Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” 2005-ci il 15 dekabr tarixli 230 nömrəli, “Bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin qarşısının alınması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 23 dekabr tarixli 238 nömrəli, “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 6 yanvar tarixli 3 nömrəli, “Universal telekommunikasiya xidmətlərinin göstərilməsi üçün operatora, provayderə lazım olan vəsaitin ayrılması və bu məqsədlə sərf olunan vəsaitin geri qaytarılması (kompensasiya) Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 18 yanvar tarixli 18 nömrəli, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2006-cı il 27 yanvar tarixli 25 nömrəli, “Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 28 yanvar tarixli 27 nömrəli, “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 9 fevral tarixli 40 nömrəli, “GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 31 mart tarixli 91 nömrəli və “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 1 fevral tarixli 22 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1230; 2006, № 9, maddə 822, № 11, maddə 1000; 2007, № 4, maddə 387, № 10, maddə 1021, № 12, maddə 1337; 2009, № 2, maddə 144; 2010, № 6, maddə 558; 2012, № 9, maddə 925; 2014, № 1, maddə 69, № 6, maddə 747; 2015, № 5, maddə 660; 2016, № 9, maddə 1585; 2017, № 8, maddə 1612; 2018, № 1, maddə 129; 2019, № 1, maddə 157, № 7, maddə 1326) ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının Siyahısı”nın 4-cü kateqoriyasının 3-cü və 4-cü sütunlarında, 5-ci kateqoriyasının 3-cü (hər iki halda) və 4-cü (hər iki halda) sütunlarında, 7-ci, 8-ci, 9-cu kateqoriyalarının 3-cü və 4-cü sütunlarında və “10-İML” kateqoriyasının “ML8” bölməsinin üçüncü hissəsinin 3-cü və 4-cü sütunlarında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 dekabr tarixli 238 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1237; 2014, № 6, maddə 747; 2019, № 1, maddə 157) ilə təsdiq edilmiş “Bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin qarşısının alınması Qaydası”nın 1.3-cü bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 yanvar tarixli 3 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 36, № 5, maddə 472; 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585, № 11, maddə 1929; 2017, № 12 (II kitab), maddə 2483; 2018, № 1, maddə 139; 2019, № 1, maddə 157) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.7-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra – NRYTN)” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – RİNN)” sözləri ilə əvəz edilsin;
3.2. mətn üzrə ismin müvafiq hallarında “NRYTN” akronimi ismin müvafiq hallarında “RİNN” akronimi ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 49; 2014, № 6, maddə 747; 2018, № 9, maddə 1938; 2019, № 1, maddə 157) ilə təsdiq edilmiş “Universal telekommunikasiya xidmətlərinin göstərilməsi üçün operatora, provayderə lazım olan vəsaitin ayrılması və bu məqsədlə sərf olunan vəsaitin geri qaytarılması (kompensasiya) Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.2-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – NRYTN)” sözləri “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – RİNN)” sözləri ilə əvəz edilsin;
4.2. mətn üzrə ismin müvafiq hallarında “NRYTN” akronimi ismin müvafiq hallarında “RİNN” akronimi ilə əvəz edilsin.
5. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 yanvar tarixli 25 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 54; 2009, № 10, maddə 846; 2012, № 12, maddə 1358; 2014, № 2, maddə 201, № 6, maddə 747; 2016, № 5, maddə 955; 2017, № 4, maddə 620; 2019, № 1, maddə 158) aşağıdakı dəyişikliklər edilsin:
5.1. həmin Qərarla təsdiq edilmiş “Səfərbərlik planlarına uyğun olaraq binaların, tikililərin, kommunikasiyaların, torpaq sahələrinin, rabitə, nəqliyyat və digər vasitələrin ayrılması ilə əlaqədar təşkilatlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası”nın 3-cü hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;
5.2. həmin Qərarla təsdiq edilmiş “Müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə binaların, tikililərin, nəqliyyat vasitələrinin və mülkiyyətində olan digər əmlakın təqdim edilməsi ilə əlaqədar vətəndaşlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası”nın 3-cü hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;
5.3. həmin qərarla təsdiq edilmiş “Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası”nın 3-cü hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
6. “Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 56; 2008, № 1, maddə 39; 2014, № 6, maddə 747, № 9, maddə 1124; 2016, № 1, maddə 173; 2017, № 3, maddə 480; 2019, № 1, maddə 158, № 5, maddə 957, № 9, maddə 1536) aşağıdakı dəyişikliklər edilsin:
6.1. həmin Qərarla təsdiq edilmiş “Elektron imzanın yoxlanılma Qaydası”nın 3.2-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;
6.2. həmin Qərarla təsdiq edilmiş “Elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə xidmətlər göstərən mərkəzin (sertifikat xidmətləri mərkəzinin) qeydiyyatı və akkreditə edilməsi Qaydaları” üzrə:
6.2.1. 1.2-ci bənddə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – NRYTN)” sözləri “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – RİNN)” sözləri ilə əvəz edilsin;
6.2.2. mətn üzrə ismin müvafiq hallarında “NRYTN” akronimi ismin müvafiq hallarında “RİNN” akronimi ilə əvəz edilsin;
6.2.3. Qaydaların əlavəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;
6.3. həmin Qərarla təsdiq edilmiş “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları” üzrə:
6.3.1. 3.14-cü bəndin birinci və ikinci cümlələrində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;
6.3.2. 11.3-cü bənddə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (bundan sonra – NRYTN)” sözləri “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra – RİNN)” sözləri ilə əvəz edilsin;
6.3.3. 11.4-cü bənddə “NRYTN” akronimi “RİNN” akronimi ilə əvəz edilsin.
7. “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 40 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 188; 2008, № 1, maddə 46; 2009, № 10, maddə 853; 2016, № 4, maddə 780; 2018, № 7 (II kitab), maddə 1625; 2019, № 1, maddə 158, № 3, maddə 545; 2020, № 10, maddə 1273; 2021, № 9, maddə 1063) aşağıdakı dəyişikliklər edilsin:
7.1. 2-ci hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;
7.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nın 1.3-cü bəndinin birinci və ikinci cümlələrində, 2.2-ci, 3.1-ci, 3.5-ci, 3.7-ci və 3.8-ci bəndlərində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 31 mart tarixli 91 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 310; 2013, № 2, maddə 190; 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585; 2017, № 7, maddə 1493; 2019, № 1, maddə 158) ilə təsdiq edilmiş “GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları”nın 2.3-cü bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 182; 2009, № 2, maddə 144; 2014, № 2, maddə 216, № 6, maddə 747; 2016, № 9, maddə 1585; 2019, № 1, maddə 158; 2021, № 7, maddə 888) ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
9.1. 1.4-cü bənddə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – NRYTN)” sözləri “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
9.2. 1.7-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 4 aprel 2022-ci il
№ 141