AKTIN NÖVÜ
Energetika Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
19.05.2022
QEYDİYYAT NÖMRƏSİ
KQ-1
ADI
“Texniki xidmətin nəticəsinə dair akt”ın formasının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.06.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.120.180
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15202205190001
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.06.2022
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AZƏRBAYCAN RESPUBLİKASI ENERGETİKA NAZİRLİYİNİN KOLLEGİYASI

 

QƏRAR

 

KQ-1

 

Bakı şəhəri                                                                                                       19 may 2022-ci il

 

“Texniki xidmətin nəticəsinə dair akt”ın formasının təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.10.2-ci yarımbəndini rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 aprel tarixli 1658 nömrəli Fərmanının 3-cü hissəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinin 5-ci hissəsinin birinci cümləsinə uyğun olaraq, “Texniki xidmətin nəticəsinə dair akt”ın forması təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

energetika naziri

 

 

Pərviz Şahbazov

 

 


 

 

Azərbaycan Respublikası

Energetika Nazirliyinin Kollegiyasının

2022-ci il 19 may tarixli KQ-1 nömrəli

qərarı ilə təsdiq edilmişdir

 

Texniki xidmətin nəticəsinə dair

AKT

 

_______

 

“____”_________________20__  il                                                      _________________________

(aktın tərtib edildiyi yer)

 

1. ________________________________________________________________________________

__________________________________________________________________________________

(aktı tərtib edən qaz paylayıcısının və ya ixtisaslaşmış podratçının işçisinin vəzifəsi, soyadı, adı, atasının adı və ya fərdi sahibkar  olan ixtisaslaşmış podratçının soyadı, adı, atasının adı (ixtisaslaşmış podratçının işçisinin və ya fərdi sahibkar olan ixtisaslaşmış podratçının ixtisas attestatının nömrəsi, verilmə və qüvvədə olma tarixi), məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti)

 

2. İstehlakçı fiziki şəxsin soyadı, adı, atasının adı, FİN-i, VÖEN-i (olduqda): _______________

__________________________________________________________________________________

(akt istehlakçı fiziki şəxsin səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin iştirakı ilə tərtib edildikdə, həmçinin onun soyadı, adı, atasının adı)

 

3. İstehlakçı hüquqi şəxsin adı, VÖEN-i (olduqda) və qanuni təmsilçisinin adı, soyadı və atasının adı: ______________________________________________________________________

_________________________________________________________________________________

(akt istehlakçının qanuni təmsilçidən başqa, digər səlahiyyətli nümayəndəsinin iştirakı ilə tərtib edildikdə, həmçinin onun soyadı, adı, atasının adı)

________________________________________________________________ünvanında yerləşən

__________________________________________________________________________________________________

(qaz qurğularına və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinə, tüstü bacalarına, havalandırma və havadəyişmə xətlərinə (lazım olan qeyd edilir))

 

texniki xidmət həyata keçirildi.

 

4.Balansında dövlət mənzil fonduna aid yaşayış sahələri olan orqanın (qurumun) və ya yaşayış binalarının mənzil mülkiyyətçilərinin (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə), mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, ixtisaslaşmış istehlak kooperativinin, binanı idarə edən hüquqi şəxsin və fərdi sahibkarın (idarəedici təşkilatın), habelə digər qazlaşdırılmış tikinti obyektlərinin mülkiyyətçilərinin (istifadəçilərinin) adı, VÖEN-i (olduqda) və ya nümayəndəsinin adı, soyadı və atasının ad:_______________________________________________________________________________

__________________________________________________________________________________

________________________________________________ünvanında yerləşən binasının (binalarının) tüstü bacalarına, havalandırma və havadəyişmə xətlərinə texniki xidmət həyata keçirildi.

 

5. İstehlakçının və bu Aktın 4-cü hissəsində göstərilən subyektlərin telefon nömrələri:________________________________________________________________________

 

6. Müayinə aktının tarixi və nömrəsi:_________________________________________________

 

7. Müayinə aktında qeyd  edilmiş nöqsan və (və ya) pozuntuların mahiyyəti və onların aradan qaldırılması müddəti (bir aydan çox olmayan müddət):__________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

8. Texniki xidmət zamanı görülmüş işlərin siyahısı: ____________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

9. Texniki xidmət zamanı istifadə olunan, o cümlədən qaz paylayıcı və ya ixtisaslaşmış podratçı tərəfindən təqdim edilən və istehlakçı və ya bu Aktın 4-cü hissəsində göstərilən subyektlər tərəfindən ödənilən mal-materialın adı, ölçüsü, miqdarı, dəyəri (rəqəm və yazı ilə): ______________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

 

10. Texniki xidmət zamanı görülmüş işlərin dəyəri:_____________________________________

                                                                                                                    (rəqəm və yazı ilə)

__________________________________________________________________________________

 

11. Texniki xidmət zamanı istifadə olunan mal-material istehlakçı və ya bu Aktın 4-cü hissəsində göstərilən subyektlər tərəfindən təqdim edildikdə həmin mal-materialın adı, ölçüsü, miqdarı:___________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

 

12. Texniki xidmət üzrə işlərin görülməsi müddəti (işlərin başlanılması və bitməsi vaxtı):___

 

13. Texniki xidmət məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən göstərildiyi hallar istisna olmaqla, qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı ilə istehlakçı, eləcə də bu Aktın 4-cü hissəsində göstərilən subyektlər arasında texniki xidmətin göstərilməsinə görə bağlanmış müqavilənin tarixi və nömrəsi:___________________________

 

14. Texniki xidmətlə bağlı istehlakçının və ya bu Aktın 4-cü hissəsində göstərilən subyektlərin qeydləri (varsa):________________________________________________________

 

15. Tərtib edilmiş aktın nüsxələrinin sayı:_____________________________________________

 

16. İstehlakçıya və ya bu Aktın 4-cü hissəsində göstərilən subyektlər təqdim edilmiş aktın nüsxələrinin sayı:_________________________________________________________________

 

17.İmzalar:

 

1. __________________________________________________________________________

                           (aktı tərtib etmiş şəxsin (şəxslərin) vəzifəsi, soyadı, adı, atasının adı)

2. __________________________________________________________________________

(istehlakçının və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud fiziki şəxs olan istehlakçının yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin soyadı, adı, atasının adı)

3. __________________________________________________________________________

(bu Aktın 4-cü hissəsində göstərilən subyektlərin nümayəndəsinin vəzifəsi, soyadı, adı, atasının adı)

 

Qeyd:

Bu Aktın 2-ci, 3-cü, 6-cı və 7-ci hissələri bu Aktın 4-cü hissəsində göstərilən subyektlərin binasının (binalarının) tüstü bacalarına, havalandırma və havadəyişmə xətlərinə texniki xidmətin həyata keçirilməsinə münasibətdə doldurulmur.

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status