×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
14.03.2022
QEYDİYYAT NÖMRƏSİ
3
ADI
Azərbaycan Respublikasının ləğv edilmiş Satınalmalar üzrə Dövlət Agentliyinin 2003-cü il 25 iyun tarixli 12 nömrəli əmri ilə təsdiq edilmiş “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”da dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.04.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15202203140003
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.04.2022

AZƏRBAYCAN RESPUBLİKASI

İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI

 

QƏRAR

 

№ 3

 

Bakı şəhəri

14 mart 2022-ci il

 

Azərbaycan Respublikasının ləğv edilmiş Satınalmalar üzrə Dövlət Agentliyinin 2003-cü il 25 iyun tarixli 12 nömrəli əmri ilə təsdiq edilmiş “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”da

dəyişiklik edilməsi barədə

 

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 330-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında, 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1376 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 6 iyul tarixli 415s nömrəli Sərəncamının 4-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikasının ləğv edilmiş Satınalmalar üzrə Dövlət Agentliyinin 2003-cü il 25 iyun tarixli 12 nömrəli əmri ilə təsdiq edilmiş “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”da dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

3. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu.

 

Sədr,

İqtisadiyyat naziri

 

Mikayıl Cabbarov

 

                                                                                


 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin

Kollegiyasının 2022-ci il 14 mart 2022-ci il tarixli

3  nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

 

 

Azərbaycan Respublikasının ləğv edilmiş Satınalmalar üzrə Dövlət Agentliyinin 2003-cü il 25 iyun tarixli 12 nömrəli əmri ilə təsdiq edilmiş “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”da dəyişikliklər

 

1.    2-ci hissənin mətni aşağıdakı redaksiyada verilsin:

“2.1.  “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 4-1-ci maddəsinin tələblərinə əsasən təsdiq edilmiş satınalma planına uyğun olaraq kotirovka sorğusu prosedurunun təşkili üçün satınalan təşkilat Qanunun 27.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ehtimal olunan qiyməti təsdiq edir və Qanunun 23-cü maddəsinə əsasən tender komissiyası formalaşdıraraq malların (işlərin və xidmətlərin) satın alınması üzrə kotirovka sorğusunun şərtlərini (nəqliyyat və sığorta xərcləri, gömrük rüsumları, vergilər və sair xərclərin daxil edilib-edilmədiyi göstərilməklə) müəyyən edir. Kotirovka sorğusu şərtləri Qanunun 49-1-ci maddəsinə əsasən hazırlanır.

2.2. Kotirovka sorğusu prosedurunun təşkili üçün tender komissiyası kotirovka sorğusunun şərtlərini təsdiq etdikdən sonra satınalan təşkilat kotirovka sorğusunun keçirilməsi barədə elanı kotirovkaların qiymətləndiriləcəyi gündən azı 10 bank günü əvvəl dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. Tender komissiyası elan verməklə yanaşı malgöndərənlərə (podratçılara) satınalmada iştirak üçün fərdi dəvət (Forma 1) göndərə bilər. Fərdi dəvət almış malgöndərənlər (podratçılar) kotirovka sorğusu şərtlərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edirlər. Qanunun 50-1.3-cü maddəsinə əsasən kotirovka sorğusunun elektron satınalma vasitəsilə keçirilməsi mümkün olmadıqda kotirovkanın keçirilməsi barədə elan respublikanın dövlət qəzetlərində, habelə satınalan təşkilatın rəsmi internet saytında dərc edilir, iştirak haqqını ödəyən malgöndərənlərə (podratçılara) kotirovka sorğusu şərtləri göndərilir.

2.3. Satınalan təşkilat tərəfindən kotirovka sorğusu elanında Qanunun 50-3.2-ci maddəsində qeyd olunan məlumatlar göstərilməlidir. Satınalan təşkilat ilə kotirovka sorğusunun iştirakçıları arasında kotirovka sorğusu proseduru ilə bağlı yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əlaqə saxlanılır. Qanunun 50-1.3-cü maddəsinə əsasən kotirovka sorğusunun elektron satınalma vasitəsilə keçirilməsi mümkün olmadıqda satınalan təşkilat ilə kotirovka sorğusunun iştirakçıları arasında yazılı formada (poçt rabitəsi və ya digər elektron rabitə kanalları vasitəsilə göndərilir, yaxud şəxsən təqdim olunur) əlaqə saxlanılır.

2.4. Satınalan təşkilat qiymət kotirovkalarının verilməsinin son müddəti qurtaranadək hər hansı malgöndərənin (podratçının) sorğusuna cavab olaraq kotirovka sorğusu şərtlərində dəyişikliklər və əlavələr edə bilər. Kotirovka sorğusu şərtlərinə edilən əlavə və dəyişikliklər tender komissiyası tərəfindən təsdiqləndikdən sonra  dövlət satınalmalarının vahid internet portalına əlavə edilərək müvafiq düzəlişlər edilir. Bu barədə məlumat dərhal kotirovka sorğusu şərtlərini almış bütün malgöndərənlərə (podratçılara) göndərilir və qiymət kotirovkalarının qiymətləndiriləcəyi gün ən az 1 bank günü uzadılır. Dəyişikliklər və əlavələr malgöndərənlər (podratçılar) üçün məcburi qüvvəyə malikdir.

2.5. Elektron satınalma vasitəsilə keçirilən kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərən (podratçı) tərəfindən iştirak haqqı dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həmin portalın operatoruna, elektron satınalma vasitəsilə keçirilməsi mümkün olmadıqda satınalan təşkilata ödənilir. Alınmış kotirovka sorğusu şərtlərinə uyğun olaraq malgöndərən (podratçı) tərəfindən təklif olunan malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları (Forma 2) və malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim olunmalıdır. Qanunun 50-1.3-cü əsasən kotirovka sorğusunun elektron satınalma vasitəsilə keçirilməsi mümkün olmadıqda qiymət kotirovkaları və malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər kağız daşıyıcıda təqdim olunur.

2.6. Qiymət kotirovkası təqdim etmiş malgöndərənin (podratçının) sayı üçdən az olduqda satınalan təşkilat satınalma prosedurunun davamından imtina edir və bu barədə məlumatı dərhal qeydiyyatdan keçmiş malgöndərənlərə (podratçılara) göndərir və 5 bank günü ərzində rəsmi internet saytında (dövlət satınalmalarının vahid internet portalında) yerləşdirir.

2.7. Kotirovka sorğusu prosedurunda iştirak edən hər malgöndərən (podratçı) yalnız bir qiymət kotirovkası təqdim edə bilər. Tender komissiyası ilə malgöndərən (podratçı) arasında təqdim olunan kotirovkalar barədə danışıqların aparılmasına (qiymət kotirovkasına dair izahat verilməsi üçün göndərilmiş sorğular istisna olmaqla) və malgöndərənlər (podratçılar) tərəfindən təqdim olunan kotirovkaların dəyişdirilməsinə icazə verilmir.

2.8. Kotirovka sorğusu proseduru əsasında malgöndərənlər (podratçılar) tərəfindən təqdim olunan təklif zərflərinin açılışı Qanunun 25.1-1-ci maddəsinə uyğun olaraq hesablanaraq kotirovka sorğusu şərtlərində müəyyən olunmuş vaxtda qiymət təklifinin ardıcıllığına uyğun olaraq dövlət satınalmalarının vahid internet portalı vasitəsilə avtomatik aparılır və qərar qəbul edilməsi üçün elektron qaydada tender komissiyasına göndərilir. Qanunun 50-1.3-cü əsasən kotirovka sorğusunun elektron satınalma vasitəsilə keçirilməsi mümkün olmadıqda zərflər daxilolma ardıcıllığı ilə malgöndərənlərin (podratçıların) iştirakı ilə açılır və təklif olunan qiymətlər elan olunur. Zərflərin açılışı prosedurunda malgöndərənin (podratçının) və ya onun müvəkkilinin iştirak etməməsi onların təkliflərinin kənarlaşdırılmasına əsas vermir.

2.9. Tender komissiyası qiymət kotirovkalarının qiymətləndirilməsinin nəticələrinə dair öz qərarını kotirovka sorğusu şərtlərində göstərilmiş qiymət kotirovkalarının qüvvədə olma müddətinin bitməsinə 10 bank günü qalanadək qəbul edir. Kotirovka sorğusu şərtinin tələblərinə cavab verən ən aşağı qiymət kotirovkası təqdim etmiş malgöndərən (podratçı) qalib hesab olunur.

2.10.  Tender komissiyası qiymət kotirovkasının kənarlaşdırılması barədə qərarını tender komissiyası tərəfindən təsdiq edildikdən, Qanunun 27.4-cü maddəsinə münasibətdə isə tender komissiyasının qərarı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra 1 bank günü ərzində kənarlaşdırılan malgöndərənə (podratçıya) göndərir.

2.11.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2002-ci il tarixli 124 saylı Qərarı ilə təsdiq olunmuş “Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolu nümunəsinin” əsasında tərtib edilmiş “Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının protokolu” (əlavə olunur) komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Kotirovka sorğusu prosedurunun təşkili və nəticələri ilə razılaşmayan tender komissiyasının üzvləri yekun protokolu imzalayaraq öz xüsusi rəylərini protokola əlavə edirlər. Yekun protokolun surəti onun imzalanmasından sonra Qanunun 37.5-ci maddəsinin tələblərinə uyğun olaraq 3 bank günü ərzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunur.

2.12.  Yekun protokol satınalma müqaviləsinin bağlanması üçün əsas götürülür. Yekun protokol əsasında qalib müəyyən edilmiş malgöndərənin (podratçının) qiymət kotirovkası aksept edildikdən sonra ona dövlət satınalmalarının vahid internet portalı vasitəsilə avtomatik qaydada dərhal aksept bildirişi göndərilir. Satınalan təşkilat 3 bank günü müddətində satınalma müqaviləsini hazırlayır, portalda yerləşdirir və gücləndirilmiş elektron imza vasitəsilə imzalayır. Qanunun 50-1.3-cü maddəsinə əsasən kotirovka sorğusunun elektron satınalma vasitəsilə keçirilməsi mümkün olmadıqda satınalan təşkilat qalib müəyyən edilmiş malgöndərənə (podratçıya) bu barədə qərar qəbul etdikdən 3 bank günü ərzində bildiriş və hazırlanmış satınalma müqaviləsini göndərir.

2.13.  Satınalmanın qalibi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 fevral 2003-cü il tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin tələblərinə uyğun tərtib olunaraq təqdim edilmiş satınalma müqaviləsini 5 bank günü ərzində gücləndirilmiş elektron imza vasitəsilə imzalayır və müqavilənin yerinə yetirilməsi təminatını təqdim edir. Qanunun 50-1.3-cü əsasən kotirovka sorğusunun elektron satınalma vasitəsilə keçirilməsi mümkün olmadıqda satınalmanın qalibi müqaviləni kağız daşıyıcıda imzalayır.

2.14.  Kotirovka sorğusu proseduru haqqında hesabat Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilməli və keçirilən satınalmalara dair sənədlər Qanunun 54-cü maddəsinə uyğun olaraq toplanıb saxlanılmalıdır.”.

2.    Həmin Təlimatın 2 nömrəli formasının adında “kotirovka təklifi” sözləri “qiymət kotirovkası” sözləri, mətndə “kotirovka təklifimizi” sözləri “qiymət kotirovkamızı” sözləri və “kotirovka təklifi” sözləri “qiymət kotirovkası” sözləri ilə əvəz edilsin.

3.    Həmin Təlimatın “Kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolunun forması” üzrə:

3.1.             7-ci hissə aşağıdakı redaksiyada verilsin:

“7. Kotirovka sorğusu haqqında elanın dərc olunması barədə məlumat:

Dərc olunma yeri: _________________________________

Elanın tarixi:_______________”;

3.2.             8-ci, 9-cu və 10-cu hissələr aşağıdakı redaksiyada verilsin:

“8. Kotirovka sorğusu şərtlərigöndərilən malgöndərənlərin (podratçıların) siyahısı:

Sıra

Malgöndərənin

(podratçının) adı

VÖEN-i

Fərdi dəvətlərin göndərilmə tarixi və qeydiyyat nömrəsi

1

 

 

 

2

 

 

 

3

 

 

 

4

 

 

 

 

9. Qiymət kotirovkalarının açılış vaxtı: _______________

                                                                          (tarix və saat)

Qiymət kotirovkaların açılış vaxtı dəyişdirilibsə, əsası göstərilməklə yeni vaxt: ____________________________________________________________________________

(tarix, saat və səbəb)

10. Malgöndərənlərin (podratçıların) təqdim etdiyi qiymət kotirovkaları:


Sıra

Malgöndərənin (podratçının) adı

VÖEN-i

Təqdim edilmə tarixi və vaxtı

Qiymət kotirovkaları

(ümumi məbləğ)

1.        

 

 

 

 

2.        

 

 

 

 

3.        

 

 

 

 

 

 

3.3.             aşağıdakı məzmunda 11-15-ci hissələr əlavə edilsin:

“11. Malgöndərənlərin (podratçıların) qiymət kotirovkalarının formal tələblərə uyğunluğu:

Formal tələblərə dair meyarlar

Kotirovka sorğusu şərtlərinin tələbləri

1-ci mal göndərənin adı

2-ci mal göndərənin adı

3-cü mal göndərənin adı

və s.

1.

Qiymət kotirovkasının qüvvədə olma müddəti

 

 

 

 

 

2.

Malgöndərənin (podratçının) səlahiyyətli olduğu

 

 

 

 

 

3.

Qiymət kotirovkasının tamlığı

 

 

 

 

 

4.

Kotirovka sorğusu şərtlərində müəyyən olunmuş digər formal tələblər və qiymət kotirovkalarının belə tələblərə uyğunluğu barədə məlumat

 

 

 

 

 

12. Kotirovka sorğusu şərtlərinin formal tələblərinə cavab verməyən tender təkliflərinin kənarlaşdırılmasının əsasları (kənarlaşma olubsa):

Malgöndərənin (podratçının) adı

Kənarlaşdırmanın əsasları

1.        

 

 

2.        

 

 

3.        

 

 

13. Bütün qiymət kotirovkaları kənarlaşdırıldığı halda belə qərarın İqtisadiyyat Nazirliyi qismində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiq olunması haqqında məktubun nömrəsi və tarixi: _______________________

14. Kotirovka sorğusu prosedurunda qalib müəyyən olunmuş malgöndərən (podratçı) və satınalma müqa­viləsi haqqında məlumat:

Malgöndərən (podratçının) adı _____________________________

Satınalma müqaviləsi üzrə alınacaq malların (işlərin və xidmətlərin) adları, ölçü vahidi, miqdarı, həcmi və qiyməti haqqında məlumat:

Maddələrin təsviri

Ölçü vahidi

Miqdarı

Vahidin qiyməti

Ümumi məbləği

1.        

 

 

 

 

 

2.        

 

 

 

 

 

3.        

 

 

 

 

 

4.        

 

 

 

 

 

5.        

 

 

 

 

 

6.        

 

 

 

 

 

7.        

 

 

 

 

 

8.        

 

 

 

 

 

9.        

 

 

 

 

 

10.    

 

 

 

 

 

Ümumi məbləğ (manat ilə):

 

15. Daxil olan şikayətlər və onların baxılmasının nəticələri barədə məlumat: __________________________________________________________________________”.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status