AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
19.04.2022
QEYDİYYAT NÖMRƏSİ
166
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsinin təsdiq edilməsi haqqında” 1994-cü il 5 may tarixli 176 nömrəli, “Respublikanın tədris müəssisələrində ibtidai hərbi hazırlığın tədrisinin yaxşılaşdırılması tədbirləri haqqında” 1995-ci il 22 avqust tarixli 190 nömrəli, “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsinin təsdiq edilməsi haqqında” 1998-ci il 29 may tarixli 119 nömrəli, “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” 2001-ci il 25 dekabr tarixli 200 nömrəli, “Loqopedik xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 29 aprel tarixli 73 nömrəli, “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında” 2002-ci il 29 aprel tarixli 74 nömrəli, “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 77 nömrəli, “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 78 nömrəli və “Reabilitasiya mərkəzləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 29 may tarixli 85 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 23.04.2022, Nəşr Nömrəsi: 84)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.04.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202204190166
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
22.04.2022
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsinin təsdiq edilməsi haqqında” 1994-cü il 5 may tarixli 176 nömrəli, “Respublikanın tədris müəssisələrində ibtidai hərbi hazırlığın tədrisinin yaxşılaşdırılması tədbirləri haqqında” 1995-ci il 22 avqust tarixli 190 nömrəli, “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsinin təsdiq edilməsi haqqında” 1998-ci il 29 may tarixli 119 nömrəli, “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” 2001-ci il 25 dekabr tarixli 200 nömrəli, “Loqopedik xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 29 aprel tarixli 73 nömrəli, “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında” 2002-ci il 29 aprel tarixli 74 nömrəli, “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 77 nömrəli, “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 78 nömrəli və “Reabilitasiya mərkəzləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 29 may tarixli 85 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 dekabr tarixli 3059 nömrəli Sərəncamının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 48; 2000, № 8, maddə 648; 2015, № 8, maddə 963, № 12, maddə 1579; 2017, № 4, maddə 628; 2018, № 5, maddə 1147, № 9, maddə 1938, № 11, maddə 2458, № 12 (II kitab), maddə 2736; 2020, № 2, maddə 210, № 4, maddə 480, № 11, maddə 1417; 2021, № 9, maddə 1070) ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü hissədə “rayon (şəhər) təhsil şöbələrinin” sözləri “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, regional təhsil idarələrinin (bundan sonra – yerli təhsili idarəetmə orqanları)” sözləri ilə əvəz edilsin;

1.2. 11-ci hissədə “rayon (şəhər) təhsil şöbəsinin” sözləri “yerli təhsili idarəetmə orqanının” sözləri ilə əvəz edilsin;

1.3. 23-cü hissədə “yerli təhsil şöbələri” sözləri “yerli təhsili idarəetmə orqanları” sözləri ilə əvəz edilsin;

1.4. 63-cü hissədə “yerli təhsil orqanları” sözləri “yerli təhsili idarəetmə orqanları” sözləri ilə əvəz edilsin.

2. “Respublikanın tədris müəssisələrində ibtidai hərbi hazırlığın tədrisinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 avqust tarixli 190 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 541; 2013, № 10, maddə 1196; 2018, № 12 (II kitab), maddə 2736; 2021, № 9, maddə 1087) 2-ci hissəsinin on birinci abzasında “şəhər və rayon təhsil şöbələrini” sözləri “Bakı Şəhəri üzrə Təhsil İdarəsini və regional təhsil idarələrini” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 360; 2001, № 10, maddə 663; 2003, № 6, maddə 342; 2005, № 6, maddə 541; 2006, № 5, maddə 463; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1369; 2013, № 10, maddə 1199; 2016, № 9, maddə 1585; 2017, № 4, maddə 620; 2018, № 12 (II kitab), maddə 2736; 2021, № 7, maddə 871, № 10, maddə 1195) ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. II hissə üzrə:

3.1.1. üçüncü abzasda “Rayon (şəhər) təhsil şöbələri” sözləri “Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri (bundan sonra – yerli təhsili idarəetmə orqanları)” sözləri ilə əvəz edilsin;

3.1.2. on dördüncü abzasda “rayon (şəhər) təhsil şöbələrinə” sözləri “yerli təhsili idarəetmə orqanlarına” sözləri ilə əvəz edilsin;

3.1.3. on beşinci və on altıncı abzaslarda “təhsil şöbələri” sözləri “yerli təhsili idarəetmə orqanları” sözləri ilə əvəz edilsin;

3.2. III hissənin on birinci abzasında “rayon (şəhər) təhsil şöbələrinə” sözləri “yerli təhsili idarəetmə orqanlarına” sözləri ilə əvəz edilsin;

3.3. V hissənin üçüncü abzasında “rayon (şəhər) təhsil şöbələri” sözləri “yerli təhsili idarəetmə orqanları” sözləri ilə əvəz edilsin;

3.4. VI hissə üzrə:

3.4.1. altıncı abzasda “Rayon (şəhər) təhsil şöbələrinin” sözləri “Yerli təhsili idarəetmə orqanlarının” sözləri ilə əvəz edilsin;

3.4.2. yeddinci abzasda “Rayon (şəhər) təhsil şöbələri” sözləri “Yerli təhsili idarəetmə orqanları” sözləri ilə əvəz edilsin;

3.4.3. səkkizinci abzasın birinci cümləsində və doqquzuncu abzasda “təhsil şöbələri” sözləri “yerli təhsili idarəetmə orqanları” sözləri ilə əvəz edilsin;

3.4.4. on birinci abzasda “Rayon (şəhər) təhsil şöbəsi” sözləri “Yerli təhsili idarəetmə orqanları” sözləri ilə əvəz edilsin.

4. “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 200 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 810; 2004, № 12, maddə 1073; 2008, № 11, maddə 1038; 2015, № 4, maddə 475; 2018, № 3, maddə 614; 2021, № 1, maddə 98) 2-ci hissəsində “şəhər (rayon) təhsil şöbələri” sözləri “Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 aprel tarixli 73 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (II kitab), maddə 214; 2018, № 10, maddə 2173; 2020, № 10, maddə 1300) ilə təsdiq edilmiş “Loqopedik xidmət haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

5.1. I bölmə üzrə:

5.1.1. 2-ci hissədə “rayon (şəhər) təhsil şöbəsi (idarəsi)” sözləri “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin (bundan sonra – yerli təhsili idarəetmə orqanları)” sözləri ilə əvəz edilsin;

5.1.2. 3-cü hissədə “rayon (şəhər) təhsil şöbələri (idarələri)” sözləri “yerli təhsili idarəetmə orqanları” sözləri ilə əvəz edilsin;

5.2. III bölmə üzrə:

5.2.1. 1-ci hissənin ikinci cümləsində “rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin)” sözləri “yerli təhsili idarəetmə orqanlarının” sözləri ilə əvəz edilsin;

5.2.2. 3-cü hissənin səkkizinci abzasının ikinci cümləsində “rayon (şəhər) təhsil şöbələrinə” sözləri “yerli təhsili idarəetmə orqanlarına” sözləri ilə əvəz edilsin;

5.3. V bölmə üzrə:

5.3.1. 3-cü hissədə “rayon (şəhər) təhsil şöbəsinin” sözləri “yerli təhsili idarəetmə orqanının” sözləri ilə əvəz edilsin;

5.3.2. 4-cü hissədə “rayon (şəhər) təhsil şöbələri” sözləri “yerli təhsili idarəetmə orqanları” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 aprel tarixli 74 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (II kitab), maddə 215; 2005, № 4, maddə 375; 2011, № 5, maddə 449; 2015, № 12, maddə 1582; 2020, № 11, maddə 1417) ilə təsdiq edilmiş “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə”nin 2.1-ci bəndində “yerli şöbələrinin (idarələrinin)” sözləri “Bakı şəhəri üzrə Təhsil İdarəsinin, regional təhsil idarələrinin” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 314; 2010, № 3, maddə 264; 2015, № 12, maddə 1581; 2020, № 2, maddə 216, № 8, maddə 1126, № 10, maddə 1300) ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın II bölməsinin 20-ci hissəsinin birinci cümləsində “rayon (şəhər) təhsil şöbələri” sözləri “Bakı şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 78 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 315; 2005, № 3, maddə 255; 2007, № 2, maddə 185; 2009, № 10, maddə 857; 2017, № 4, maddə 629, № 10, maddə 1910, № 12 (II kitab), maddə 2518; 2018, № 5, maddə 1150, № 11, maddə 2458; 2020, № 2, maddə 216, № 10, maddə 1300; 2021, № 9, maddə 1085) ilə təsdiq edilmiş “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”nin 6-cı hissəsində “və yerli təhsil şöbələrinin” sözləri “, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 85 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 322; 2018, № 10, maddə 2173; 2019, № 7, maddə 1319; 2020, № 10, maddə 1300, № 11, maddə 1415) ilə təsdiq edilmiş “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

9.1. 1.5-ci bənddə “yerli təhsil şöbələrinin (idarələrinin)” sözləri “Bakı şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin” sözləri ilə əvəz edilsin;

9.2. 4.4-cü bəndin dördüncü abzasında “təhsil şöbəsi (idarəsi)” sözləri “Bakı şəhəri üzrə Təhsil İdarəsi və ya regional təhsil idarəsi” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 19 aprel 2022-ci il

                        № 166

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status