AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
20.05.2022
QEYDİYYAT NÖMRƏSİ
202
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 24 may tarixli 84 nömrəli, “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nın təsdiq edilməsi və “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 13 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 29 may tarixli 251 nömrəli, “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 7 iyun tarixli 261 nömrəli və “Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 iyun tarixli 266 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 22.05.2022, Nəşr Nömrəsi: 107), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.05.2022, Nəşr nömrəsi: 5, Maddə nömrəsi: 564)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.05.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202205200202
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
24.05.2022
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 24 may tarixli 84 nömrəli, “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nın təsdiq edilməsi və “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 13 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 29 may tarixli 251 nömrəli, “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 7 iyun tarixli 261 nömrəli və “Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 iyun tarixli 266 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 445-VIQD nömrəli Qanununun tətbiqinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 may tarixli 84 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 321; 2008, № 2, maddə 130; 2011, № 2, maddə 157, № 5, maddə 449; 2017, № 12 (II kitab), maddə 2550; 2018, № 10, maddə 2164; 2019, № 3, maddələr 513, 530, № 7, maddə 1319; 2021, № 2, maddə 209, № 3, maddə 282) ilə təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərin təşkili qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənddə “və haqqı ödənilən ictimai işlərin təşkili qaydalarını müəyyən edir” sözləri “və həmin Qanunun 21.1-ci maddəsinə uyğun olaraq işsiz, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə onların mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunması ilə bağlı məsələləri tənzimləyir” sözləri ilə əvəz edilsin;

1.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Bu Qaydaların 1.1-ci bəndində göstərilən işsiz və işaxtaran şəxslərin (bundan sonra – işsiz və işaxtaran) müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə onların müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları (bundan sonra – yerli qurumlar) və “DOST” mərkəzləri (bundan sonra – mərkəzlər) tərəfindən təşkil edilir.”;

1.3. 2.2-ci bəndin birinci abzasına “İşsizlərin” sözündən sonra “və işaxtaranların” sözləri əlavə edilsin;

1.4. 2.3-cü bəndin ikinci abzasına, 2.7-ci bəndin birinci abzasının birinci və ikinci cümlələrinə, 2.8-ci bəndə (hər iki halda) və 3.3-cü bəndin dördüncü abzasına “işsiz” sözündən sonra “və işaxtaran” sözləri əlavə edilsin;

1.5. 2.5-ci bəndin birinci və ikinci cümlələrinə “İşsiz” və “işsiz” sözlərindən sonra “və işaxtaran” sözləri əlavə edilsin.

2. “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nın təsdiq edilməsi və “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 13 nömrəli Qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-ci il 29 may tarixli 251 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 984; 2021, № 3, maddə 278) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adından və 1-ci hissəsindən “işsiz” sözü çıxarılsın;

2.2. həmin Qərarla təsdiq edilmiş “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası” üzrə:

2.2.1. adından, 2.1-ci, 2.2-ci və 3.1-ci bəndlərdən “işsiz” sözü çıxarılsın;

2.2.2. 1.1-ci bəndə “işsiz” sözündən sonra “, habelə həmin Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran” sözləri əlavə edilsin;

2.2.3. 1.2-ci bəndə “İşsiz” sözündən sonra “(bu Qaydanın 1.1-ci bəndində göstərilən halda isə işaxtaran)” sözləri əlavə edilsin;

2.2.4. 3.1.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.4-cü və 3.1.5-ci yarımbəndlər əlavə edilsin:

“3.1.4. işaxtaran kimi qeydiyyatı ləğv edildikdə;

3.1.5. işaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda.”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli 261 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1150; 2021, № 2, maddə 209, № 3, maddə 277) ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.4. Aşağıdakı şəxslərin peşə hazırlığı ödənişsiz təşkil edilir:

2.4.1. işsiz şəxslərin;

2.4.2. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin;

2.4.3. il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin.”;

3.2. 2.5-ci bəndə “işsiz” sözündən sonra “, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran” sözləri əlavə edilsin;

3.3. 2.7-ci bənddə “İşaxtaranlara” sözü “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.2.2-ci maddəsi nəzərə alınmaqla işaxtaranlara” sözləri ilə əvəz edilsin;

3.4. 2.8-ci bəndə “nəzərə alınmaqla” sözlərindən əvvəl “və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.2.2-ci və 20.2.3-cü maddələri” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 iyun tarixli 266 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1155; 2021, № 2, maddə 209, № 3, maddə 277) ilə təsdiq edilmiş “Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi Qaydası”nın 2.1.3-cü yarımbəndindən “işsiz” sözü çıxarılsın.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 20 may 2022-ci il

                    № 202

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status