×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
18.05.2022
QEYDİYYAT NÖMRƏSİ
196
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” 2002-ci il 7 noyabr tarixli 174 nömrəli, “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 6 yanvar tarixli 3 nömrəli, “Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 6 aprel tarixli 98 nömrəli, “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 1 fevral tarixli 22 nömrəli, “Televiziya və radio yayımında radiotezliklərdən istifadə tarifləri”nin təsdiq edilməsi barədə” 2016-cı il 11 may tarixli 190 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” 1996-cı il 3 oktyabr tarixli 136 nömrəli Qərarının ləğv edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 21.05.2022, Nəşr Nömrəsi: 106), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.05.2022, Nəşr nömrəsi: 5, Maddə nömrəsi: 558)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
21.05.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202205180196
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
23.05.2022
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” 2002-ci il 7 noyabr tarixli 174 nömrəli, “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 6 yanvar tarixli 3 nömrəli, “Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 6 aprel tarixli 98 nömrəli, “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 1 fevral tarixli 22 nömrəli, “Televiziya və radio yayımında radiotezliklərdən istifadə tarifləri”nin təsdiq edilməsi barədə” 2016-cı il 11 may tarixli 190 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” 1996-cı il 3 oktyabr tarixli 136 nömrəli Qərarının ləğv edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 dekabr tarixli 1492 nömrəli Fərmanının 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 676; 2004, № 2, maddə 115; 2005, № 9, maddə 860, № 12, maddə 1234; 2006, № 2, maddələr 204, 205, № 9, maddə 822, № 12, maddə 1159; 2007, № 8, maddələr 849, 857, № 10, maddə 1025; 2008, № 1, maddə 37, № 10, maddə 928, № 12, maddələr 1110, 1114; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 156, № 4, maddə 279, № 8, maddə 670, № 9, maddələr 739, 754, № 12, maddə 1078; 2010, № 3, maddə 264; 2011, № 1, maddə 63; 2012, № 9, maddə 931; 2013, № 2, maddə 203, № 6, maddə 735; 2014, № 10, maddə 1290; 2015, № 5, maddə 608, № 12, maddə 1567; 2016, № 1, maddə 179, № 4, maddə 807, № 9, maddə 1585; 2018, № 8, maddə 1817, № 12 (II kitab), maddə 2737; 2019, № 12, maddə 2091; 2020, № 6, maddə 794) ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 11.3-cü bəndə və 11.8.5-ci yarımbəndə (hər iki halda) “Radiotezliklər” sözündən əvvəl “Azərbaycan Respublikasının” sözləri əlavə edilsin;

1.2. 11.8.5-ci yarımbənddən “hazırlanmış” sözü çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 yanvar tarixli 3 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 36, № 5, maddə 472; 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585, № 11, maddə 1929; 2017, № 12 (II kitab), maddə 2483; 2018, № 1, maddə 139; 2019, № 1, maddə 157; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 aprel tarixli 141 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nın 2.3-cü bəndində “kanalının” sözü “zolağının” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 aprel tarixli 98 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 368; 2016, № 9, maddə 1585; 2018, № 9, maddə 1913) ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası”nın 2.5-ci bəndinə “mümkünlüyü” sözündən sonra “Azərbaycan Respublikasının” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 182; 2009, № 2, maddə 144; 2014, № 2, maddə 216, № 6, maddə 747; 2016, № 9, maddə 1585; 2019, № 1, maddə 158; 2021, № 7, maddə 888; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 aprel tarixli 141 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.1-ci bənddən “və “Radiotezliklər üzrə Dövlət Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 3 oktyabr tarixli 136 nömrəli qərarına” sözləri çıxarılsın;

4.2. 1.3-cü bəndin birinci cümləsinə “zolaqları” sözündən sonra “Azərbaycan Respublikasının” sözləri, 1.8-ci bəndin birinci cümləsinə “fəaliyyət göstərən” sözlərindən sonra “beynəlxalq təşkilatların nümayəndəlikləri,” sözləri əlavə edilsin;

4.3. 2-ci hissə üzrə:

4.3.1. 2.1-ci bənddə “nominallarının” sözü “zolaqlarının” sözü ilə əvəz edilsin;

4.3.2. 2.11-ci bənddə “Komissiyanın işçi qrupu (bundan sonra - Katibliyi)” sözləri “Komissiyanın Katibliyi (bundan sonra – Katiblik)” sözləri ilə əvəz edilsin;

4.3.3. 2.13-cü bənddə “Komissiyanın katibi” sözləri “Katiblik” sözü ilə əvəz edilsin;

4.3.4. 2.16-cı, 2.19-cu bəndlərdə və 2.29-cu bəndin birinci cümləsində “tezlik” sözü “radiotezlik” sözü ilə əvəz edilsin;

4.3.5. 2.20-ci bəndin birinci abzasında “Tezlik” sözü “Radiotezliyin” sözü ilə, yeddinci abzasında isə “tezliklərin” sözü “radiotezliklərin” sözü ilə əvəz edilsin;

4.3.6. 2.23-cü bənddə (birinci halda) “tezlik” sözü “radiotezlik” sözü ilə, “tezliklərdən” sözü isə “radiotezliklərdən” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 may tarixli 190 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 950) ilə təsdiq edilmiş “Televiziya və radio yayımında radiotezliklərdən istifadə tarifləri”nin “Qeyd”inə “üçün” sözündən sonra “Azərbaycan Respublikasının” sözləri əlavə edilsin. [1]

6. “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 3 oktyabr tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 4, maddə 339; 2003, № 6, maddə 342; 2004, № 9, maddə 750; 2009, № 2, maddə 144; 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585; 2019, № 1, maddə 153) ləğv edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 18 may 2022-ci il

     № 196

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       9 dekabr 2022-ci il tarixli 440 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 13 dekabr 2022-ci il, “Xalq” qəzeti, 15 dekabr 2022-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1544)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 9 dekabr 2022-ci il tarixli 440 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 13 dekabr 2022-ci il, “Xalq” qəzeti, 15 dekabr 2022-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1544) ilə 5-ci bənd ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status