×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
19.05.2022
QEYDİYYAT NÖMRƏSİ
199
ADI
“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 21.05.2022, Nəşr Nömrəsi: 106), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.05.2022, Nəşr nömrəsi: 5, Maddə nömrəsi: 561)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
21.05.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
200.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202205190199
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
23.05.2022
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 668, 679, 683, № 7, maddələr 872, 890, 891, № 8, maddələr 957, 971, № 9, maddələr 1051, 1079, № 10, maddə 1182, № 12, maddələr 1514, 1533, 1543; 2022, № 1, maddələr 61, 80, № 2, maddə 164; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 mart tarixli 71 nömrəli, 14 aprel tarixli 152 nömrəli və 22 aprel tarixli 171 nömrəli qərarları) aşağıdakı məzmunda 2.5-13-cü bənd əlavə edilsin:

“2.5-13. 2022-ci il 20 may tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir:

2.5-13.1. Bolqarıstan Respublikası;

2.5-13.2. Butan Krallığı;

2.5-13.3. Cənubi Afrika Respublikası;

2.5-13.4. Qvatemala Respublikası;

2.5-13.5. Laos Xalq Demokratik Respublikası;

2.5-13.6. Livan Respublikası;

2.5-13.7. Mavriki Respublikası;

2.5-13.8. Misir Ərəb Respublikası;

2.5-13.9. Myanma İttifaqı Respublikası;

2.5-13.10. Nepal Federativ Demokratik Respublikası;

2.5-13.11. Paraqvay Respublikası;

2.5-13.12. Şimali Makedoniya Respublikası;

2.5-13.13. Şri-Lanka Demokratik Sosialist Respublikası;

2.5-13.14. Vyetnam Sosialist Respublikası.”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 19 may 2022-ci il

     № 199

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status