AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.04.2022
QEYDİYYAT NÖMRƏSİ
136
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2011-ci il 28 dekabr tarixli 212 nömrəli, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2012-ci il 12 yanvar tarixli 5 nömrəli, “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın təsdiq edilməsi haqqında” 2012-ci il 15 fevral tarixli 37 nömrəli, “Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 315 nömrəli, “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nin təsdiq edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 318 nömrəli, “Yoxlamaların aparılmasına cəlb edilən şəxslərin anket məlumatlarının toplanması, yoxlanması və onların seçilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2012-ci il 25 dekabr tarixli 320 nömrəli və “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 15 yanvar tarixli 3 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 09.04.2022, Nəşr Nömrəsi: 72)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.04.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202204040136
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.04.2022
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2011-ci il 28 dekabr tarixli 212 nömrəli, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2012-ci il 12 yanvar tarixli 5 nömrəli, “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın təsdiq edilməsi haqqında” 2012-ci il 15 fevral tarixli 37 nömrəli, “Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 315 nömrəli, “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nin təsdiq edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 318 nömrəli, “Yoxlamaların aparılmasına cəlb edilən şəxslərin anket məlumatlarının toplanması, yoxlanması və onların seçilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2012-ci il 25 dekabr tarixli 320 nömrəli və “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 15 yanvar tarixli 3 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1257; 2014, № 4, maddə 444, № 6, maddə 747; 2016, № 10, maddə 1717; 2018, № 9, maddə 1930; 2019, № 1, maddə 163) ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın 2.1-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

2. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 1, maddə 29; 2013, № 8, maddələr 999, 1033; 2014, № 5, maddə 561, № 6, maddə 747; 2016, № 8, maddə 1453, № 9, maddə 1585; 2017, № 1, maddə 122, № 5, maddə 963, № 10, maddə 1880, № 11, maddə 2185; 2018, № 3, maddə 616, № 11, maddə 2449; 2019, № 1, maddə 163, № 12, maddə 2070; 2020, № 8, maddə 1132; 2021, № 5, maddə 518, № 9, maddə 1083) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın 3.4-cü bəndində, 5.4.2.1-ci, 5.5.2-ci yarımbəndlərində, 7.7.1-ci yarımbəndinin birinci və ikinci cümlələrində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin 9-cu hissəsinin “Dövlət orqanı” sütununda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 181; 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585; 2019, № 1, maddə 163, № 7, maddə 1333) ilə təsdiq edilmiş “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın 1.5-ci, 2.1-2.3-cü, 2.6-2.9-cu, 3.1-3.3-cü, 3.6-cı, 4.1-ci, 4.2-ci, 4.5-ci, 5.1-ci və 5.2-ci bəndlərində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 315 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1379; 2019, № 1, maddə 163, № 7, maddə 1333; 2021, № 4, maddə 396, № 5, maddə 523) ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.2.9-cu yarımbənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – NRYTN yanında DMAA)” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – RİNN yanında DMAA)” sözləri ilə əvəz edilsin;

4.2. 2.9-cu, 2.10-cu, 2.11-ci, 2.13-cü, 3.7-ci və 5.1-1-ci bəndlərdə “NRYTN” akronimi “RİNN” akronimi ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 318 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1382; 2014, № 1, maddə 71, № 2, maddə 201, № 6, maddələr 734, 747; 2016, № 3, maddə 597, № 5, maddə 955, № 9, maddə 1594, № 12, maddə 2241; 2019, № 1, maddə 163, № 3, maddə 565; 2020, № 10, maddə 1304; 2021, № 2, maddə 194, № 9, maddə 1065) ilə təsdiq edilmiş “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nin 7-11-ci hissələrində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 25 dekabr tarixli 320 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1384; 2019, № 1, maddə 164; 2021, № 4, maddə 396) ilə təsdiq edilmiş “Yoxlamaların aparılmasına cəlb edilən şəxslərin anket məlumatlarının toplanması, yoxlanması və onların seçilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.1-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Dövlət Mülki Aviasiya Agentliyinin (bundan sonra – NRYTN yanında DMAA)” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Dövlət Mülki Aviasiya Agentliyinin (bundan sonra – RİNN yanında DMAA)” sözləri ilə əvəz edilsin;

6.2. 2.4-cü, 6.1-ci bəndlərdə (birinci cümlədə), 7.1-ci bənddə (birinci və ikinci cümlələrdə), 7.3-cü, 10.2-ci, 13.2-ci, 13.4-cü, 13.5-ci və 13.6-cı (birinci cümlədə) bəndlərdə və 12.1.1-ci yarımbənddə “NRYTN” akronimi “RİNN” akronimi ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 3 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585; 2019, № 1, maddələr 164, 167; 2021, № 5, maddə 523) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 2.1.2-ci yarımbənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – NRYTN)” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – RİNN)” sözləri ilə əvəz edilsin;

7.2. 3.14-cü, 3.15-ci, 3.16-cı, 4.2-ci, 4.9-cu, 4.13-cü, 4.16-cı, 4.22-ci, 4.23-cü, 4.26-cı, 4.44-cü, 4.54-cü, 4.58-ci, 4.69-cu, 4.78-ci, 4.79-cu bəndlərdə (birinci və ikinci cümlələrdə), 4.80-ci, 4.81-ci, 4.84-4.86-cı, 5.13-cü, 5.21-ci, 5.23-cü, 5.27-ci, 5.35-ci, 5.43-5.45-ci, 6.2-ci, 8.2-ci, 8.4-cü, 8.9-cu, 9.8-ci, 10.2-ci, 10.37-ci, 11.3-cü bəndlərdə, 4.73.3-cü, 5.47.6-cı, 8.3.1-ci, 8.3.2-ci, 8.6.3-cü, 8.6.4.3-cü, 8.6.4.4-cü, 8.8.1-ci, 8.8.2-ci, 9.3.1.2-ci, 9.5.1-ci, 9.5.2-ci və 10.30.2-ci yarımbəndlərdə “NRYTN” akronimi “RİNN” akronimi ilə əvəz edilsin;

7.3. 3.17-ci (ikinci cümlədə), 4.10-cu (ikinci və üçüncü cümlələrdə), 4.11-ci, 4.12-ci (birinci cümlədə), 4.17-ci (ikinci cümlədə), 5.20-ci, 5.28-ci, 5.36-cı, 5.37-ci, 5.38-ci, 5.40-cı (birinci cümlədə), 6.5-ci, 8.4-cü, 9.12-ci bəndlərdə “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 4 aprel 2022-ci il

     № 136

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status