Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 oktyabr tarixli 414 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 458-VIQD nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 dekabr tarixli 1563 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 oktyabr tarixli 414 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1732; 2018, № 8, maddə 1815) ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 10-cu hissədə “Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyalar və qeydiyyata alınmamış digər lotereyalar” sözləri “Qumar oyunları, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunları və lotereyalar” sözləri ilə əvəz edilsin.
2. 12-ci hissə ləğv edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 4 aprel 2022-ci il
№ 143