AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
19.05.2022
QEYDİYYAT NÖMRƏSİ
198
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri”ndə dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 21.05.2022, Nəşr Nömrəsi: 106), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.05.2022, Nəşr nömrəsi: 5, Maddə nömrəsi: 560)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
21.05.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.100.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202205190198
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
23.05.2022
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri”ndə dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 980) ilə təsdiq edilmiş “İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci, 2.8-ci və 2.13-cü bəndlərdə “30” rəqəmləri “45” rəqəmləri ilə, 2.2-ci bənddə “10” rəqəmləri “15” rəqəmləri ilə, 2.3-cü bənddə “60” rəqəmləri “90” rəqəmləri ilə, 2.4.1-ci yarımbənddə “80” rəqəmləri “120” rəqəmləri ilə, 2.4.2-ci yarımbənddə “50” rəqəmləri “75” rəqəmləri ilə, 2.5-ci bənddə “11” rəqəmləri “17” rəqəmləri ilə, 2.6.1-ci yarımbənddə “95” rəqəmləri “143” rəqəmləri ilə, 2.6.2-ci yarımbənddə “45” rəqəmləri “68” rəqəmləri ilə, 2.6.3-cü yarımbənddə “145” rəqəmləri “218” rəqəmləri ilə, 2.7.1-ci, 2.7.2-ci və 2.7.3-cü yarımbəndlərdə “5” rəqəmi “8” rəqəmi ilə, 2.9-cu və 2.14-cü bəndlərdə “40” rəqəmləri “60” rəqəmləri ilə, 2.10-cu bənddə “135” rəqəmləri “203” rəqəmləri ilə, 2.11-ci bənddə “15” rəqəmləri “23” rəqəmləri ilə və 2.12-ci bənddə “25” rəqəmləri “38” rəqəmləri ilə əvəz edilsin.

2. 1.8.2-ci yarımbəndə “hər artan” (birinci halda) sözlərindən sonra “il üçün 8 manat artırılmaqla, digər” sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmunda 1.23-cü bənd əlavə edilsin:

 

1.23.

İxtiranın, faydalı modelin və sənaye nümunəsinin reyestr məlumatlarından çıxarışın verilməsi üçün

15 manat

 

4. 2.2-ci bənddə “Göstəricinin” sözü “Əmtəə nişanının və coğrafi göstəricinin” sözləri ilə əvəz edilsin.

5. “Qeydlər”in 1-ci hissəsində “40” rəqəmləri “60” rəqəmləri ilə, 2-ci hissəsində isə “120” rəqəmləri “180” rəqəmləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 19 may 2022-ci il

     № 198

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status