AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
18.05.2022
QEYDİYYAT NÖMRƏSİ
192
ADI
“Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 20.05.2022, Nəşr Nömrəsi: 105), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.05.2022, Nəşr nömrəsi: 5, Maddə nömrəsi: 554)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.05.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202205180192
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
23.05.2022
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 1001) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü hissədə “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin.

2. 5-ci hissədə “kartlarla” sözü “nağdsız qaydada” sözləri ilə əvəz edilsin.

3. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” üzrə:

3.1. 1.2-ci bəndə “müştərilərlə” sözündən sonra “nağdsız” sözü əlavə edilsin;

3.2. 2-ci hissə üzrə:

3.2.1. 2.1.1-ci yarımbəndə “ödəniş aləti” sözlərindən sonra “və ya karta bağlı ödəniş vasitəsi (mobil cihaz və digər avadanlıq)” sözləri əlavə edilsin;

3.2.2. 2.1.2-ci yarımbənddən “beynəlxalq kart təşkilatlarının (Visa, MasterCard və s.) loqotipini daşıyan,” sözləri çıxarılsın;

3.2.3. 2.1.5-ci yarımbənddən “kartla” sözü çıxarılsın;

3.2.4. 2.1.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.6. POS-terminal - nağdsız ödənişlərin (o cümlədən təmassız ödənişlərin) aparılması və/və ya nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq, o cümlədən lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihaz (mobil operatorların ümumistifadəli telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıq);”;

3.2.5. 2.1.11-ci yarımbənddə “təsərrüfat subyektinin” sözləri “sifarişçinin özü və ya sifarişçinin” sözləri ilə əvəz edilsin;

3.2.6. 2.1.12-ci yarımbənddən “emitent tərəfindən kart sahibinə və ya onun tərəfindən vəkil edilmiş şəxsə təqdim olunan və” sözləri çıxarılsın;

3.2.7. 2.1.14-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1.15-ci, 2.1.16-cı yarımbəndlər əlavə edilsin:

“2.1.15. təmassız ödəniş – daxilində radiotezlikli identifikator quraşdırılmış kartın POS-terminala yaxınlaşdırılması ilə aparılan əməliyyat;

2.1.16. unikal kod – POS-terminal kimi istifadə edilən mobil cihaz üçün bank ekvayer tərəfindən verilmiş, həmin bank üzrə təkrarlanmayan, hərf, rəqəm və ya simvollardan ibarət vahid kod.”;

3.3. 3-cü hissə üzrə:

3.3.1. 3.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.1. POS-terminal ən azı Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar tərəfindən emissiya edilmiş beynəlxalq və lokal ödəniş kartlarının qəbulu, o cümlədən təmassız ödənişlərin aparılması imkanına malik olmalıdır;”;

3.3.2. 3.1.2-ci yarımbənd ləğv edilsin;

3.3.3. 3.1.3-cü yarımbənddən “(POS-terminalın inteqrə edilmiş və yaxud POS-terminalla əlaqəsi olan ayrı avadanlıq kimi)” sözləri çıxarılsın;

3.3.4. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.3. Bank ekvayer POS-terminalın qoşulmasına və xidmət göstərilməsinə dair xidmət mərkəzi ilə müqavilə bağlayır, bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş tələblərə cavab verən POS-terminalı müvafiq testlərin və sazlamaların aparılması üçün xidmət mərkəzinə təqdim edir.”;

3.4. 4-cü hissə üzrə:

3.4.1. 4.1-ci bənddə “Vergilər Nazirliyi (bundan sonra – Vergilər Nazirliyi)” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti)” sözləri ilə əvəz edilsin;

3.4.2. 4.3-cü bəndə “sənədləri” sözündən sonra “və ya məlumatları” sözləri əlavə edilsin;

3.4.3. 4.3.1-ci və 4.3.3-cü yarımbəndlərə “surəti” sözündən sonra “(kağız daşıyıcıda) və ya müvafiq sənədin məlumatları (elektron formada)” sözləri əlavə edilsin;

3.4.4. 4.3.2-ci yarımbəndə “surəti” sözündən sonra “(kağız daşıyıcıda) və ya şəhadətnamənin məlumatları (elektron formada) sözləri əlavə edilsin;

3.4.5. aşağıdakı məzmunda 4.3.4-cü yarımbənd əlavə edilsin:

“4.3.4. əsas fəaliyyət növünün adı və kodu göstərilməklə, təsərrüfat subyektində POS-terminalın quraşdırılması üçün Dövlət Vergi Xidməti tərəfindən göndərilmiş bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun bildirişin surəti (kağız daşıyıcıda) və ya bildirişin məlumatları (elektron formada).”;

3.4.6. aşağıdakı məzmunda 4.3-1-ci bənd əlavə edilsin:

“4.3-1. POS-terminal sifarişçi tərəfindən təmin edildikdə, o, bu Qaydaların 4.3-cü bəndində göstərilmiş sənədlərlə yanaşı, quraşdırılacaq POS-terminalı müvafiq proqram təminatının yüklənməsi üçün bank ekvayerə təqdim edir.”;

3.4.7. 4.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.4. Bank ekvayer sifarişçinin müraciətinə bu Qaydaların 4.3-cü bəndində göstərilmiş sənədlər və ya məlumatlar təqdim edildikdən sonra 3 (üç) iş günü müddətində baxır. Bu müddətdə bank ekvayer POS-terminalın quraşdırılması üçün təsərrüfat subyektinin texniki imkanlarının və təqdim edilmiş sənədlərə uyğun fəaliyyət sahəsinin ümumi təhlili məqsədilə təsərrüfat subyektinə yerində baxış həyata keçirə bilər.”;

3.4.8. 4.5.1-ci yarımbəndə “sənədlər” sözündən sonra “və ya məlumatlar” sözləri əlavə edilsin;

3.4.9. 4.5.2-ci yarımbəndə “quraşdırmaq üçün” sözlərindən sonra “bu Qaydaların 3.1-ci bəndinin tələblərinə cavab verən” sözləri əlavə edilsin;

3.4.10. 4.5.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.5.3. texniki səbəblərdən POS-terminalın quraşdırılması mümkün olmadıqda (sifarişçinin mülkiyyətində olan POS-terminalın texniki parametrləri bu Qaydaların 3.1-ci bəndinin tələblərinə cavab vermədikdə və ya sifarişçi tərəfindən POS-terminalın quraşdırılması üçün zəruri olan texniki imkanlar təmin edilmədikdə);”;

3.4.11. 4.6-cı bənddə “Vergilər Nazirliyinə” sözləri “Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilsin;

3.4.12. 4.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.8. Bank ekvayer tərəfindən sifarişçinin müraciətinə müsbət baxıldıqda və müqavilə şərtləri üzrə razılıq əldə edildikdə, tərəflər arasında müqavilə bağlanılır və 10 (on) iş günü müddətində sifarişçinin müqavilədə nəzərdə tutulmuş təsərrüfat subyektində POS-terminal quraşdırılır. Bank ekvayer POS-terminal quraşdırıldıqdan sonra 1 (bir) iş günü müddətində sifarişçinin müqavilədə nəzərdə tutulmuş təsərrüfat subyektində quraşdırılmış POS-terminalın qeydiyyatı üçün elektron və ya kağız daşıyıcıda Dövlət Vergi Xidmətinə bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq müraciət göndərir.”;

3.4.13. 4.9.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.9.1. tərəflərin POS-terminalla əməliyyatların aparılması üzrə hüquq və vəzifələri;”;

3.4.14. 4.9.3-cü yarımbənddən “kart vasitəsilə” sözləri çıxarılsın və “dəyərinin” sözündən sonra “POS-terminal vasitəsilə” sözləri əlavə edilsin;

3.4.15. 4.9.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.9.5. sifarişçi tərəfindən POS-terminal vasitəsilə əməliyyatların aparılması zamanı zəruri olan təhlükəsizlik tədbirləri;”;

3.4.16. 4.9.8-ci yarımbənddə “kart vasitəsilə aparılmış” sözləri “aparılmış nağdsız” sözləri ilə əvəz edilsin;

3.4.17. 4.11-ci bənddə “Vergilər Nazirliyi” sözləri “Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin və həmin bəndə “ekvayerə” sözündən sonra “və sifarişçiyə” sözləri əlavə edilsin;

3.4.18. 4.12-ci və 4.13-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“4.12. Bank ekvayer bu Qaydaların 4.11-ci bəndində göstərilən məlumatı aldıqdan sonra 5 (beş) iş günü müddətində sifarişçinin müqavilədə nəzərdə tutulmuş təsərrüfat subyektində POS-terminalın aktivləşdirilməsini və ödənişlərin qəbul edilməsini təmin edir.

4.13. Bu Qaydaların 4.12-ci bəndinin tələbləri yerinə yetirildikdən sonra əməliyyatçı POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsini təmin edir.”;

3.5. 5-ci hissə üzrə:

3.5.1. 5.2-ci və 5.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“5.2. Sifarişçi öz təşəbbüsü və ya kart istifadəçisinin istəyi əsasında təsərrüfat subyektində bu Qaydaların tələblərinə uyğun quraşdırılmış POS-terminalda əməliyyatın aparılması üçün ödənişə qəbul edilən kart (kartlar) barədə kart istifadəçisinin məlumatlandırılmasını təmin edir.

5.3. POS-terminal vasitəsilə ödənişin qəbul edilməsi zamanı kart istifadəçisinə elektron və ya kağız daşıyıcıda özündə ən azı aşağıdakı məcburi rekvizitləri əks etdirən qəbzin (məlumatın) təqdim edilməsi təmin edilir və ya qəbzin (məlumatın) asanlıqla əldə edilməsi imkanı yaradılır:

5.3.1. bank ekvayerin və (və ya) xidmət mərkəzinin adı;

5.3.2. sifarişçinin adı və VÖEN-i;

5.3.3. qəbzin nömrəsi;

5.3.4. əməliyyatın tarixi (gün, ay, il) və vaxtı (saat, dəqiqə);

5.3.5. POS-terminalın kodu;

5.3.6. ödənişin məbləği və valyutası;

5.3.7. kartın təhlükəsizlik tələbləri çərçivəsində icazə verilən rekvizitləri;

5.3.8. avtorizasiya kodu.”;

3.5.2. 5.7-ci və 5.8-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“5.7. Bank ekvayer və sifarişçi aralarında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq POS-terminal vasitəsilə aparılmış əməliyyatlar barədə məlumatları üzləşdirirlər. Məlumatlarda hər hansı uyğunsuzluq aşkar olunduqda, sifarişçi bu barədə bank ekvayeri məlumatlandırır. Bank ekvayer uyğunsuzluğun səbəbini araşdırır, aradan qaldırılması üçün müvafiq tədbir görür və nəticəsi barədə sifarişçiyə məlumat verir.

5.8. Sifarişçi nağdsız ödənişlərin (o cümlədən təmassız ödənişlərin) fasiləsiz qəbul edilməsi üçün POS-terminalın işlək vəziyyətdə olmasını təmin edir və hər hansı texniki nasazlıq baş verdikdə, bu barədə bank ekvayeri dərhal məlumatlandırır.”;

3.5.3. 5.9-cu bənddə “5 (beş)” sözləri “2 (iki)” sözləri ilə əvəz edilsin;

3.6. 6-cı hissə üzrə:

3.6.1. 6.1-ci bənddə “3 (üç)” sözləri “2 (iki)” sözləri ilə, “Vergilər Nazirliyinə” sözləri isə “Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilsin;

3.6.2. 6.2-ci bənddə “Vergilər Nazirliyi” sözləri “Dövlət Vergi Xidməti” sözləri ilə, “3 (üç)” sözləri “2 (iki)” sözləri ilə əvəz edilsin və həmin bəndə “uyğun olaraq” sözlərindən sonra “elektron formada” sözləri əlavə edilsin;

3.6.3. 6.3-cü bəndə “uyğun olaraq” sözlərindən sonra “Dövlət Vergi Xidməti tərəfindən” sözləri əlavə edilsin;

3.7. “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”na 2 nömrəli əlavəyə “Sifarişçinin VÖEN-i” sözlərindən sonra “Sifarişçinin əsas fəaliyyət növünün adı və kodu” sözləri, “sənədin surətləri” sözlərindən sonra “(məlumatları) elektron və ya kağız daşıyıcıda” sözləri əlavə edilsin və “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin;

3.8. “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”na 4 nömrəli, 5 nömrəli, 7 nömrəli və 8 nömrəli əlavələrdə cədvəlin dördüncü sütununun adına “POS-terminalın seriya nömrəsi” sözlərindən sonra “və ya unikal kod (mobil cihaz olduqda)” sözləri əlavə edilsin;

3.9. “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”na 6 nömrəli əlavə - “POS-terminalın qeydiyyatı haqqında məlumat” ləğv edilsin;

3.10. “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”na 9 nömrəli əlavədə “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin və “sənədin surətləri” sözlərindən sonra “(məlumatları) elektron və ya kağız daşıyıcısında” sözləri əlavə edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 18 may 2022-ci il

                    № 192

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status