AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
13.05.2022
QEYDİYYAT NÖMRƏSİ
536-VIQD
ADI
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 09.06.2022, Nəşr nömrəsi: 120), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30.06.2022, Nəşr nömrəsi: 6, Maddə nömrəsi: 589)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.06.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12202205130536
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.06.2022
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1.Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 442; 2008, № 7, maddə 602; 2011, № 2, maddə 71; 2015, № 2, maddə 83; 2017, № 7, maddə 1258; 2019, № 5, maddə 797; 2020, № 6, maddə 664, № 7, maddə 828, № 11, maddə 1335; 2021, № 6 (I kitab), maddə 543, № 8, maddə 895) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.0.13-cü maddədən “təyinatlı” sözü çıxarılsın;

1.2. 7.0-cı maddəsində “xüsusi məktəblər və xüsusi internat məktəblərində, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələrdə, ümumtəhsil internat məktəblərinin xüsusi təhsil” sözləri “xüsusi ümumtəhsil məktəblərində, internat tipli xüsusi ümumtəhsil məktəblərində, inteqrasiya təlimli ümumtəhsil məktəblərinin xüsusi bölmələrində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin xüsusi” sözləri ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda 11-1-ci maddə əlavə edilsin:

“Maddə 11-1. İnteqrasiyalı təhsilin təşkili

11-1.1. Təhsil müəssisəsində psixoloji-pedaqoji və tibbi göstərişlərə (əks göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait varsa, həmin müəssisənin xüsusi siniflərində sağlamlıq imkanları məhdud şəxslər üçün inteqrasiyalı təhsil təşkil edilir.

11-1.2. İnteqrasiya təlimli təhsil müəssisəsinin rəhbərliyi şəxslərdə fiziki çatışmazlıq, əqli və (və ya) psixi ləngimələrə görə təlim və ya peşə təhsili, yaxud konkret bir peşə (ixtisas) üzrə məhdudiyyət barədə əks göstəriş yoxdursa, onların qəbuluna etiraz edə bilməz.

11-1.3. İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.”;

1.4. 12.2-ci maddə ləğv edilsin.

Maddə 2. Təhsil haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208; 2019, № 5, maddə 798, № 7, maddə 1190, № 8, maddə 1382, № 11, maddə 1684, № 12, maddə 1881; 2020, № 5, maddə 508, № 6, maddələr 662, 669, № 7, maddələr 824, 830, № 11, maddələr 1329, 1335, № 12 (I kitab), maddə 1420; 2021, № 2, maddə 108, № 6 (I kitab), maddə 547, № 11, maddə 1209) 14.5.2-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər);”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 may 2022-ci il

№ 536-VIQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status