 nömrəli, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 5 fevral tarixli 37 nömrəli, “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” 2016-cı il 10 mart tarixli 118 nömrəli, “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 2016-cı il 30 dekabr tarixli 534 nömrəli, “Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə” 2017-ci il 10 mart tarixli 83 nömrəli, “Kredit tarixçələrini təşkil edən neqativ məlumatların “Elektron hökumət” portalında yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 27 iyul tarixli 308 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 08.04.2022, Nəşr Nömrəsi: 71), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30.04.2022, Nəşr nömrəsi: 4, Maddə nömrəsi: 382)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.04.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202204040132
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.04.2022
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 3 dekabr tarixli 381 nömrəli, “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli 5 nömrəli, “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 17 dekabr tarixli 389 nömrəli, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 5 fevral tarixli 37 nömrəli, “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” 2016-cı il 10 mart tarixli 118 nömrəli, “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 2016-cı il 30 dekabr tarixli 534 nömrəli, “Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə” 2017-ci il 10 mart tarixli 83 nömrəli, “Kredit tarixçələrini təşkil edən neqativ məlumatların “Elektron hökumət” portalında yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 27 iyul tarixli 308 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 dekabr tarixli 381 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1659; 2016, № 4, maddə 805; 2018, № 5, maddə 1134, № 7 (II kitab), maddə 1625; 2019, № 1, maddə 164) ilə təsdiq edilmiş “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları”nın 1.2-ci və 2.4-cü bəndlərində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 57, № 11, maddə 1417; 2016, № 6, maddə 1193, № 10, maddələr 1725, 1743; 2017, № 4, maddə 636, № 6, maddə 1219, № 10, maddə 1882; 2018, № 1, maddə 139, № 11, maddə 2454; 2019, № 7, maddə 1311, № 12, maddə 2074; 2020, № 2, maddə 190, № 6, maddə 813; 2021, № 2, maddə 195) ilə təsdiq edilmiş “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nın 6.4-cü bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 dekabr tarixli 389 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1586; 2019, № 1, maddə 165) adında, 1-ci və 2-ci hissələrində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 379, № 7, maddə 1342, № 11, maddələr 1965, 1976, № 12, maddə 2239; 2018, № 8, maddələr 1793, 1795; 2018, № 12 (II kitab), maddə 2730; 2019, № 1, maddə 165, № 3, maddə 532, № 7, maddələr 1318, 1334; 2020, № 10, maddə 1269, № 11, maddə 1389; 2021, № 3, maddə 281) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.3.9-cu yarımbəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

5. “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 mart tarixli 118 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 786; 2019, № 1, maddə 165, № 5, maddə 982) 3-cü hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

6. “Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 83 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 482) 3-cü hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 iyul tarixli 308 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1505) ilə təsdiq edilmiş “Kredit tarixçələrini təşkil edən neqativ məlumatların “Elektron hökumət” portalında yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi Qaydası”nın 1.3-cü bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 4 aprel 2022-ci il

     № 132

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status