AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
15.04.2022
QEYDİYYAT NÖMRƏSİ
161
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 1998-ci il 29 sentyabr tarixli 199 nömrəli, “Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 9 yanvar tarixli 1 nömrəli, “Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 27 mart tarixli 51 nömrəli, “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 27 mart tarixli 52 nömrəli, “Azərbaycan Respublikasında ovçuluqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli və “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının təsdiq edilməsi haqqında” 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 19.04.2022, Nəşr Nömrəsi: 80)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.04.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
260.030.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202204150161
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
22.04.2022

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 1998-ci il 29 sentyabr tarixli 199 nömrəli, “Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 9 yanvar tarixli 1 nömrəli, “Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 27 mart tarixli 51 nömrəli, “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 27 mart tarixli 52 nömrəli, “Azərbaycan Respublikasında ovçuluqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli və “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının təsdiq edilməsi haqqında” 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

 

“Azərbaycan Respublikasının Su Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 416-VIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1537 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 sentyabr tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 605; 2005, № 1, maddə 49; 2007, № 12, maddə 1336; 2019, № 12, maddə 2092; 2021, № 9, maddə 1061) ilə təsdiq edilmiş “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları”nın 2.3-cü bəndində ikinci cümlə üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Geoloji ayırma statusunun verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli 1 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 42; 2000, № 10, maddə 765; 2001, № 2, maddə 116; 2005, № 1, maddə 49; 2006, № 9, maddə 822; 2007, № 12, maddə 1336; 2019, № 12, maddə 2092; 2021, № 9, maddə 1061, № 10, maddə 1199) ilə təsdiq edilmiş “Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsi Qaydaları”nın 3.2.10-cu yarımbəndinin ikinci abzasına aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Dağ-mədən ayırması statusunun verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 mart tarixli 51 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 206; 2001, № 2, maddə 116; 2005, № 1, maddə 49; 2007, № 12, maddə 1336; 2021, № 10, maddə 1199) ilə təsdiq edilmiş “Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydaları”nın 4.3-cü bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Dağ-mədən ayırması statusunun verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 207; 2000, № 10, maddə 765; 2001, № 2, maddə 116; 2005, № 1, maddə 49; 2007, № 12, maddə 1336; 2019, № 12, maddə 2092) ilə təsdiq edilmiş “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 3.4-cü bəndinin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Dağ-mədən ayırması statusunun verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.

5. “Azərbaycan Respublikasında ovçuluqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 759, № 12, maddə 1079; 2005, № 6, maddə 535; 2007, № 10, maddə 1013; 2008, № 2, maddə 132; 2015, № 4, maddə 472; 2017, № 9, maddə 1761) aşağıdakı dəyişikliklər edilsin:

5.1. həmin Qərarla təsdiq edilmiş “Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi Qaydası”nın 1.5-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“1.5. Ovçuluq biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”;

5.2. həmin Qərarla təsdiq edilmiş “Ov etmək üçün icazənin verilməsi Qaydası”nın 1.7-ci və 1.8-ci bəndləri ləğv edilsin;

5.3. həmin Qərarla təsdiq edilmiş “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi Qaydası” üzrə:

5.3.1. 1.6-cı və 1.7-ci bəndlər ləğv edilsin;

5.3.2. 2.4-cü bənddən “icazənin dəyəri əvvəlcədən,” sözləri çıxarılsın, “dəyəri isə” sözləri “dəyəri” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 869; 2007, № 1, maddə 45, № 3, maddə 312, № 10, maddə 1021; 2008, № 2, maddə 116; 2009, № 6, maddə 491, № 10, maddə 846, № 12, maddə 1061; 2010, № 3, maddə 264, № 4, maddə 359, № 7, maddə 702, № 12, maddə 1122; 2014, № 3, maddə 321, № 10, maddə 1322; 2015, № 4, maddə 474; 2016, № 2 (II kitab), maddə 366, № 3, maddə 610, № 5, maddə 951, № 8, maddə 1431, № 9, maddə 1555, № 11, maddə 1955; 2017, № 1, maddə 131, № 3, maddə 510, № 8, maddə 1617, № 12 (II kitab), maddə 2504; 2018, № 6, maddə 1377, № 7 (II kitab), maddə 1630, № 8, maddə 1809, № 11, maddə 2428, № 12 (II kitab), maddələr 2735, 2738; 2019, № 1, maddə 157, № 9, maddə 1564; 2021, № 1, maddə 85, № 4, maddə 417, № 9, maddələr 1049, 1054; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 iyun tarixli 191 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 17-ci hissəyə “sənədlərin” sözündən sonra “(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər istisna olmaqla)” sözləri əlavə edilsin;

6.2. 30-cu hissədən “, ovçuluq biletinin qiyməti” sözləri çıxarılsın.

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 15 aprel 2022-ci il

№ 161

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status