AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
16.04.2022
QEYDİYYAT NÖMRƏSİ
233s
ADI
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 aprel tarixli 1658 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.04.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.140.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 aprel tarixli 1658 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI

 

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 aprel tarixli 1658 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Energetika Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:

1.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununa (bundan sonra – Qanun) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

1.2. Qanunun 6-3-cü maddəsinin 4-cü hissəsinin dördüncü cümləsində, 6-4-cü maddəsinin birinci cümləsində, 6-5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü hissələrində nəzərdə tutulmuş orqan (qurum) barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:

2.1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinin 1-ci hissəsinin üçüncü cümləsinə uyğun olaraq, müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydasının layihəsini üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

2.2. həmin Qanunun 6-2-ci maddəsinin 1-ci hissəsinin dördüncü abzasına uyğun olaraq, qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasının layihəsini üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

2.3. həmin Qanunun 6-4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydasının layihəsini üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

2.4. həmin Qanunun 6-5-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, ixtisaslaşmış podratçılara verilən ixtisas attestatının formasını, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasının layihəsini üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

2.5. həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələbləri barədə təkliflərini dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

2.6. həmin Qanunun 3-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq, qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələbləri barədə təkliflərini dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

2.7. həmin Qanunun 6-2-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasının layihəsini dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etsinlər.

4. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Qanunun tətbiqinin təmin edilməsi məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

6. Bu Sərəncamın 1-ci, 3-cü, 4-cü və 5-ci hissələrinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2-ci hissəsinin icrası Sənaye və energetika şöbəsinə həvalə edilsin.

7. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 16 aprel 2022-ci il

                      № 233s

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status