AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.04.2022
QEYDİYYAT NÖMRƏSİ
140
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında” 1992-ci il 30 aprel tarixli 239 nömrəli, “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” 1993-cü il 9 mart tarixli 140 nömrəli, “Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1993-cü il 6 avqust tarixli 438 nömrəli, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi Komissiyası haqqında” 1994-cü il 3 mart tarixli 93 nömrəli, “Azərbaycan Respublikasının hesabat tədiyə balansının tərtib edilməsi haqqında” 1995-ci il 8 fevral tarixli 25 nömrəli, “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1997-ci il 10 yanvar tarixli 6 nömrəli, “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1998-ci il 22 aprel tarixli 91 nömrəli, “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 13.04.2022, Nəşr Nömrəsi: 75)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.04.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202204040140
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.04.2022
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında” 1992-ci il 30 aprel tarixli 239 nömrəli, “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” 1993-cü il 9 mart tarixli 140 nömrəli, “Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1993-cü il 6 avqust tarixli 438 nömrəli, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi Komissiyası haqqında” 1994-cü il 3 mart tarixli 93 nömrəli, “Azərbaycan Respublikasının hesabat tədiyə balansının tərtib edilməsi haqqında” 1995-ci il 8 fevral tarixli 25 nömrəli, “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1997-ci il 10 yanvar tarixli 6 nömrəli, “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1998-ci il 22 aprel tarixli 91 nömrəli, “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 30 aprel tarixli 239 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddələr 750, 756; 2005, № 6, maddə 541; 2009, № 2, maddə 144, № 9, maddə 738; 2014, № 1, maddə 57, № 6, maddələr 745, 747; 2019, № 1, maddə 153) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərara 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Dövlət orqanlarının fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə funksiyaları”nda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabineti fövqəladə komissiyasının tərkibi”ndə “R.N.Quluzadə - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri “R.N.Nəbiyev - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 2, maddə 118, № 6, maddə 442; 2000, № 8, maddə 646; 2003, № 6, maddə 342; 2004, № 9, maddə 750; 2005, № 6, maddə 558, № 11, maddə 1061; 2008, № 11, maddə 1042; 2009, № 1, maddə 34; 2012, № 9, maddə 926; 2014, № 1, maddə 57, № 6, maddə 747; 2016, № 9, maddə 1575; 2017, № 7, maddə 1503, № 12 (II kitab), maddə 2481; 2018, № 2, maddə 333, № 10, maddə 2156; 2019, № 1, maddə 153; 2020, № 11, maddə 1417; 2021, № 10, maddə 1195) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi Qaydaları”nın 4.9-cu bəndinin altıncı abzasında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Dövlət sərhədini pozan hava gəmilərinə və uçuş aparatlarına qarşı hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvə və döyüş texnikasının tətbiq edilməsi Qaydaları”nın 10-cu hissəsinin ikinci abzasında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 6 avqust tarixli 438 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddələr 750, 756; 2006, № 9, maddə 822; 2008, № 2, maddə 116; 2010, № 3, maddə 264; 2013, № 10, maddə 1194; 2014, № 6, maddə 747; 2018, № 12 (II kitab), maddə 2736; 2019, № 1, maddə 153; 2020, № 11, maddə 1417) ilə təsdiq edilmiş “Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında Əsasnamə”nin 2.10-cu bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 524; 2012, № 2, maddə 187; 2016, № 2 (II kitab), maddə 372, № 6, maddə 1213; 2018, № 3, maddə 611, № 4, maddə 792, № 5, maddə 1116, № 10, maddə 2143; 2019, № 8, maddə 1479, № 12, maddə 2050; 2020, № 12 (V kitab), maddə 1586) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nın “Komissiyanın üzvləri:” hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikasının hesabat tədiyə balansının tərtib edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 8 fevral tarixli 25 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 750; 2009, № 7, maddə 610; 2014, № 6, maddə 747; 2019, № 1, maddə 153) əlavə - “Azərbaycan Respublikasının tədiyə balansının tərtib edilməsi üçün məlumatların hazırlanması və təqdim edilməsi üzrə proqram”ın səkkizinci abzasında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 148; 2003, № 8, maddə 460; 2009, № 1, maddə 34; 2017, № 2, maddə 286; 2019, № 1, maddə 153, № 12, maddə 2094; 2021, № 5, maddə 533) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”nin 3-cü hissəsinin ikinci abzasında, 4-cü hissəsində, 6-cı hissəsinin birinci və ikinci abzaslarında, 7-ci hissəsində, 10-cu hissəsinin birinci abzasında (hər iki halda), ikinci və üçüncü abzaslarında, 13-cü hissəsinin birinci və ikinci cümlələrində və 15-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

7. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299, № 8, maddə 550, № 10, maddə 639; 1999, № 2, maddə 150; 2000, № 5, maddə 374, № 7, maddə 559, № 8 (III kitab), maddə 643, № 9, maddələr 690, 699, 700, № 10, maddə 770; 2001, № 3, maddə 217, № 4, maddə 289, № 8, maddə 561; 2002, № 4 (II kitab), maddələr 209, 212; 2005, № 1, maddə 56; 2006, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2008, № 7, maddələr 672, 687; 2009, № 9, maddələr 742, 744, № 12, maddələr 1061, 1071; 2010, № 7, maddə 706, № 12, maddə 1114; 2011, № 1, maddə 68, № 8, maddə 774; 2012, № 1, maddə 39, № 7, maddə 779, № 10, maddə 1020; 2013, № 11, maddə 1458; 2014, № 4, maddə 456; 2015, № 7, maddə 895; 2016, № 4, maddə 801, № 8, maddələr 1432, 1460, № 12, maddə 2213; 2017, № 2, maddə 312, № 6, maddə 1242, № 8, maddə 1625; 2018, № 4, maddə 826; 2019, № 1, maddə 154, № 5, maddə 947, № 8, maddə 1468; 2020, № 2, maddə 220; 2021, № 1, maddə 89, № 2, maddə 203, № 6 (IV kitab), maddə 680, № 11, maddələr 1256, 1260) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 4.23-cü, 4.26-cı və 4.32-ci bəndlərdə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;

7.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı”nın adında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 558; 2004, № 3, maddə 193, № 9, maddə 750; 2005, № 7, maddə 665, № 10, maddə 978, № 12, maddə 1226; 2006, № 9, maddə 822, № 12, maddə 1163; 2007, № 1, maddə 49, № 10, maddə 1013; 2009, № 1, maddə 32; 2014, № 6, maddə 747; 2018, № 8, maddə 1817, № 11, maddə 2448; 2019, № 1, maddə 154) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nın 4.13-cü bəndində, 5.1-ci bəndinin üçüncü və dördüncü abzaslarında, 5.3-cü bəndinin birinci abzasında, 5.4-cü bəndinin beşinci və iyirmi yeddinci abzaslarında, 6.1-ci bəndinin ikinci, altıncı (hər iki halda), yeddinci, səkkizinci və onuncu abzaslarında, 8.1.7-ci yarımbəndinin ikinci abzasında, 9-cu hissəsinin birinci abzasında, 10-cu hissəsinin ikinci abzasında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə, 5.1-ci bəndinin “RV-nin sertifikatlaşdırma sxemi və təşkilati strukturu”nda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə, “Rabitə” sözü isə “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 4 aprel 2022-ci il

     № 140

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status