×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.04.2022
QEYDİYYAT NÖMRƏSİ
139
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2003-cü il 21 avqust tarixli 109 nömrəli, “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 27 avqust tarixli 118 nömrəli, “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 2 noyabr tarixli 167 nömrəli, “Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı”nın və “Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2004-cü il 9 dekabr tarixli 191 nömrəli, “Rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” 2005-ci il 7 iyul tarixli 131 nömrəli və “Universal poçt rabitəsi xidmətlərinin göstərilməsi ilə bağlı zərərin kompensasiyası Qaydaları və mənbələri”nin təsdiq edilməsi barədə” 2005-ci il 14 dekabr tarixli 225 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 09.04.2022, Nəşr Nömrəsi: 72), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30.04.2022, Nəşr nömrəsi: 4, Maddə nömrəsi: 389)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.04.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202204040139
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.04.2022
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2003-cü il 21 avqust tarixli 109 nömrəli, “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 27 avqust tarixli 118 nömrəli, “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 2 noyabr tarixli 167 nömrəli, “Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı”nın və “Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2004-cü il 9 dekabr tarixli 191 nömrəli, “Rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” 2005-ci il 7 iyul tarixli 131 nömrəli və “Universal poçt rabitəsi xidmətlərinin göstərilməsi ilə bağlı zərərin kompensasiyası Qaydaları və mənbələri”nin təsdiq edilməsi barədə” 2005-ci il 14 dekabr tarixli 225 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 464; 2005, № 6, maddə 558; 2006, № 4, maddə 370, № 7, maddə 647, № 9, maddə 822; 2008, № 5, maddə 432; 2012, № 5, maddə 476; 2013, № 6, maddə 736; 2014, № 1, maddə 69, № 10, maddə 1316; 2015, № 2, maddə 224; 2019, № 1, maddə 155) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın 12-ci, 13-cü, 18-ci və 20-ci hissələrində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın 5-ci, 7-ci və 11-ci hissələrində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 662; 2005, № 2, maddə 134; 2006, № 3, maddə 299; 2009, № 2, maddə 157, № 10, maddə 853; 2012, № 3, maddə 252; 2014, № 6, maddə 747, № 8, maddə 1023; 2016, № 5, maddə 962, № 10, maddə 1709; 2017, № 3, maddə 487, № 11, maddə 2141; 2019, № 1, maddə 155, № 3, maddə 549) ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.2-ci, 1.5-ci və 1.6-cı bəndlərində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 957; 2006, № 7, maddə 647, № 9, maddə 822; 2008, № 5, maddə 432, № 8, maddə 786; 2013, № 6, maddə 737; 2014, № 1, maddə 69; 2015, № 11, maddə 1418; 2019, № 1, maddə 155) ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 6.2-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1072; 2009, № 2, maddə 142; 2014, № 6, maddə 747; 2019, № 1, maddə 155; 2020, № 11, maddə 1393; 2021, № 4, maddə 424) ilə təsdiq edilmiş “Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi Qaydaları”nın 8-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

5. “Rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyul tarixli 131 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 665, № 12, maddə 1226; 2014, № 6, maddə 747; 2015, № 6, maddə 776; 2016, № 9, maddə 1585; 2019, № 1, maddə 157, № 4, maddə 763) 2.1-ci bəndində, 4-cü və 6-cı hissələrində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 225 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1225; 2008, № 10, maddə 932; 2009, № 2, maddə 142; 2014, № 6, maddə 747; 2019, № 1, maddə 157) ilə təsdiq edilmiş “Universal poçt rabitəsi xidmətlərinin göstərilməsi ilə bağlı zərərin kompensasiyası Qaydaları və mənbələri”nin 7-ci, 8-ci və 9-cu hissələrində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 4 aprel 2022-ci il

     № 139

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status