AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
31.05.2022
QEYDİYYAT NÖMRƏSİ
215
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləğinin təsdiq edilməsi barədə” 2005-ci il 24 iyun tarixli 120 nömrəli, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2006-cı il 27 yanvar tarixli 25 nömrəli, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin fəaliyyətinin təşkilinin bəzi məsələləri barədə” 2006-cı il 24 iyul tarixli 182 nömrəli, “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.05.2022, Nəşr nömrəsi: 5, Maddə nömrəsi: 577)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202205310215
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.05.2022
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləğinin təsdiq edilməsi barədə” 2005-ci il 24 iyun tarixli 120 nömrəli, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2006-cı il 27 yanvar tarixli 25 nömrəli, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin fəaliyyətinin təşkilinin bəzi məsələləri barədə” 2006-cı il 24 iyul tarixli 182 nömrəli, “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 24 iyun tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 556; 2006, № 9, maddə 822; 2021, № 3, maddə 272) ilə təsdiq edilmiş “Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləği”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənddə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində” sözləri “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” sözləri ilə, “dövlət material ehtiyatları” sözləri “dövlət və səfərbərlik ehtiyatları” sözləri ilə əvəz edilsin;

1.2. 2-ci, 3-cü və 8-ci hissələrdə ismin müvafiq hallarında “material ehtiyatları” sözləri ismin müvafiq hallarında “dövlət və səfərbərlik ehtiyatları” sözləri ilə əvəz edilsin;

1.3. 6-cı hissədə “və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə” sözləri “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə” sözləri ilə əvəz edilsin;

1.4. 7-ci hissənin ikinci abzasında “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə” sözləri “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə” sözləri ilə, “material ehtiyatlarının” sözləri “dövlət və səfərbərlik ehtiyatlarının” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 yanvar tarixli 25 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 54; 2009, № 10, maddə 846; 2012, № 12, maddə 1358; 2014, № 2, maddə 201, № 6, maddə 747; 2016, № 5, maddə 955; 2017, № 4, maddə 620; 2019, № 1, maddə 158; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 aprel tarixli 141 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Səfərbərlik tapşırığının (sifarişinin) yerinə yetirilməsi ilə əlaqədar təşkilatlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası”nın 2-ci və 3-cü hissələrində “material ehtiyatları” sözləri “dövlət və səfərbərlik ehtiyatları” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin fəaliyyətinin təşkilinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 24 iyul tarixli 182 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 649) 1-ci hissəsi ləğv edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115; 2009, № 2, maddə 153, № 4, maddə 282, № 7, maddələr 605, 610, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912, № 11, maddə 1040; 2011, № 1, maddə 66, № 5, maddə 446, № 9, maddələr 856, 862; 2012, № 5, maddə 479, № 8, maddə 818, № 10, maddə 1027, № 11, maddə 1205; 2013, № 1, maddə 74, № 8, maddələr 1014, 1037; 2014, № 1, maddə 69, № 3, maddə 313, № 6, maddə 736, № 7, maddə 919, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 611, № 6, maddə 800, № 11, maddə 1414; 2016, № 1, maddə 171, № 2 (II kitab), maddə 382, № 3, maddə 608, № 4, maddələr 782, 831, № 5, maddə 955, № 7, maddə 1343, № 8, maddələr 1440, 1450, № 9, maddələr 1584, 1585, 1587, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 282, 296, 311, № 5, maddə 972, № 8, maddə 1611, № 10, maddələr 1921, 1922, № 11, maddə 2186; 2018, № 2, maddə 336, № 3, maddələr 578, 625, 631, № 7 (II kitab), maddə 1655, № 10, maddələr 2142, 2161; 2019, № 1, maddə 160, № 3, maddələr 529, 563, 565, № 4, maddə 743, № 5, maddələr 944, 972, № 12, maddələr 2064, 2068, 2106; 2020, № 2, maddə 204, № 5, maddə 652, № 10, maddə 1306, № 11, maddə 1413; 2021, № 2, maddə 203, № 3, maddə 276, № 4, maddə 420, № 6 (IV kitab), maddə 695; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 aprel tarixli 125, 129, 134 nömrəli və 19 aprel tarixli 165 nömrəli qərarları) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Dövlət Material Ehtiyatları Agentliyinin Aparatı” sətri çıxarılsın.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, maddə 1273, № 11, maddələr 1403, 1408, № 12 (V kitab), maddələr 1589, 1597; 2021, № 2, maddə 203, № 3, maddələr 278, 288, 293, 300, 302, № 4, maddələr 395, 399, 404, 416, 417, 418, № 6 (IV kitab), maddə 695, № 7, maddələr 871, 874, № 8, maddələr 966, 973, № 9, maddə 1064, № 10, maddələr 1181, 1187, 1192, № 11, maddələr 1256, 1274, 1280, 1283; 2022, № 1, maddə 70; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 aprel tarixli 127, 138, 151 nömrəli və 19 aprel tarixli 168 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə”nin “317000. “Maddi-istehsal ehtiyatları” köməkçi bölməsindən “səfərbərlik və” sözləri çıxarılsın və “material” sözü “və səfərbərlik” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 31 may 2022-ci il

                    № 215

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status