100.060.020
AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN
QƏRARI
№ 18/1
Bakı şəhəri 25 may 2022-ci il
“Xarici borc və beynəlxalq investisiyalar haqqında statistik hesabatın tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə
Xarici sektorun statistikasının təkmilləşdirilməsi, həmçinin ölkənin tədiyə balansı, icmal xarici borc, beynəlxalq investisiyalar statistikası üzrə məlumat bazasının təkmilləşdirilməsi və analitik təhlil imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 5.0.6-1-ci, 22.0.17-ci və 63-cü maddələrinə əsasən
QƏRARA ALIR:
1. “Xarici borc və beynəlxalq investisiyalar haqqında statistik hesabatın tərtibi və təqdim edilməsi haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Bu Qərar 2023-cü il 1 yanvar tarixindən qüvvəyə minir.
Mərkəzi Bankın sədri
|
Taleh Kazımov
|
|
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Mərkəzi Bankı
Qərar № 18/1
25 may 2022-ci il
|
Xarici borc və beynəlxalq investisiyalar haqqında statistik hesabatın tərtibi və təqdim edilməsi haqqında
TƏLİMAT
1. Ümumi müddəalar
1.1. Bu Təlimat “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 63-cü maddələrinə, “Beynəlxalq standartlara uyğun xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 aprel tarixli 118 nömrəli Qərarına əsasən hazırlanmışdır və xarici borc və beynəlxalq investisiyalar haqqında statistik hesabatın (bundan sonra - XBBİS hesabatı) tərtibi və təqdim olunması qaydasını tənzimləyir.
1.2. Bu hesabat kredit təşkilatlarının, sığorta təşkilatlarının, investisiya şirkətlərinin, investisiya fondlarının, iqtisadiyyatın neft-qaz sektorunda fəaliyyət göstərən müəssisələr və beynəlxalq konsorsiumların, poçt rabitəsinin milli operatorunun (bundan sonra – statistik vahidlər) qeyri-rezidentlərdə yerləşdirdikləri aktivlərin və qeyri-rezidentlər qarşısında olan öhdəliklərinin hesabat dövrünün əvvəlinə və sonuna qalıqlarını, hesabat dövrü ərzində həmin aktivlər və öhdəliklər üzrə əməliyyatlarını, yenidən qiymətləndirmələrini (məzənnə dəyişmələri istisna olmaqla) və digər dəyişmələrini, habelə qeyri-rezidentlər üzrə şərti öhdəliklərini özündə əks etdirir.
1.3. Hesabatın tərtib olunmasında məqsəd Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən pul və valyuta siyasətinin formalaşdırılması, ölkənin icmal xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkil olunması, ümumiləşdirilməsi və yayılması üçün xarici borc və beynəlxalq investisiyalar üzrə tam və dolğun statistik məlumatların əldə edilməsidir.
2. Anlayışlar
2.0. Bu Təlimatın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. rezident – statusu təsis olunduğu ölkə (fiziki şəxslər üçün – vətəndaşlıq mənsubiyyəti) ilə deyil, hər hansı bir ölkənin iqtisadi ərazisini öz iqtisadi maraqlarının mərkəzi seçməsi, bu əraziyə sıx bağlı olması və həmin ərazidə davamlı olaraq bir il və ya bir ildən artıq müddətə fəaliyyət göstərməsi (fiziki şəxslər üçün – yaşaması) ilə müəyyən olunan şəxs;
2.0.2. qeyri-rezident – rezidentlik statusu şamil edilməyən şəxs;
2.0.3. şəxs – istənilən fiziki və ya hüquqi şəxs, daimi nümayəndəlik, filial və digər bölmə;
2.0.4. xarici borc – Azərbaycan Respublikası rezidentinin qeyri-rezident qarşısında gələcəkdə müəyyən tarixlərdə əsas məbləğləri və (və ya) faizləri ödənilməli olan faktiki borc öhdəlikləri (şərti öhdəliklər istisna olmaqla);
2.0.5. investisiya – Azərbaycan Respublikasının qeyri-rezidenti və statistik vahid arasında mövcud olan hər hansı tələb və ya öhdəlik;
2.0.6. investor – statistik vahidə münasibətdə investisiyası (və ya investisiyaları) olan qeyri-rezident, qeyri-rezidentə münasibətdə investisiyası (və ya investisiyaları) olan statistik vahid;
2.0.7. törəmə maliyyə aləti – hər hansı baza aktivini (qiymətli kağız, valyuta, faiz dərəcəsi, gəlirlik, əmtəə, maliyyə indeksi, kredit riski və s.) almaq, satmaq və ya dəyişdirmək hüququnu təsbit edən müqavilə (fyuçers, opsion, svop və digər törəmə alətlər);
2.0.8. forvard tipli müqavilə – iki tərəfin müəyyən tarixdə razılaşdırılmış müqavilə qiyməti (icra qiyməti) ilə müəyyən miqdarda baza aktivini (real və ya maliyyə) mübadilə etməyi təsbit edən qeyd-şərtsiz müqavilə (fyuçers, svop);
2.0.9. fyuçers – baza aktivinin müəyyənləşdirilmiş növdə və sayda əvvəlcədən razılaşdırılmış tarixə və qiymətə alqı-satqısı üzrə törəmə maliyyə aləti;
2.0.10. opsion – müəyyən olunmuş tarixdə və ya həmin tarixdən əvvəl alıcıya müəyyən baza aktivini icra qiyməti ilə (razılaşdırılmış müqavilə qiyməti ilə) satıcıdan almaq və ya satmaq hüququnu verən (opsionun alış və ya satış opsionu olmasından asılı olaraq) törəmə maliyyə aləti;
2.0.11. svop – əvvəlcədən müəyyən olunmuş şərtlərlə baza aktivlərinin istinad qiymətlərinə əsaslanaraq pul axınlarının tərəflər arasında mübadiləsini təmin edən törəmə maliyyə aləti;
2.0.12. birbaşa investisiya əlaqə növü – statistik vahid və qeyri-rezident şəxs arasında birbaşa investisiya əlaqəsinin forması (birbaşa investor, birbaşa investisiya müəssisəsi, qohum müəssisələr);
2.0.13. birbaşa investor – müəssisədə nəzarəti həyata keçirən (50 faizdən çox səsvermə hüququ olan) və ya əhəmiyyətli dərəcədə təsirə malik olan (10 faizdən 50 faizə qədər səsvermə hüququ olan) fiziki və ya hüquqi şəxs;
2.0.14. birbaşa investisiya müəssisəsi – birbaşa investorun nəzarətində və ya əhəmiyyətli dərəcədə təsiri altında olan müəssisə;
2.0.15. qohum müəssisələr – eyni birbaşa investor tərəfindən birbaşa və ya dolayı nəzarət olunan və bir-birinə nəzarət etmə və ya təsir etmə hüququna malik olmayan müəssisələr;
2.0.16. balans dəyəri üzrə cəmi kapital investisiyası – balans dəyəri əsasında təyin olunan və bu Təlimatda müəyyən edilmiş kapital investisiyası və reinvestisiya olunmuş gəlirlər göstəricilərinə daxil olan elementlərin cəmi;
2.0.17. bazar dəyəri üzrə cəmi kapital investisiyası – bazar dəyəri əsasında təyin olunan və bu Təlimatda müəyyən edilmiş kapital alətinə investisiya;
2.0.18. birbaşa investisiyalar – bir ölkənin rezidentinin digər ölkənin rezidenti olan müəssisədə nəzarəti həyata keçirməsi və ya əhəmiyyətli dərəcədə təsirə malik olması ilə əlaqədar transsərhəd kateqoriya (birbaşa investisiya əlaqəsinin hər hansı formasına malik olan şəxslər arasında kapital və/və ya borc alətləri formasında investisiyalar da daxil olmaqla);
2.0.19. portfel investisiyaları – birbaşa investisiyalara aid olmayan qiymətli kağızlara (müəssisədə nəzarəti həyata keçirmək hüququnu və ya əhəmiyyətli dərəcədə təsir etmək hüququnu verməyən kapitalda iştirakı təmin edən qiymətli kağızlara və/ və ya borc qiymətli kağızlarına) investisiyalar;
2.0.20. digər investisiyalar – birbaşa, portfel və törəmə maliyyə alətlərinə aid olmayan digər investisiyalar;
2.0.21. depozit – müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən investorların (depozitorların) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan cari, əmanət (depozit), müxbir və ya digər hesablara qoyulmuş və ya köçürülmüş pul vəsaiti;
2.0.22. bazar dəyəri – hesabat tarixinə mövcud bazar qiyməti;
2.0.23. bazar qiyməti – tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymət;
2.0.24. veksel – adlı qiymətli kağızdır, veksel verən onun vasitəsilə müəyyən şəxsə müəyyən məbləğ ödəmək barəsində başqa şəxsə (ödəyiciyə) göstəriş verir (köçürmə vekseli) və ya hər hansı müəyyən şəxsə və ya bu şəxsin sərəncamına müəyyən məbləği ödəməyi öhdəsinə götürür;
2.0.25. istiqraz – emitentin istiqraz mülkiyyətçisinə borclu olduğunu təsdiqləyən və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği ödənilən borc investisiya qiymətli kağızı;
2.0.26. restrukturizasiya – iqtisadi və (və ya) hüquqi şəraitin dəyişməsi, həmçinin borclunun maliyyə çətinliyi yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə müqavilə şərtləri dəyişdirilmiş və ya yeni öhdəlik kimi rəsmiləşdirilmiş borc öhdəliyi;
2.0.27. şərti öhdəliklər – gələcəkdə qeyri-müəyyən hadisələrin və müqavilə (şərti) öhdəliklərinin yaranmasına gətirib çıxaran, müştərinin adından aparılan və yaxud statistik vahidin özünün ticarət fəaliyyəti ilə bağlı olan və risk təşkil edən balansdankənar öhdəliklər;
2.0.28. balansdankənar öhdəliklər – qarantiyalar, zaminlik və oxşar şərti öhdəliklər, kredit alətləri (kredit xətləri üzrə öhdəliklərin icra olunmamış hissəsi və oxşar kredit öhdəlikləri), akkreditivlər və kapital investisiyaları üzrə öhdəliklər;
2.0.29. qeyri-müəyyən hadisə – elə bir hadisə və ya vəziyyətdir ki, bu hadisənin nəticəsi (mənfəət və ya zərər) yalnız gələcəkdə həmin hadisənin baş verməsi və yaxud verməməsi faktı üzrə tanınır;
2.0.30. investisiya nömrəsi – eyni qeyri-rezident üzrə hər bir investisiya üçün ayrı-ayrılıqda təyin olunan nömrə;
2.0.31. investisiya bölmələri – birbaşa, portfel, törəmə maliyyə alətləri və digər investisiyalar;
2.0.32. investisiya maddələri – investisiya bölməsinin komponentləri;
2.0.33. şərti öhdəliklərin nömrəsi – eyni qeyri-rezident üçün şərti öhdəliklər üzrə ayrı-ayrılıqda təyin olunan nömrə;
2.0.34. qeyri-rezidentin eyniləşdirmə nömrəsi (QEN) – statistik vahid ilə investisiya əlaqəsi olan hər bir qeyri-rezidenti ayrı-ayrılıqda eyniləşdirməyə imkan verən nömrə;
2.0.35. investisiyaların eyniləşdirmə nömrəsi (İEN) – statistik vahid və qeyri-rezidentlər arasında investisiyaları ayrı-ayrılıqda eyniləşdirməyə imkan verən nömrə;
2.0.36. şərti öhdəliklərin eyniləşdirmə nömrəsi (ŞEN) – statistik vahidin qeyri-rezidentlər qarşısındakı şərti öhdəliklərini ayrı-ayrılıqda eyniləşdirməyə imkan verən nömrə;
2.0.37. qarantiya – qarantiyaya əsasən qarantın digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəliyi;
2.0.38. ticari borclar – qeyri-rezidentlər tərəfindən statistik vahidə təqdim olunmuş malların (və ya göstərilmiş xidmətlərin) müqabilində statistik vahid tərəfindən dəyəri ödənilməmiş məbləğlər, yaxud statistik vahid tərəfindən qeyri-rezidentlərə təqdim olunmuş malların (və ya göstərilmiş xidmətlərin) müqabilində qeyri-rezidentlər tərəfindən dəyəri ödənilməmiş məbləğlər;
2.0.39. avanslar – qeyri-rezidentlər tərəfindən statistik vahidə təqdim olunacaq malların (və ya göstəriləcək xidmətlər) müqabilində statistik vahid tərəfindən dəyəri qabaqcadan ödənilmiş (qismən və ya tam) məbləğlər, yaxud statistik vahid tərəfindən qeyri-rezidentlərə təqdim olunacaq malların (və ya göstəriləcək xidmətlərin) müqabilində qeyri-rezidentlər tərəfindən dəyəri qabaqcadan ödənilmiş (qismən və ya tam) məbləğlər;
2.0.40. kreditə konvertasiya əmsalı – statistik vahidin balansdankənar öhdəliklərinin balans aktivlərinin dəyərinə çevrilməsinə imkan verən göstərici;
2.0.41. kredit təşkilatı – bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatı;
2.0.42. digər maliyyə müəssisələri – kredit təşkilatları və sığorta təşkilatları istisna olmaqla qalan maliyyə müəssisələri (lizinq, faktorinq, lombard, broker və digər oxşar təşkilatlar);
2.0.43. qeyri-maliyyə müəssisələri – kredit təşkilatları, sığorta təşkilatları və digər maliyyə müəssisələri istisna olmaqla qalan müəssisələr;
2.0.44. ev təsərrüfatı – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahid (şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə və ya mənzildə yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər);
2.0.45. borcun bağışlanması və ya ləğvi – kreditor və borclu arasında könüllü müqaviləyə əsasən borcun qismən və ya tam məbləğdə bağışlanması (ləğv edilməsi);
2.0.46. borcun yenidən rəsmiləşdirilməsi – borca xidmət üzrə ödənişlərə rəsmi möhlət verilməsini və yeni və adətən daha uzun ödəniş müddətinin tətbiqini müəyyən edən borclu və borc verən arasındakı razılaşma (ödəniş müddətlərinin uzadılmasını, müqavilə faizlərinin azaldılmasını, əsas məbləğin ödənilməsində güzəşt müddətlərinin əlavə edilməsini və ya uzadılmasını, xarici valyutada borclar üzrə əlverişli məzənnənin təsbit olunmasını, gecikdirilmiş ödənişlərin yenidən rəsmiləşdirilməsini müəyyən edən bir və ya bir neçə yeni şərtin əlavə edilməsi və dəyişikliklərin edilməsi);
2.0.47. borcun yenidən maliyyələşdirilməsi – vaxtı keçmiş borclar da daxil olmaqla mövcud borc alətinin və ya alətlərinin yeni borc və ya borc alətləri ilə əvəz olunması (eyni növ borc alətinin, məsələn, kreditin kreditə və ya digər növ borc alətinə məsələn, kreditin istiqraza mübadiləsi);
2.0.48. borcun konversiyası – borcun qeyri-borc tələblərinə mübadiləsi (məsələn, borcun kapitalda iştirakı təmin edən alətlərə, daşınmaz əmlaka və s. dəyişdirilməsi);
2.0.49. borcun öz üzərinə götürülməsi – kreditor, əvvəlki borclu və yeni borclu arasında üçtərəfli müqaviləyə uyğun olaraq əvvəlki borclunun kreditor qarşısında ödənilməmiş öhdəliyinin yeni borclu tərəfindən öz üzərinə götürülməsi;
2.0.50. vaxtı keçmiş borc – ödənişi müqavilədə nəzərdə tutulmuş tarixdən artıq müddətdə gecikdirilmiş əsas məbləğ və (və ya) faizlər;
2.0.51. xüsusi ehtiyatlara ayırmalar – aktivlər və balansdankənar öhdəliklər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar (adi və məqsədli ehtiyatlar) yaratmaq məqsədilə xərclərə aid edilmiş məbləğ (sığorta haqları hesabına yaradılmış sığorta ehtiyatları istisna olmaqla);
2.0.52. reinvestisiya olunmuş gəlirlər – investorun bölüşdürülməmiş mənfəətdə payı;
2.0.53. emissiya gəlirləri – səhmlərin ilkin yerləşdirilməsi zamanı onun nominal dəyəri ilə satış qiyməti arasında yaranan fərq məbləği;
2.0.54. sığorta texniki ehtiyatları – qeyri-həyat sığortası üzrə qazanılmamış sığorta haqları ehtiyatları, bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı və baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı;
2.0.55. kapital ehtiyatları – ödənilmiş nizamnamə (nominal) kapitalı, emissiya gəlirləri, geri alınmış kapital (səhmlər) və bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) istisna olmaqla kapital.
3. Hesabatın məzmunu və tərtib edilməsi
3.1. XBBİS hesabatı titul vərəqindən və 3 (üç) statistik formadan ibarətdir:
3.1.1. Hesabatın titul vərəqində statistik vahidin tam adı, lisenziya nömrəsi (lisenziya tələb olunan fəaliyyət növünə aid olarsa), VÖEN, fəaliyyət növünün adı və fəaliyyət növünün kodu (“İqtisadi fəaliyyət növlərinin təsnifatı”na (AZT029-2008) uyğun beş rəqəmli altsinif kodları səviyyəsində), dövlətin payı və hesabat dövrü əks olunur.
3.1.2. “Qeyri-rezidentlər üzrə aktivlərin statistik hesabatı” (Forma XBBİS-1) – Əlavə №1;
3.1.3. “Qeyri-rezidentlər üzrə öhdəliklərin statistik hesabatı” (Forma XBBİS-2) – Əlavə №2;
3.1.4. “Qeyri-rezidentlər üzrə şərti öhdəliklərin statistik hesabatı” (Forma XBBİS-3) – Əlavə №3;
3.2. Hesabat formaları qeyri-rezidentlik meyarı əsasında tərtib olunur.
3.2.1. Bu meyara əsasən hesabat formasında statistik vahidin yalnız qeyri- rezidentlər üzrə qalıqları, əməliyyatları, yenidən qiymətləndirmələri və digər dəyişmələri əks olunur.
3.2.2. Azərbaycan Respublikasında yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış hüquqi şəxslərin xaricdə yerləşən filialları və nümayəndəlikləri (büro və agentlikləri), Azərbaycan Respublikasında təhsil alan əcnəbi tələbələr, Azərbaycan Respublikasına müalicə məqsədilə gələn əcnəbilər statistik hesabatlıq məqsədləri üçün Azərbaycan Respublikasının qeyri-rezidentləri hesab olunur.
3.3. Forma XBBİS-1 və Forma XBBİS-2 hesabatlarında əks olunan investisiyalar statistik vahidin balans və bazar məlumatlarına uyğun olmaqla bu Təlimatın 3.7.5.1-ci və 3.7.5.2-ci yarımbəndlərində göstərilən müvafiq investisiya maddələri üzrə açıqlanır.
3.4. Forma XBBİS-3 hesabatında əks olunan şərti öhdəliklər statistik vahidin balansdankənar öhdəliklər üzrə məlumatlarına uyğun olmaqla bu Təlimatın 3.8.5-ci yarımbəndində göstərilən müvafiq maddələr üzrə açıqlanır.
3.5. Forma XBBİS-1, Forma XBBİS-2 və Forma XBBİS-3 hesabatlarında məbləğlər min valyuta vahidində əks olunur.
3.6. Statistik vahid və qeyri-rezident arasında bağlanılan müqavilənin valyutası hesabat formalarında 15-ci sütunda əks olunur.
3.7. XBBİS-1 (“Qeyri-rezidentlər üzrə aktivlərin statistik hesabatı”) və XBBİS-2 (“Qeyri-rezidentlər üzrə öhdəliklərin statistik hesabatı”) hesabat formalarında statistik vahid və qeyri-rezidentlər arasında investisiyalar ayrı-ayrılıqda əks olunur. Bu formaların tərtibatı zamanı aşağıdakılar nəzərə alınır:
3.7.1. Hesabat formalarının 2-ci sütununda statistik vahid və qeyri-rezidentlər arasında investisiyaları ayrı-ayrılıqda eyniləşdirən unikal nömrə – “İnvestisiyaların Eyniləşdirmə Nömrəsi” əks olunur. Bu nömrə bir-birindən tire (defis) işarəsi ilə ayrılan kombinə edilmiş altı qrup göstəricidən ibarət olmaqla hesabat formalarında avtomatik olaraq işlənilir və aşağıdakı xüsusiyyətlərə malikdir:
3.7.1.1. göstəricilərin birinci qrupu rəqəm ifadəsində “Qeyri-rezidentin eyniləşdirmə nömrəsi”ni identifikasiya edir;
3.7.1.2. göstəricilərin ikinci qrupu rəqəm ifadəsində “İnvestisiya nömrəsi”ni identifikasiya edir;
3.7.1.3. göstəricilərin üçüncü qrupu rəqəm ifadəsində “İnvestisiya bölməsi”ni identifikasiya edir;
3.7.1.4. göstəricilərin dördüncü qrupu rəqəm ifadəsində “İnvestisiya maddəsi”ni identifikasiya edir;
3.7.1.5. göstəricilərin beşinci qrupu rəqəm ifadəsində “Valyuta növü”nü identifikasiya edir;
3.7.1.6. göstəricilərin altıncı qrupu rəqəm ifadəsində “Qeyri-rezidentin ölkəsi”ni identifikasiya edir.
3.7.2. Hesabat formalarının 3-cü sütununda “Qeyri-rezidentin eyniləşdirmə nömrəsi” əks olunur. Bu nömrə aşağıdakı xüsusiyyətlərə malikdir:
3.7.2.1. statistik vahid ilə tərəfdaşlıq edən qeyri-rezidentləri eyniləşdirmək məqsədini daşıyır;
3.7.2.2. statistik vahid tərəfindən sərbəst olaraq rəqəm ifadəsində təyin olunur;
3.7.2.3. statistik vahidin növbəti bütün hesabat dövrləri üzrə dəyişmir;
3.7.2.4. eyni nömrə statistik vahidin tərəfdaşlıq etdiyi digər qeyri-rezidentlərə təyin olunmur.
3.7.3. Hesabat formalarının 4-cü sütununda “İnvestisiya nömrəsi” əks olunur. Bu nömrə aşağıdakı xüsusiyyətlərə malikdir:
3.7.3.1. statistik vahid və eyni qeyri-rezident arasında investisiyaları ayrı-ayrılıqda eyniləşdirmək məqsədini daşıyır;
3.7.3.2. statistik vahid tərəfindən rəqəm formatında təyin olunur və eyni qeyri-rezident üzrə ərəb rəqəmləri ilə ardıcıl olaraq nömrələnir.
3.7.3.3. eyni qeyri-rezident üzrə əvvəllər təyin olunmuş investisiya nömrələri həmin qeyri-rezidentin növbəti investisiyaları üçün bir daha təkrar təyin olunmur.
3.7.4. Hesabat formalarının 5-ci və 6-cı sütunlarında müvafiq olaraq “investisiya bölməsi”nin adı və kodu əks olunur.
3.7.4.1. Hesabat formalarında investisiya bölməsinin adı və kodu sütunlarında aşağıdakılardan biri əks olunur:
3.7.4.1.1. Birbaşa – (kod: 1);
3.7.4.1.2. Portfel – (kod: 2);
3.7.4.1.3. Törəmə maliyyə alətləri – (kod: 3);
3.7.4.1.4. Digər – (kod:4).
3.7.4.2. Birbaşa investisiyalara aid olan məlumatlar hesabat formalarında “Birbaşa” investisiya bölməsi üzrə əks olunur.
3.7.4.3. Portfel investisiyalara aid olan məlumatlar hesabat formalarında “Portfel” investisiya bölməsi üzrə əks olunur.
3.7.4.4. Törəmə maliyyə alətlərinə aid olan məlumatlar hesabat formalarında “Törəmə maliyyə alətləri” investisiya bölməsi üzrə əks olunur.
3.7.4.5. “Birbaşa”, “Portfel” və “Törəmə maliyyə alətləri" investisiya bölmələrinə aid olmayan məlumatlar hesabat formalarında “digər” investisiya bölməsi üzrə əks olunur.
3.7.5. Hesabat formalarının 7-ci və 8-ci sütunlarında müvafiq investisiya maddəsinin adı və kodu açıqlanır:
3.7.5.1. XBBİS-1 hesabat formasında statistik vahidin qeyri-rezidentlərdə yerləşdirdikləri aktivlər üzrə müvafiq investisiya maddəsinin adı və kodu əks olunur:
3.7.5.1.1. Cəmi kapital investisiyası (aktiv üzrə) – (kod: 100);
3.7.5.1.2. Opsionlara investisiya (aktiv üzrə) – (kod: 110);
3.7.5.1.3. Forvard tipli müqavilələrə investisiya (aktiv üzrə) – (kod: 111);
3.7.5.1.4. Digər törəmə maliyyə alətlərinə investisiya (aktiv üzrə) –(kod: 112);
3.7.5.1.5. İstiqrazlara investisiya (aktiv üzrə) – (kod:120);
3.7.5.1.6. Veksellərə investisiya (aktiv üzrə) – (kod:121);
3.7.5.1.7. Digər borc qiymətli kağızlarına investisiya (aktiv üzrə) – (kod:122);
3.7.5.1.8. Kredit (aktiv üzrə) – (kod: 130);
3.7.5.1.9. Maliyyə lizinqi (aktiv üzrə) – (kod: 131);
3.7.5.1.10. Əks-repo əməliyyatı (aktiv üzrə) – (kod: 132);
3.7.5.1.11. Müddətli depozit (aktiv üzrə) – (kod: 140);
3.7.5.1.12. Tələbli depozit (aktiv üzrə) – (kod: 141);
3.7.5.1.13. Mallar üzrə ticari borc (aktiv üzrə) – (kod: 150);
3.7.5.1.14. Xidmətlər üzrə ticari borc (aktiv üzrə) – (kod: 151);
3.7.5.1.15. Mallar üzrə avans (aktiv üzrə) – (kod: 152);
3.7.5.1.16. Xidmətlər üzrə avans (aktiv üzrə) – (kod: 153);
3.7.5.1.17. Vergi borcu (aktiv üzrə) – (kod: 160);
3.7.5.1.18. Dividend borcu (aktiv üzrə) – (kod: 161);
3.7.5.1.19. Sığorta və pensiya proqramları üzrə borc (aktiv üzrə) – (kod: 162);
3.7.5.1.20. Digər borc (aktiv üzrə) – (kod: 163);
3.7.5.1.21. Nağd xarici valyuta (aktivlər üzrə) – (kod: 170);
3.7.5.2. XBBİS-2 hesabat formasında statistik vahidin qeyri-rezidentlər qarşısında olan öhdəlikləri üzrə müvafiq investisiya maddəsinin adı və kodu əks olunur:
3.7.5.2.1. Cəmi kapital investisiyası (öhdəlik üzrə) – (kod: 200);
3.7.5.2.2. Opsionlara investisiya (öhdəlik üzrə) – (kod –210);
3.7.5.2.3. Forvard tipli müqavilələrə investisiya (öhdəlik üzrə) – (kod: 211);
3.7.5.2.4. Digər törəmə maliyyə alətlərinə investisiya (öhdəlik üzrə) – (kod: 212);
3.7.5.2.5. İstiqrazlara investisiya (öhdəlik üzrə) – (kod: 220);
3.7.5.2.6. Veksellərə investisiya (öhdəlik üzrə) – (kod: 221);
3.7.5.2.7. Digər borc qiymətli kağızlarına investisiya (öhdəlik üzrə) – (kod: 222);
3.7.5.2.8. Kredit (öhdəlik üzrə) – (kod: 230);
3.7.5.2.9. Maliyyə lizinqi (öhdəlik üzrə) – (kod: 231);
3.7.5.2.10. Repo əməliyyatı (öhdəlik üzrə) – (kod: 232);
3.7.5.2.11. Müddətli depozit (öhdəlik üzrə) – (kod: 240);
3.7.5.2.12. Tələbli depozit (öhdəlik üzrə) – (kod: 241);
3.7.5.2.13. Mallar üzrə ticari borc (öhdəlik üzrə) – (kod: 250);
3.7.5.2.14. Xidmətlər üzrə ticari borc (öhdəlik üzrə) – (kod: 251);
3.7.5.2.15. Mallar üzrə avans (öhdəlik üzrə) – (kod: 252);
3.7.5.2.16. Xidmətlər üzrə avans (öhdəlik üzrə) – (kod: 253);
3.7.5.2.17. Vergi borcu (öhdəlik üzrə) – (kod: 260);
3.7.5.2.18. Dividend borcu (öhdəlik üzrə) – (kod: 261);
3.7.5.2.19. Sığorta və pensiya proqramları üzrə borc (öhdəlik üzrə) – (kod: 262);
3.7.5.2.20. Digər borc (öhdəlik üzrə) – (kod: 263).
3.7.6. Hesabat formalarında cəmi kapital investisiyası haqqında məlumatlar balans və bazar dəyərləri ilə əks olunur:
3.7.6.1. Bazar dəyəri üzrə cəmi kapital investisiyası kapitalda iştirakı təmin edən qiymətli kağızların (səhmlər) bazar dəyərini əks etdirir.
3.7.6.2. Balans dəyəri üzrə cəmi kapital investisiyası kapital investisiyası və reinvestisiya olunmuş gəlirlər məbləğlərinin balans dəyərini əks etdirir.
3.7.6.3. Hesabat formalarında 27-ci sütunda hesabat dövrünün əvvəlinə investorun sahib olduğu qiymətli kağızların sayı əks olunur.
3.7.6.4. Hesabat formalarında cəmi kapital investisiyası haqqında məlumatlar balans və bazar dəyərləri ilə əks olunarkən aşağıdakılar nəzərə alınır:
3.7.6.4.1. Hesabat dövrünün əvvəlinə və sonuna bazar dəyəri üzrə cəmi kapital investisiyasının qalıq məbləğləri hesabat formalarında müvafiq olaraq 28a və 48a sütunlarında əks olunur:
3.7.6.4.1.1. hesabat dövrünün əvvəlinə cəmi səhmlərin bazar dəyəri (28a sütunu) – dövrün əvvəlinə kapitalda iştirak payına uyğun olaraq investorun sahib olduğu səhmlərin sayı ilə səhmlərin vahidinin bazar qiymətinin hasilinə bərabərdir;
3.7.6.4.1.2. hesabat dövrünün sonuna cəmi səhmlərin bazar dəyəri (48a sütunu) – hesabat dövrünün sonuna kapitalda iştirak payına uyğun olaraq investorun sahib olduğu səhmlərin sayı ilə səhmlərin vahidinin bazar qiymətinin hasilinə bərabərdir.
3.7.6.4.2. Hesabat dövrünün əvvəlinə və sonuna balans dəyəri üzrə cəmi kapital investisiyasının qalıq məbləğləri hesabat formalarında müvafiq olaraq 28-ci və 48-ci sütunlarda əks olunur:
3.7.6.4.2.1. hesabat dövrünün əvvəlinə balans dəyəri üzrə cəmi kapital investisiyasının qalıq məbləği (28-ci sütun) – kapital investisiyasının qalıq məbləği (29-cu sütun), üstəgəl reinvestisiya olunmuş gəlirlərin qalıq məbləği (31-ci sütun) hesablamasından alınan məbləğə bərabərdir;
3.7.6.4.2.1.1. dövrün əvvəlinə kapital investisiyasının qalıq məbləği (29-cu sütun) – dövrün əvvəlinə ödənilmiş nizamnamə (nominal) kapitalı, üstəgəl dövrün əvvəlinə emissiya gəlirləri, çıxılsın geri alınmış kapital (səhmlər), üstəgəl dövrün əvvəlinə kapital ehtiyatları hesablamasından alınan məbləğin dövrün əvvəlinə investorun kapitalda müvafiq iştirak payının (19-cu sütun) hasilinə bərabərdir.
3.7.6.4.2.1.2. dövrün əvvəlinə reinvestisiya olunmuş gəlirlərin qalıq məbləği (31-ci sütun) – dövrün əvvəlinə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər), üstəgəl dövrün əvvəlinə xüsusi ehtiyatlara ayırmalar hesablamasından alınan məbləğin dövrün əvvəlinə investorun kapitalda müvafiq iştirak payının (19-cu sütun) hasilinə bərabərdir.
3.7.6.4.2.2. hesabat dövrünün sonuna balans dəyəri üzrə cəmi kapital investisiyasının qalıq məbləği (48-ci sütun) – kapital investisiyasının qalıq məbləği (49-cu sütun), üstəgəl reinvestisiya olunmuş gəlirlərin qalıq məbləği (51-ci sütun) hesablamasından alınan məbləğə bərabərdir.
3.7.6.4.2.2.1. dövrün sonuna kapital investisiyasının qalıq məbləği (49-cu sütun) – dövrün sonuna ödənilmiş nizamnamə (nominal) kapitalı, üstəgəl dövrün sonuna emissiya gəlirləri, çıxılsın geri alınmış kapital (səhmlər), üstəgəl dövrün sonuna kapital ehtiyatları hesablamasından alınan məbləğin dövrün sonuna investorun kapitalda müvafiq iştirak payının (20-ci sütun) hasilinə bərabərdir.
3.7.6.4.2.2.2. dövrün sonuna reinvestisiya olunmuş gəlirlərin qalıq məbləği (51-ci sütun) – dövrün sonuna bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər), üstəgəl dövrün sonuna xüsusi ehtiyatlara ayırmalar hesablamasından alınan məbləğin dövrün sonuna investorun kapitalda müvafiq iştirak payının (20-ci sütun) hasilinə bərabərdir.
3.7.6.4.3. Hesabat formalarında yenidən qiymətləndirilmə hesabat dövrü ərzində bazar və balans dəyərləri üzrə cəmi kapital investisiyaları üzrə qiymət dəyişmələrini əks etdirir:
3.7.6.4.3.1. Hesabat dövrü ərzində bazar dəyəri üzrə cəmi kapital investisiyası üzrə yenidən qiymətləndirilmə (səhmlər üzrə qiymət dəyişmələri) hesabat formalarında 41a sütununda əks olunur.
3.7.6.4.3.1.1. hesabat dövrü ərzində bazar dəyəri üzrə cəmi kapital investisiyası üzrə yenidən qiymətləndirilmə (41a sütunu) – hesabat dövrünün sonuna səhmlərin bazar dəyərinin qalıq məbləği (48a sütunu), çıxılsın səhmlər üzrə digər dəyişmələr (42a sütunu), çıxılsın səhmlərin alışı (33a sütünu), üstəgəl səhmlərin satışı (37a sütunu), çıxılsın dövrün əvvəlinə səhmlərin bazar dəyərinin qalıq məbləği (28a sütunu) hesablamasından alınan məbləğə bərabərdir.
3.7.6.4.3.2. Hesabat dövrü ərzində balans dəyəri üzrə cəmi kapital investisiyası üzrə yenidən qiymətləndirilmə hesabat formasının 41-ci sütununda əks olunur:
3.7.6.4.3.2.1. hesabat dövrü ərzində balans dəyəri üzrə cəmi kapital investisiyası üzrə yenidən qiymətləndirilmə (41-ci sütun) – dövrün sonuna balans dəyəri üzrə cəmi kapital investisiyasının qalıq məbləği (48-ci sütun), çıxılsın dövr ərzində digər dəyişmələrin məbləği (42-ci sütun, 44-cü sütun), çıxılsın dövr ərzində əməliyyatlarda artma (33-cü sütun, 35-ci sütun), üstəgəl dövr ərzində əməliyyatlarda azalma (37-ci sütun, 39-cu sütun), çıxılsın dövrün əvvəlinə balans dəyəri üzrə cəmi kapital investisiyasının qalıq məbləği (28-ci sütun) hesablamasından alınan məbləğə bərabərdir.
3.7.6.5. Hesabat dövrü ərzində balans və bazar dəyərləri üzrə cəmi kapital investisiyalarına aid əməliyyatlar aşağıdakı kimi əks olunur:
3.7.6.5.1. Hesabat dövrü ərzində bazar dəyəri üzrə cəmi kapital investisiyasına aid əməliyyatlar səhmlərin faktiki alış və satış dəyərlərində göstərilir. Bu dövr ərzində səhmlərin alış əməliyyatları hesabat formasının 33a sütununda, satış əməliyyatları isə 37a sütununda əks olunur.
3.7.6.5.2. Hesabat dövrü ərzində balans dəyəri üzrə kapital investisiyasına aid əməliyyatlarda artma hesabat formasının 33-cü sütununda, əməliyyatlarda azalma isə 37-ci sütunda əks olunur.
3.7.6.5.2.1. hesabat dövrü ərzində reinvestisiya olunmuş gəlirlər hesabına formalaşan kapital ehtiyatları hesabat dövrü ərzində əməliyyatlarda deyil, digər dəyişmələrdə reinvestisiya olunmuş gəlirlər (44-cü sütun) üzrə azalma və eyni zamanda kapital investisiyası (42-ci sütun) üzrə artma olaraq əks olunur.
3.7.6.5.2.2. hesabat dövrü ərzində reinvestisiya olunmuş gəlirlər hesabına formalaşan nizamnamə kapitalı hesabat dövrü ərzində əməliyyatlarda deyil, digər dəyişmələrdə reinvestisiya olunmuş gəlirlər (44-cü sütun) üzrə azalma və eyni zamanda kapital investisiyası (42-ci sütun) üzrə artma olaraq əks olunur.
3.7.6.6. Hesabat formalarında cəmi kapital investisiyası maddəsi üzrə reinvestisiya olunmuş gəlirlər əks olunarkən aşağıdakılar nəzərə alınır:
3.7.6.6.1. Hesabat dövrünün əvvəlinə və sonuna reinvestisiya olunmuş gəlirlərin qalıq məbləğləri investorun kapitalda iştirak payına uyğun olaraq hesabat formasının 31-ci və 51-ci sütunlarında əks olunur.
3.7.6.6.2. Hesabat dövrü ərzində reinvestisiya olunmuş gəlirlər (hesablanmış dividendlər daxil olmaqla) – dövr ərzində xalis mənfəət (zərər), üstəgəl dövr ərzində xüsusi ehtiyatlara ayırmalar hesablamasından alınan məbləğ investorun dövr ərzində payına uyğun olaraq hesabat formalarının 35-ci sütununda əks olunur (yenidən qiymətləndirilmələr və digər dəyişmələr istisna olmaqla).
3.7.6.6.3. Hesabat dövrü ərzində hesablanmış (elan olunmuş) dividendlər (investorun kapitalda iştirak payına uyğun olaraq) hesabat formalarında “cəmi kapital investisiyası (aktiv üzrə)” və/və ya “cəmi kapital investisiyası (öhdəlik üzrə)” adlı müvafiq investisiya maddələri (kod: 100 və/və ya kod: 200) üzrə göstərilməklə 39-cu sütunda əks olunur.
3.7.7. Hesabat formalarında valyuta növündən asılı olmayaraq bütün investisiyalar əks olunur.
3.7.8. Hesabat formasının 9-cu və 10-cu sütunlarında investorun birbaşa investisiya əlaqəsinin növü və kodu əks olunur:
3.7.8.1. Birbaşa investor – (kod: 1);
3.7.8.2. Birbaşa investisiya müəssisəsi – (kod: 2);
3.7.8.3. Qohum müəssisə – (kod: 3);
3.7.8.4. Heç biri – (kod: 4).
3.7.9. Hesabat formasında 7-ci sütunda əks olunan “Nağd xarici valyuta (aktivlər üzrə)” adlı investisiya maddəsinə (kod: 170) statistik vahidin nağd şəkildə aşağıdakı xarici valyuta vəsaitləri daxildir:
3.7.9.1. Kassada olan nağd xarici valyuta;
3.7.9.2. Yolda olan nağd xarici valyuta;
3.7.9.3. Valyuta mübadilə şöbələrindəki nağd xarici valyuta;
3.7.9.4. Bankomatlardakı nağd xarici valyuta;
3.7.9.5. Digər ödəniş terminallarındakı nağd xarici valyuta.
3.7.10. Hesabat formaları tərtib olunarkən “Sığorta və pensiya proqramları üzrə borclar (aktivlər üzrə)” və/və ya “Sığorta və pensiya proqramları üzrə borclar (öhdəliklər üzrə)” adlı investisiya maddələrinə (kod: 162 və/və ya kod: 262) aşağıdakılar aid olunur:
3.7.10.1. Qeyri-həyat sığortası növləri üzrə sığorta texniki ehtiyatları;
3.7.10.2. Həyat sığortası və annuitet üzrə ödəniş hüquqları;
3.7.10.3. Pensiya almaq hüquqları, pensiya fondlarının vəsaitlərini idarə edən şirkətə pensiya fondlarının tələbləri.
3.7.11. Hesabat formasının 11-ci və 12-ci sütunlarında müvafiq olaraq qeyri-rezidentin fəaliyyət sektorunun adı və kodu əks olunur:
3.7.11.1. Bank – (kod: 1);
3.7.11.2. Bank olmayan kredit təşkilatı – (kod: 2);
3.7.11.3. Sığorta təşkilatı – (kod: 3);
3.7.11.4. Digər maliyyə müəssisəsi – (kod: 4);
3.7.11.5. Qeyri-maliyyə müəssisəsi – (kod: 5);
3.7.11.6. Ev təsərrüfatı – (kod: 6).
3.7.11.7. Dövlət idarəetmə orqanı – (kod:7);
3.7.11.8. Mərkəzi bank – (kod:8).
3.7.12. Hesabat formasının 13-cü və 14-cü sütunlarında müvafiq olaraq qeyri-rezidentin ölkə adı və kodu (Birləşmiş Millətlər Təşkilatının təsnifatına uyğun) avtomatik olaraq kodlaşdırılmış şəkildə əks olunur.
3.7.13. Hesabat formasının 15-ci və 16-cı sütunlarında müvafiq olaraq investisiyanın valyutası (o cümlədən, milli valyuta) və kodu (Birləşmiş Millətlər Təşkilatının təsnifatına uyğun) avtomatik olaraq kodlaşdırılmış şəkildə əks olunur.
3.7.14. Hesabat dövrü ərzində borclu və kreditor arasında müqaviləyə əsasən borcun restrukturizasiyası hesabat formasında aşağıdakı kimi əks olunur:
3.7.14.1. Hesabat formasının 17-ci və 18-ci sütunlarında restrukturizasiyanın növü və kodu əks olunur:
3.7.14.1.1. Borcun konversiyası – (kod: 1);
3.7.14.1.2. Borcun yenidən rəsmiləşdirilməsi – (kod: 2);
3.7.14.1.3. Borcun bağışlanması və ya ləğvi – (kod: 3);
3.7.14.1.4. Borcun yenidən maliyyələşdirilməsi – (kod: 4);
3.7.14.1.5. Borcun öz üzərinə götürülməsi – (kod: 5).
3.7.14.2. Hesabat dövrü ərzində restrukturizasiya nəticəsində ilkin müqavilə (ilkin investisiya nömrəsi) üzrə əsas məbləğin azalması dövr ərzində borclu tərəfindən borcun ödənişi kimi 37-ci sütunda (ondan, vaxtı keçmiş - 38-ci sütunda), faizlərin azalması isə 39-cu sütunda (ondan, vaxtı keçmiş - 40-cı sütunda) əks olunur.
3.7.14.3. Hesabat dövrü ərzində restrukturizasiya nəticəsində yaranan yeni borc məbləği dövr ərzində borclu tərəfindən yeni borcun cəlb edilməsi kimi hesabat formasının 33-cü sütununda əks olunur və yeni borc məbləği üçün yeni investisiya nömrəsi təyin olunur.
3.7.14.4. Hesabat formalarının 17-ci və 18-ci sütunlarında restrukturizasiya nəticəsində (yeni müqaviləyə əsasən) yaranan yeni investisiya nömrəsi üzrə restrukturizasiyanın növü və kodu göstərilir.
3.7.15. Hesabat formalarının 19-cu və 20-ci sütunlarında dövrün əvvəlinə və sonuna investorun kapitalda müvafiq iştirak payları əks olunur.
3.7.16. Hesabat formalarının 21-ci və 22-ci sütunlarında investisiyanın verilmə və bitmə tarixləri əks olunur.
3.7.17. Hesabat formalarının 23-cü sütununda müvafiq investisiyanın yerləşdirilməsi və/və ya cəlb olunması müddətləri (aylarla) əks olunur.
3.7.18. Hesabat formalarının 24-cü sütununda müvafiq investisiyanın yerləşdirilməsi və/və ya cəlb olunması üzrə faiz dərəcəsi əks olunur.
3.7.19. Hesabat formalarının 25-ci və 26-cı sütunlarında faizlərin növü və kodu əks olunur:
3.7.19.1. Sabit – (kod: 1);
3.7.19.2. Dəyişkən – (kod: 2);
3.7.19.3. Faizsiz – (kod: 3).
3.7.20. Hesabat formalarının 27-ci sütununda dövrün əvvəlinə investorun sahib olduğu qiymətli kağızların sayı əks olunur.
3.7.21. Hesabat formalarının 28a sütununda dövrün əvvəlinə investorun kapitalda iştirak payına müvafiq olaraq səhmlərin bazar dəyəri əks olunur.
3.7.22. Hesabat formalarının 29-cu və 31-ci sütunlarında müvafiq olaraq “əsas məbləğ/kapital investisiyası” və “faizlər/dividendlər/reinvestisiya olunmuş gəlirlər” göstəricilərinin dövrün əvvəlinə qalıqları əks olunur.
3.7.23. Hesabat formalarının 30-cu və 32-ci sütunlarında müvafiq olaraq “əsas məbləğ” və “faizlər” göstəriciləri üzrə vaxtı keçmiş borcların dövrün əvvəlinə qalıqları əks olunur.
3.7.24. Hesabat formalarının 33-cü və 35-ci sütunlarında müvafiq olaraq “əsas məbləğ/kapital investisiyası” və “faizlər/dividendlər/reinvestisiya olunmuş gəlirlər” göstəriciləri üzrə artma əks olunur.
3.7.24.1. Hesabat dövrü ərzində yaranan dividend borcu (vergidən sonra) hesabat formalarının 35-ci sütununda “Dividend borcu (aktiv üzrə)” və/və ya “Dividend borcu (öhdəlik üzrə)” adlı investisiya maddələri (kod: 161 və/və ya kod: 261) üzrə artma olaraq əks olunur.
3.7.25. Hesabat formalarının 34-cü və 36-cı sütunlarında müvafiq olaraq “əsas məbləğ” və “faizlər” göstəriciləri üzrə vaxtı keçmiş məbləğlərin artması əks olunur.
3.7.26. Hesabat formalarının 37-ci və 39-cu sütunlarında müvafiq olaraq “əsas məbləğ/kapital investisiyası” və “faizlər/dividendlər” göstəriciləri üzrə azalma əks olunur.
3.7.26.1. Hesabat dövrü ərzində ödənilən dividend borcu (vergidən sonra) hesabat formalarının 39-cu sütununda “Dividend borcu (aktiv üzrə)” və/və ya “Dividend borcu (öhdəlik üzrə)” adlı investisiya maddələri (kod: 161 və/və ya kod: 261) üzrə azalma olaraq əks olunur.
3.7.27. Hesabat formalarının 38-ci və 40-cı sütunlarında müvafiq olaraq “əsas məbləğ” və “faizlər” göstəriciləri üzrə vaxtı keçmiş məbləğlərin azalması əks olunur.
3.7.28. Hesabat dövrü ərzində bazar və balans dəyərləri üzrə investisiyanın yenidən qiymətləndirilməsi (qiymət dəyişməsi) müvafiq olaraq 41a və 41-ci sütunlarda əks olunur.
3.7.28.1. Hesabat dövrü ərzində balans dəyəri üzrə investisiyanın dəyərində artma olduqda yaranan yenidən qiymətləndirilmə məbləği hesabat formalarında 41-ci sütunda müsbət işarə ilə, əksinə olduqda isə yaranan yenidən qiymətləndirilmə məbləği 41-ci sütunda mənfi işarə ilə göstərilir.
3.7.28.2. Hesabat dövrü ərzində bazar dəyəri üzrə investisiyanın dəyərində (səhmlərin bazar dəyərində) artma olduqda yaranan yenidən qiymətləndirilmə məbləği hesabat formalarında 41a sütununda müsbət işarə ilə, əksinə olduqda isə yaranan yenidən qiymətləndirilmə məbləği 41a sütununda mənfi işarə ilə göstərilir.
3.7.29. Hesabat dövrü ərzində əməliyyatlar və yenidən qiymətləndirilmələr istisna olmaqla qalan digər dəyişmələr hesabat formalarının 42a-45-ci sütunlarında əks olunur.
3.7.29.1. Hesabat formalarının 42a-45-ci sütunlarında digər dəyişmə məbləğləri əks olunarsa, müvafiq 46-cı və 47-ci sütunlarda digər dəyişmənin növü və kodu göstərilir:
3.7.29.1.1. Ümidsiz investisiyanın silinməsi – (kod: 1);
3.7.29.1.2. Qeyri-rezident statusundan digər ölkənin rezidenti statusuna keçid – (kod: 2);
3.7.29.1.3. Birbaşa investisiya bölməsindən portfel və ya digər investisiya bölməsinə keçid – (kod: 3);
3.7.29.1.4. Portfel və ya digər investisiya bölməsindən birbaşa investisiya bölməsinə keçid – (kod: 4);
3.7.29.1.5. Qeyri-rezident statusundan rezident statusuna keçid – (kod: 5);
3.7.29.1.6. Rezident statusundan qeyri-rezident statusuna keçid – (kod: 6);
3.7.29.1.7. Digər növlü dəyişmələr – (kod: 7);
3.7.29.2. Hesabat dövrü ərzində ümidsiz investisiyanın birtərəfli qaydada silinməsi (və ya bağışlanılması) olarsa, bu halda hesabat formalarının tərtibatında aşağıdakılar nəzərə alınır:
3.7.29.2.1. Hesabat formalarının 46-cı sütununda “ümidsiz investisiyanın silinməsi” qeyd olunur.
3.7.29.2.2. Hesabat dövrü ərzində investisiyanın (borcun) silinməsi (və ya bağışlanılması) olarsa, bu silinmə məbləği hesabat formalarının müvafiq 42a-45-ci sütunlarında mənfi işarə ilə (azalma) digər dəyişmələrdə əks olunur.
3.7.29.3. Hesabat dövrü ərzində şəxsin rezidentlik statusu dəyişərsə, (Azərbaycan Respublikasının rezidenti qeyri-rezident statusunu və ya Azərbaycan Respublikasının qeyri-rezidenti Azərbaycan Respublikasının rezidenti statusunu və ya Azərbaycan Respublikasının qeyri-rezidenti digər ölkənin rezidenti statusunu əldə edərsə) hesabat formalarının tərtibatında aşağıdakılar nəzərə alınır:
3.7.29.3.1. Hesabat dövrü ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti rezident statusunu əldə edərsə:
3.7.29.3.1.1. Hesabat formalarının 46-cı sütununda “qeyri-rezident statusundan rezident statusuna keçid” qeyd olunur.
3.7.29.3.1.2. Hesabat dövrü ərzində əməliyyatlar hesabat formalarının müvafiq 33a-40-cı sütunlarında (əgər əməliyyatlar Azərbaycan Respublikasının rezidenti statusunu əldə edənədək baş vermiş olarsa), bu əməliyyatlardan sonra mövcud investisiya qalıqları isə hesabat formalarında digər dəyişmələr üzrə müvafiq 42a-45-ci sütunlarında mənfi işarə ilə (azalma) əks olunur və dövrün sonuna investisiyanın qalıq məbləği (48a və 48-ci sütunlar) sıfıra bərabər olur.
3.7.29.3.1.3. Hesabat dövrü ərzində hər hansı qeyri-rezident üzrə 46-cı sütunda “qeyri-rezident statusundan rezident statusuna keçid” növlü digər dəyişmə olarsa, bu zaman həmin qeyri-rezident üzrə bütün investisiyalar (İEN-lər) üçün yuxarıda qeyd olunan ardıcıllıq tətbiq olunur.
3.7.29.3.2. Hesabat dövrü ərzində Azərbaycan Respublikasının rezidenti qeyri-rezident statusunu əldə edərsə:
3.7.29.3.2.1. Hesabat formalarının 46-cı sütununda “rezident statusundan qeyri-rezident statusuna keçid ” qeyd olunur.
3.7.29.3.2.2. Hesabat dövrü ərzində əməliyyatlar hesabat formalarının müvafiq 33a-40-cı sütunlarında (əgər əməliyyatlar Azərbaycan Respublikasının qeyri-rezidenti statusunu əldə etdikdən sonra baş vermiş olarsa), bu əməliyyatlardan əvvəl mövcud investisiya qalıqları isə hesabat formalarında digər dəyişmələr üzrə müvafiq 42a-45-ci sütunlarda müsbət işarə ilə (artma) əks olunur.
3.7.29.3.2.3. Hesabat dövrü ərzində hər hansı qeyri-rezident üzrə 46-cı sütunda “rezident statusundan qeyri-rezident statusuna keçid” növlü digər dəyişmə olarsa, bu zaman həmin rezident üzrə bütün investisiyalar üçün yuxarıda qeyd olunan ardıcıllıq tətbiq olunur.
3.7.29.3.3. Hesabat dövrü ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti digər ölkənin rezidenti statusunu əldə edərsə:
3.7.29.3.3.1. Hesabat formalarının 46-cı sütununda “qeyri-rezident statusundan digər ölkənin rezidenti statusuna keçid” qeyd olunur.
3.7.29.3.3.2. Hesabat dövrü ərzində əməliyyatlar hesabat formalarının müvafiq 33a-40-cı sütunlarında (əgər əməliyyatlar digər ölkənin rezidenti statusunu əldə edənədək baş vermiş olarsa), bu əməliyyatlardan sonra mövcud investisiya qalıqları isə hesabat formalarında digər dəyişmələr üzrə müvafiq 42a-45-ci sütunlarda mənfi işarə ilə (azalma) əks olunur.
3.7.29.3.3.3. Qeyri-rezident şəxsin ölkə mənsubiyyəti dəyişdiyinə görə həmin investisiya üçün tələb olunan göstəricilər yeni sətir üzrə əks olunur. Müvafiq investisiya müqaviləsinə xitam verilmədiyinə görə yeni sətir üzrə əks olunan həmin investisiya nömrəsi (4-cü sütun) dəyişmir.
3.7.29.3.3.4. Hesabat formasının 13-cü sütununda əks olunan qeyri-rezidentin mənsub olduğu ölkə digər ölkəyə dəyişdikdə (ölkə kodu dəyişdikdə) müvafiq investisiya üçün avtomatik olaraq yeni İEN formalaşır.
3.7.29.3.3.5. Hesabat formalarında qeyri-rezidentin mənsub olduğu ilkin ölkəni özündə əks etdirən İEN (ilkin İEN) üzrə mənfi işarə ilə (azalma) digər dəyişmələrdə (42a-45-ci sütunlarda) əks olunan məbləğlər qeyri-rezidentin mənsub olduğu yeni qeyri-rezident ölkəni əks etdirən İEN (yeni İEN) üzrə müsbət işarə ilə (artma) digər dəyişmələrdə (müvafiq 42a-45-ci sütunlarda) əks olunur.
3.7.29.3.3.6. Hesabat dövrü ərzində hər hansı qeyri-rezident üzrə 46-cı sütunda “qeyri-rezident statusundan digər ölkənin rezidenti statusuna keçid” növlü digər dəyişmə olarsa, bu zaman həmin qeyri-rezident üzrə bütün investisiyalar (İEN-lər) üçün yuxarıda qeyd olunan ardıcıllıq tətbiq olunur.
3.7.29.4. Hesabat dövrü ərzində investisiya bölməsinin adı “Birbaşa” investisiya bölməsindən “Portfel” və ya “Digər” investisiya bölməsinə dəyişərsə, onda hesabat formalarının tərtibatında aşağıdakılar nəzərə alınır:
3.7.29.4.1. Hesabat formalarının 46-cı sütununda “birbaşa investisiya bölməsindən portfel və ya digər investisiya bölməsinə keçid” qeyd olunur.
3.7.29.4.2. Əgər investor kapitalda iştirak payınının bir hissəsini digər şəxsə sataraq “Birbaşa” investisiya bölməsindən “Portfel” və ya “Digər” investisiya bölməsinə keçərsə:
3.7.29.4.2.1. Kapitalda iştirak payının satışı nəticəsində dövr ərzində azalma (satış) əməliyyatları hesabat formasının müvafiq 37a-40-cı sütunlarında əks olunur. Bu azalma əməliyyatından sonra investisiyanın mövcud qalıq məbləği mənfi işarə ilə (azalma) digər dəyişmələrdə (müvafiq 42a-45-ci sütunlarda) göstərilməklə dövrün sonuna qalıq məbləği (48a və 48-ci sütunlar) sıfıra bərabər olur.
3.7.29.4.2.2. Hesabat formalarının 5-ci sütununda investisiya bölməsinin adı dəyişdiyinə görə (“Birbaşa” investisiya bölməsindən “Portfel” və ya “Digər” investisiya bölməsinə keçid olduğu üçün) müvafiq investisiya üçün tələb olunan məlumatlar yeni sətir üzrə yenidən daxil olunur.
3.7.29.4.2.3. Müvafiq investisiya müqaviləsinə xitam verilmədiyinə görə investisiya nömrəsi (4-cü sütun) dəyişmir.
3.7.29.4.2.4. İnvestisiya bölməsinin kodu dəyişdiyinə görə müvafiq investisiya üçün avtomatik olaraq yeni İEN formalaşır.
3.7.29.4.2.5. Hesabat formalarında ilkin İEN (“Birbaşa” investisiya bölməsi əks olunan) üzrə mənfi işarə ilə (azalma) digər dəyişmələrdə (42a-45-ci sütunlarda) göstərilən məbləğlər müvafiq olaraq yeni İEN (“Portfel” və ya “Digər” investisiya bölməsi əks olunan) üzrə müsbət işarə ilə (artma) digər dəyişmələrdə (42a-45-ci sütunlarda) əks olunur.
3.7.29.4.3. Hesabat dövrü ərzində hər hansı qeyri-rezident şəxs üzrə 46-cı sütunda “birbaşa investisiya bölməsindən portfel və ya digər investisiya bölməsinə keçid” növlü digər dəyismə olarsa, həmin qeyri-rezident üzrə bütün investisiyalar (İEN-lər) üçün yuxarıda qeyd olunan ardıcıllıq tətbiq olunur. Bu zaman kapitalda iştirakı təmin edən qiymətli kağızlar və borc qiymətli kağızları hesabat formalarında “Portfel” investisiya bölməsi, digər investisiyalar isə “digər” investisiya bölməsi üzrə əks olunur.
3.7.29.5. Hesabat dövrü ərzində investisiyanın bölməsinin adı “Portfel” və ya “Digər” investisiya bölməsindən “Birbaşa” investisiya bölməsinə dəyişərsə, onda hesabat formalarının tərtibatında aşağıdakılar nəzərə alınır:
3.7.29.5.1. Hesabat formalarının 46-cı sütununda “Portfel və ya digər investisiya bölməsindən birbaşa investisiya bölməsinə keçid” qeyd olunur.
3.7.29.5.2. Əgər investor kapitalda iştirak payı satın alaraq (statistik vahid qeyri-rezidentdən və ya qeyri-rezident statistik vahiddən) “Portfel” və ya “Digər” investisiya bölməsindən “Birbaşa” investisiya bölməsinə keçərsə:
3.7.29.5.2.1. Hesabat formalarında “Portfel” və ya “Digər” investisiya bölməsi əks olunan İEN üzrə qalıq məbləği mənfi işarə ilə (azalma) digər dəyişmələrdə (42a-45-ci sütunlarda) göstərilərək 48a və 48-ci sütunları sıfıra bərabər olur.
3.7.29.5.2.2. Hesabat formasının 5-ci sütununda investisiya bölməsinin adı dəyişdiyinə görə (“Portfel” və ya “Digər” investisiya bölməsindən “Birbaşa” investisiya bölməsinə keçid olduğu üçün) müvafiq investisiyaya aid tələb olunan məlumatlar yeni sətir üzrə yenidən daxil olunur.
3.7.29.5.2.3. Müvafiq investisiya müqaviləsinə xitam verilmədiyinə görə investisiya nömrəsi (4-cü sütun) dəyişmir.
3.7.29.5.2.4. İnvestisiya bölməsinin kodu dəyişdiyinə görə müvafiq investisiya üçün avtomatik olaraq yeni İEN formalaşır.
3.7.29.5.2.5. Hesabat formalarında ilkin İEN (“Portfel” və ya “Digər” investisiya bölməsi əks olunan) üzrə mənfi işarə ilə (azalma) digər dəyişmələrdə (42a-45-ci sütunlarda) əks olunan məbləğlər müvafiq olaraq yeni İEN (“Birbaşa” investisiya bölməsi əks olunan) üzrə müsbət işarə ilə (artma) digər dəyişmələrdə (42a-45-ci sütunlarda) göstərilir.
3.7.29.5.2.6. Kapitalda iştirak payının alışı olduğuna görə cəmi kapital investisiyasında olan artma yeni İEN üzrə hesabat formalarının müvafiq 33a-36-cı sütunlarında (hesabat dövrü ərzində əməliyyatlarda) əks olunur.
3.7.29.5.2.7. Hesabat dövrü ərzində hər hansı qeyri-rezident üzrə “Portfel və ya digər investisiya bölməsindən birbaşa investisiya bölməsinə keçid” növlü digər dəyismə olarsa, onda həmin qeyri-rezident üzrə bütün investisiyalar (İEN-lər) üçün yuxarıda qeyd olunan ardıcıllıq tətbiq olunur. Bu zaman həmin qeyri-rezident üzrə borc qiymətli kağızları və digər investisiyalar “Birbaşa” investisiya bölməsi üzrə əks olunur.
3.7.29.6. Əgər yuxarıda sadalanan hallardan başqa digər növlü dəyişmələr olarsa, hesabat formalarının 46-cı sütununda “digər növlü dəyişmələr” əks olunur.
3.7.30. Hesabat formalarının 48a sütununda dövrün sonuna səhmlərin bazar dəyəri əks olunur.
3.7.31. Hesabat formalarının 49-cu və 51-ci sütunlarında müvafiq olaraq “əsas məbləğ/kapital investisiyası” və “faizlər/dividendlər/reinvestisiya olunmuş gəlirlər” göstəricilərinin dövrün sonuna qalıqları əks olunur.
3.7.32. Hesabat formalarının 50-ci və 52-ci sütunlarında “əsas məbləğ” və “faizlər” göstəriciləri üzrə vaxtı keçmiş borcların dövrün sonuna qalıqları əks olunur.
3.7.33. Hesabat formalarının 53-cü sütununda hesabat dövrünün sonuna qiymətli kağızların sayı əks olunur.
3.7.34. Hesabat formalarının 54-cü sütununda hesabat dövrünün sonuna qiymətli kağızın vahidinin (ədədin) nominal qiyməti əks olunur.
3.7.35. Hesabat formalarının 55-ci sütununda hesabat dövrünün sonuna qiymətli kağızın vahidinin (ədədinin) bazar qiyməti əks olunur.
3.7.36. Hesabat formalarının 56-71-ci (71-ci sütun da daxil olmaqla) sütunlarında hesabat dövrünün sonuna borc qalıqları üzrə gələcək dövrlərdə ödənilməli olan əsas məbləğ və faiz ödənişləri əks olunur.
3.7.36.1. Hesabat formalarının 56-cı və 57-ci sütunlarında müvafiq olaraq “dərhal ödənilməli” borclar (tələbli depozitlər, gecikdirilmiş borclar) üzrə əsas borc və faiz ödənişləri (o cümlədən dividend ödənişləri) əks olunur.
3.7.36.2. Hesabat formalarının 58 - 71-ci sütunlarında ödəniləcək borclar üzrə əsas borc və faiz ödənişləri həmin sütunlarda qeyd olunmuş müddətlər üzrə göstərilir.
3.7.37. Əgər borc dövlət zəmanəti ilə təmin edilmiş olarsa, hesabat formalarının 72-ci sütununda “dövlət zəmanətli” qeydi əks olunur.
3.7.38. Hesabat formalarının 73-cü sütununda istiqrazın kupon dərəcəsi əks olunur.
3.7.39. Hesabat formasının 74-cü və 75-ci sütunlarında kupon ödənişlərinin dövriliyinin növü və kodu əks olunur.
3.7.39.1. Sıfır – (kod: 0);
3.7.39.2. İllik – (kod: 1);
3.7.39.3. Yarımillik – (kod: 2);
3.7.39.4. İldə üç dəfə – (kod: 3);
3.7.39.5. Rüblük – (kod: 4);
3.7.39.6. İldə altı dəfə – (kod: 6);
3.7.39.7. Aylıq – (kod: 12).
3.7.40. Hesabat formalarının 76-cü sütununda investisiyalara dair əlavə məlumatlar əks olunur.
3.8. Forma XBBİS-3 hesabat formasında (“Qeyri-rezidentlər üzrə şərti öhdəliklərin statistik hesabatı”) statistik vahidin qeyri-rezidentlər qarşısında şərti öhdəlikləri ayrı-ayrılıqda əks olunur. Bu formanın tərtibatı zamanı aşağıdakılar nəzərə alınır:
3.8.1. Hesabat formasında şərti öhdəliklərin məbləği statistik vahidin müvafiq balansdankənar hesablarında əks olunan uçot məlumatları əsasında göstərilir.
3.8.2. Hesabat formasının 2-ci sütununda statistik vahidin qeyri-rezident şəxslər qarşısındakı şərti öhdəliklərini eyniləşdirməyə imkan verən və təkrarlanmayan nömrə – ŞEN əks olunur.
3.8.2.1. ŞEN – bir-birindən tire (defis) işarəsi ilə ayrılan kombinə edilmiş beş qrup göstəricidən ibarətdir və hesabat formasında avtomatik olaraq işlənilir:
3.8.2.1.1. göstəricilərin birinci qrupu rəqəm ifadəsində “Qeyri-rezidentin Eyniləşdirmə Nömrəsi”ni identifikasiya edir;
3.8.2.1.2. göstəricilərin ikinci qrupu rəqəm ifadəsində “Şərti öhdəlik nömrəsi”ni identifikasiya edir;
3.8.2.1.3. göstəricilərin üçüncü qrupu rəqəm ifadəsində statistik vahidin “qeyri-rezident ilə birbaşa investisiya əlaqə növü”nü identifikasiya edir;
3.8.2.1.4. göstəricilərin dördüncü qrupu rəqəm ifadəsində “Qeyri-rezidentin ölkəsi”ni identifikasiya edir;
3.8.2.1.5. göstəricilərin beşinci qrupu rəqəm ifadəsində “Valyuta növü”nü identifikasiya edir.
3.8.3. Hesabat formasının 3-cü sütununda QEN əks olunur.
3.8.4. Hesabat formasının 4-cü sütununda “Şərti öhdəlik nömrəsi” əks olunur. Bu nömrələr şərti öhdəlikləri ayrı-ayrılıqda eyniləşdirmək məqsədini daşıyır. Statistik vahid tərəfindən rəqəm formatında təyin olunur və eyni qeyri-rezident üzrə ərəb rəqəmləri ilə ardıcıl olaraq nömrələnir. Həmin nömrələr eyni qeyri-rezident üzrə bir daha təkrarlanmır.
3.8.5. Hesabat formasının 5-ci və 6-cı sütunlarında debitorun (qarantiyada prinsipialın) rezidentlik mənsubiyyəti və kodu əks olunur:
3.8.5.1. Rezident – (kod: 1);
3.8.5.2. Qeyri-rezident – (kod: 2).
3.8.6. Hesabat formasının 7-ci və 8-ci sütunlarında statistik vahidin qeyri-rezidentlər qarşısında şərti öhdəliklərinin növü və kodu əks olunur:
3.8.6.1. Kredit xətti – (kod: 300);
3.8.6.2. Kredit öhdəlikləri – (kod: 310);
3.8.6.3. Akkreditivlər – (kod: 320);
3.8.6.4. Verilmiş qarantiyalar – (kod: 330);
3.8.6.5. Kapital investisiyaları üzrə öhdəliklər – (kod: 340);
3.8.7. Hesabat formasının 9-cu və 10-cu sütunlarında müvafiq olaraq statistik vahidin qeyri-rezident (qarantiyada benefisiar) ilə birbaşa investisiya əlaqə növü və kodu əks olunur:
3.8.7.1. Birbaşa investor – (kod: 1);
3.8.7.2. Birbaşa investisiya müəssisəsi – (kod: 2);
3.8.7.3. Qohum müəssisə – (kod: 3);
3.8.7.4. Heç bir– (kod: 4).
3.8.8. Hesabat formasının 11-ci və 12-ci sütunlarında müvafiq olaraq qeyri-rezidentin (qarantiyada benefisiarın) fəaliyyət sektoru və kodu əks olunur:
3.8.8.1. Bank – (kod: 1);
3.8.8.2. Bank olmayan kredit təşkilatı – (kod: 2);
3.8.8.3. Sığorta təşkilatı – (kod: 3);
3.8.8.4. Digər maliyyə müəssisəsi – (kod: 4);
3.8.8.5. Qeyri-maliyyə müəssisəsi – (kod: 5);
3.8.8.6. Ev təsərrüfatı – (kod: 6);
3.8.8.7. Dövlət idarəetmə orqanı – (kod: 7);
3.8.8.8. Mərkəzi bank – (kod: 8).
3.8.9. Hesabat formasının 13-cü və 14-cü sütunlarında müvafiq olaraq qeyri-rezidentin (qarantiyada benefisiarın) ölkəsi və kodu əks olunur.
3.8.10. Hesabat formasının 15-ci və 16-cı sütunlarında müvafiq şərti öhdəliyin valyutası və kodu əks olunur.
3.8.11. Hesabat formasının 17-ci və 18-ci sütunlarında statistik vahidin kapitalında qeyri-rezidentin (qarantiyada benefisiarın) payı əks olunur.
3.8.12. Hesabat formasının 19-cu və 20-ci sütunlarında şərti öhdəliklərin verilmə və bitmə tarixləri əks olunur.
3.8.13. Hesabat formasının 21-ci sütununda şərti öhdəliklərin verilmə müddətləri aylarla əks olunur.
3.8.14. Hesabat formasının 22-ci sütununda şərti öhdəliklərin dövrün əvvəlinə qalıqları əks olunur.
3.8.15. Hesabat formasının 23-cü və 24-cü sütunlarında hesabat dövrü ərzində şərti öhdəliklər üzrə artma/azalma əks olunur.
3.8.16. Hesabat formasının 25-ci sütununda hesabat dövrü ərzində şərti öhdəliklər üzrə yenidən qiymətləndirmə əks olunur.
3.8.17. Hesabat formasının 26-cı sütununda hesabat dövrü ərzində şərti öhdəliklər üzrə digər dəyişmə məbləği əks olunur.
3.8.18. Hesabat dövrü ərzində şərti öhdəliklər üzrə digər dəyişmə olduqda, hesabat formasının 27-ci və 28-ci sütunlarında müvafiq digər dəyişmənin növü və kodu əks olunur:
3.8.18.1. Qeyri-rezident statusundan digər ölkənin rezidenti statusuna keçid – (kod: 2);
3.8.18.2. Birbaşa investisiya bölməsindən portfel və ya digər investisiya bölməsinə keçid – (kod: 3);
3.8.18.3. Portfel və ya digər investisiya bölməsindən birbaşa investisiya bölməsinə keçid – (kod: 4);
3.8.18.4. Qeyri-rezident statusundan rezident statusuna keçid – (kod: 5);
3.8.18.5. Rezident statusundan qeyri-rezident statusuna keçid – (kod: 6);
3.8.18.6. Digər növlü dəyişmələr – (kod: 7).
3.8.19. Hesabat formasının 29-cu sütununda şərti öhdəliklərin dövrün sonuna qalıqları əks olunur.
3.8.20. Hesabat formasının 30-37-ci sütunlarında hesabat dövrünün sonuna şərti öhdəliklər üzrə gələcək dövrə ehtimal olunan ödənişlər əks olunur.
3.8.21. Hesabat formasının 38-ci sütununda şərti öhdəliklərin (balansdankənar öhdəliklərin) kreditə konversiya əmsalı əks olunur.
3.8.21.1. Müqavilə əsasında statistik vahidə birtərəfli qaydada öhdəliyi tam yerinə yetirməmək hüququ verən balansdankənar öhdəliklər 0 (sıfır) faizlə (kreditə konvertasiya əmsalı – 0) əks olunur.
3.8.22. Hesabat formasının 39-cu sütununda şərti öhdəliklərə dair əlavə qeydlər əks olunur.
3.9. Statistik vahidlər tərəfindən hesabat formalarında əks olunan qeyri-rezidentin eyniləşdirmə nömrələrinin, investisiya eyniləşdirmə nömrələrinin və şərti öhdəliklərin eyniləşdirmə nömrələrinin qeydiyyatı aparılır və müvafiq məlumatlar dəqiqləşdirilmək məqsədilə Mərkəzi Banka onun müraciəti əsasında təqdim edilir.
4. Hesabatın təqdim olunması
4.1. Xarici borc və beynəlxalq investisiyalar haqqında statistik hesabat rüblük əsasda olmaqla elektron formada statistik vahid (əgər statistik vahid ləğvetmə prosesində olarsa, ləğvetmə prosesi başa çatana qədər statistik vahidin ləğvedicisi) tərəfindən hesabat dövründən sonrakı ayın 15 (on beş) iş günü ərzində Mərkəzi Banka təqdim edilir.
4.2. Hesabat dövrü ərzində statistik vahidin xarici borc və beynəlxalq investisiyaları üzrə qalıqları və əməliyyatları olmadığı halda hesabat formasında bu göstəricilər üzrə xanalar boş saxlanılmaqla Mərkəzi Banka təqdim edilir.
4.3. Hesabat statistik vahidin icra orqanının rəhbərinin, üzvünün, baş mühasib və ya onu əvəz edən şəxsin, yaxud hesabatın təqdim olunmasına məsul olan struktur bölmə rəhbərinin elektron imzası ilə təsdiq edilir.