“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743; 2018, № 6, maddə 1187; 2019, № 1, maddə 28, № 5, maddə 797, № 6, maddə 986, № 8, maddə 1360, № 11, maddə 1692, № 12, maddə 1903; 2020, № 6, maddə 662; 2021, № 6 (I kitab), maddə 551, № 7, maddə 701, № 12, maddələr 1315, 1329, 1339) 2 nömrəli əlavəsinin 5-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
5.
|
Audiovizual media fəaliyyəti:
|
5.1.
|
ümumölkə yerüstü televiziya yayımçısı
|
5.2.
|
ümumölkə yerüstü radio yayımçısı
|
5.3.
|
regional yerüstü televiziya yayımçısı
|
5.4.
|
regional yerüstü radio yayımçısı
|
5.5.
|
peyk yayımı həyata keçirən platforma yayımçısı
|
5.6.
|
peyk yayımı həyata keçirməyən platforma yayımçısı
|
5.7.
|
sifarişli yayım xidməti provayderi
|
5.8.
|
sadə platforma operatoru
|
5.9.
|
universal platforma operatoru
|
5.10.
|
multipleks operatoru
|
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2022-ci il
№ 507-VIQD