AKTIN NÖVÜ
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
QƏBUL EDİLDİYİ TARİX
10.06.2022
QEYDİYYAT NÖMRƏSİ
MİHO/2.1-3.2-2022-4
ADI
“Binaların istilik mühafizəsi. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
21.06.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
140.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15202206100224
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
20.06.2022
Tikintidə dövlətlərarası normativ sənədlər sistemi

AZƏRBAYCAN RESPUBLİKASI

DÖVLƏT ŞƏHƏRSALMA VƏ ARXİTEKTURA KOMİTƏSİNİN

KOLLEGİYASI

 

Qərar № MİHO/2.1-3.2-2022-4

 

Bakı  şəhəri                                                                                 “10” iyun 2022-ci il

 

Binaların istilik mühafizəsi. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.9-cu maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 17-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası qərara alır:

1. “Binaların istilik mühafizəsi. Layihələndirmə normaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən texniki normativ hüquqi akt qüvvəyə mindiyi tarixdən SSRİ Dövləttikintikomun 19.12.1985-ci il tarixli 224№-li qərarı ilə təsdiq edilmiş СНиП II-3-79* “Строительная теплотехника” normativ sənədinin Azərbaycan Respublikası ərazisində hüquqi qüvvəsi dayandırılsın.

3. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq olunmuş texniki normativ hüquqi akt Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

4. Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə (G.B.Əliyeva) və Hüquq şöbəsinə (N.R.Mehtiyev) tapşırılsın ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş texniki normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

5. Bu Qərarın icrasına nəzarət Aparatın rəhbərinə (R.S.İsmayılov) həvalə edilsin.

 

Kollegiyanın sədri

Anar Quliyev

 

 

Kollegiyanın katibi

Anar Səfərov

 

 

 


 

 

Azərbaycan Respublikası

Dövlət Şəhərsalma və Arxitektura

Komitəsinin Kollegiyasının

«10» iyun 2022-ci il tarixli

MİHO/2.1-3.2-2022-4 №-li

Qərarı ilə təsdiq edilmişdir.

 

BİNALARIN İSTİLİK MÜHAFİZƏSİ.

LAYİHƏLƏNDİRMƏ NORMALARI

 

1. Tətbiq sahəsi

Bu Normaların tələbləri daxili havanın müəyyən temperaturu və nəmliyinin saxlanılması zəruri olan, sahəsi 50 m2-dən çox olan yaşayış, ictimai, istehsalat, kənd təsərrüfatı, anbar binalarının və qurğuların (bundan sonra - binalar) istilik mühafizəsinə şamil edilir.

Bu normalar aşağıda göstərilən binaların istilik mühafizəsinə şamil olunmur:

- vaxtaşırı (həftədə 3 gündən az) və ya mövsümi (ildə fasiləsiz 3 aydan az) isidilən yaşayış və ictimai binalara;

- iki isitmə mövsümündən artıq olmayaraq istismarda olan müvəqqəti binalara;

- istixanalara, parniklərə və soyuducu binalara;

- tarixi- memarlıq abidələrinə;

- yardımçı tikili və qurğulara.

Qeyd olunan binaların istilik mühafizəsinin səviyyəsi müvafiq normalarla, onlar olmadıqda isə sanitariya-gigiyena normalarına riayət edilməklə mülkiyyətçinin (sifarişçinin) qərarına əsasən müəyyən olunur.

2. Normativ istinadlar

Bu normalarda aşağıdakı normativ sənədlərə istinad edilmişdir:

СНиП(TNvəQ) 2.01.01-82

İnşaat klimatologiyası və geofizika;

МСП (DGT) 2.04-101-2001

Binaların istilik mühafizəsinin layihələndirilməsi;

ГОСТ (DÜİST) 12.1.005-88

İşçi zonanın havasına olan ümumi sanitariya-gigeyena tələbləri;

ГОСТ (DÜİST) 26602.2-99

Pəncərə və qapı blokları. Hava və sunüfuzetmənin təyini üsulları;

ГОСТ (DÜİST) 26629-85

Bina və qurğular. Qoruyucu konstruksiyaların istilikizolyasiya keyfiyyətinə teploviziya nəzarəti üsulu;

ГОСТ (DÜİST) 30494-2011

Yaşayış və ictimai binalar. Otaqlarda mikroiqlim parametrləri;

ГОСТ (DÜİST) 31166-2003

Bina və qurğuların qoruyucu konstruksiyaları. İstilikötürmə əmsalının kalorimetrik təyini üsulu;

ГОСТ (DÜİST) 31167-2009

Bina və qurğular. Qoruyucu konstruksiyalarda havanüfuzetmənin natura şəraitdə təyini üsulları;

ГОСТ (DÜİST) 31168-2003

Yaşayış binaları. İstilik təchizatı üçün istilik enerjisinin xüsusi sərfinin təyini üsulu.

 

Qeyd: mötərizədə göstərilən işarələnmələr aşağıdakı kimi oxunur.

TNvəQ-Tikinti Normaları və Qaydaları;

DQT – Dövlətlərarası Qaydalar Toplusu;

DÜİST-Dövlət Ümumittifaq Standartı (dövlətlərarası standart).

3. Əsas anlayışlar

Bu Normalarda aşağıdakı əsas anlayışlardan istifadə olunmuşdur:

binanın istilik mühafizəsi - yerləşgələrin havadəyişmələrini yol verilən həddən artıq olmayaraq nəzərə almaqla binanın təyin olunmuş səviyyədə istilik enerjisi sərfini və binanın yerləşgələrinin optimal mikroiqlim parametrlərində rütubətlənməsindən qorunmasını təmin edən, binanın bütövlükdə xarici və daxili qoruyucu konstruksiyalarının istilik mühafizəsi xüsusiyyətləri;

isitmə dövründə binanın isidilməsi üçün istilik enerjisinin xüsusi sərfi - isitmə dövrü ərzində binanın istilik itkilərinin konpensasiyası üçün tələb olunan istilik enerjisinin miqdarı;

enerji effektivliyi – məhsulun (işin, xidmətin) və ya enerjinin istehlak olunan enerjiyə nisbəti;

binanın enerji effektivliyi sinfi-istismar müddətində binanın enerji effektivliyini xarakterizə edən və istismar olunan binanın enerji istehlakının qənaətlilik səviyyəsi;

yerləşgənin mikroiqlimi-yerləşgədə havanın və qoruyucu konstruksiyaların temperatur göstəriciləri, nəmliyi və havanın hərəkətliliyi ilə xarakterizə olunan və insana təsir edən daxili mühitin vəziyyəti;

binada əlavə istiliyin ayrılması-binanın yerləşgələrinə insanlardan, şəbəkəyə qoşulmuş enerjidən istifadə edən cihazlardan, avadanlıqdan, elektrik mühərriklərindən, süni işıqlandırmadan və s., həmçinin günəş radiasiyasından daxil olan istilik;

binanın yığcamlıq göstəricisi-binanın xarici qoruyucu konstruksiyalarının daxili səthinin ümumi sahəsinin mövcud isidilən həcminə olan nisbəti;

binanın şüşələnmə əmsa-şüşələnmə sahəsinin binanın fasadının xarici qoruyucu konstruksiyalarının ümumi sahəsinə (şüşələnmə sahəsinin də daxil olmaqla) nisbətidir;

binanın isidilən həcmi - binanın xarici qoruyucu konstruksiyalarının daxili səthləri, divarlar, örtmələr (çardaq örtükləri), birinci mərtəbənin və ya isidilən zirzəmi olduqda zirzəminin döşəməsinin örtükləri ilə məhdudlaşdırılmış həcmi;

ilin soyuq dövrü - binanın növündən asılı olaraq xarici havanın 8 oC–yə bərabər və ya ondan aşağı orta sutkalıq tempraturu ilə xarakterizə olunan ilin dövrü;

ilin isti dövrü - binanın növündən asılı olaraq xarici havanın 8 oC–dən yuxarı orta sutkalıq tempraturu ilə xarakterizə olunan ilin dövrü;

binanın enerji pasportu -mövcud olan binanın, həmçinin binanın və onun qoruyucu konstruksiyalarının layihələrinin enerji, istilik texnikası və həndəsi xarakteristikalarının qeyd olunduğu sənəd.

 

4. Ümumi müddəalar

4.1. Binaların tikintisi, isitmə dövründə binaların isidilməsi və ventilyasiyası üçün istilik enerjisindən minimal istifadə yolu ilə binalarda insanların yaşaması və fəaliyyət göstərməsi üçün müəyyən olunmuş mikroiqlimin, konstruksiyaların tələb olunan etibarlılığı və uzunömürlülüyünün, texniki avadanlığın iş-iqlim şəraitinin təmin edilməsi məqsədilə binaların istilik mühafizəsi tələblərinə müvafiq həyata keçirilməlidir.

Qoruyucu konstruksiyaların uzunömürlülüyü lazımi davamlılığı olan materiallardan (şaxtayadavamlı, rütubətədavamlı, biodavamlı, korroziyaya, yüksək temperatura, dövri temperatur dəyişmələrinə və ətraf mühitin digər dağıdıcı təsirlərinə davamlı) istifadə yolu ilə, zərurət olduqda konstruksiyalarının elementlərinin xüsusi mühafizəsi nəzərdə tutulmaqla təmin edilir.

4.2. Bu normalarda aşağıda qeyd olunanlara tələblər müəyyən edilir:

- binaların qoruyucu konstruksiyalarının çevrilmiş istilikötürmə müqavimətinə;

- şaquli şüşələnmiş şəffaf konstruksiyalar istisna olmaqla, qoruyucu konstruksiyaların daxili səthində minimal temperaturun məhdudlaşdırılması və rütubətin kondensasiyasına yol verilməməsinə;

- binaların isidilməsi üçün istilik enerjisi sərfinin xüsusi göstəricisinə;

- ilin isti dövründə qoruyucu konstruksiyaların və ilin soyuq dövründə binanın yerləşgələrinin istiyədavamlılığına;

- binaların qoruyucu konstruksiyalarının havanüfuzetməsinə;

- qoruyucu konstruksiyaların nəmlikdən mühafizəsinə;

- döşəmə səthlərinin istilik mənimsəməsinə;

- layihələndirilən və mövcud binaların enerji effektivliyinin müəyyən olunmasına və yüksəldilməsinə, təsnifatlandırılmasına;

- binanın enerji pasportu da daxil olmaqla normalaşdırılan göstəricilərin nəzarətinə.

4.3. İlin soyuq dövründə binanın yerləşgələrinin rütubətlilik rejimi daxili havanın nisbi rütubətliyindən və temperaturundan asılı olaraq cədvəl 1 üzrə təyin edilməlidir.

 

Cədvəl 1

Binaların yerləşgələrinin rütubətlilik rejimi

 

Rejim

Daxili havanın rütubəti, %, °C, temperaturunda

12 – dək

12 –dən 24 - dək

24 – dən yuxarı

Quru

Normal

Rütubətli

Yaş

60 – dək

60 – dan çox 75 – dək

75 – dən yuxarı

-

50 –dək

50 – dən çox 60 – dək

60 – dan çox 75 –dək

75 – dən yuxarı

40 –dək

40 – dan çox 50 –dək

50 – dən çox 60 – dək

60 – dan yuxarı

 

4.4. Xarici qoruyucu konstruksiya materiallarının istilik texnikası göstəricilərinin seçilməsi üçün qoruyucu konstruksiyaların А və ya B tipli istismar şəraitlərini yerləşgələrin rütubətlilik rejimindən və tikinti rayonunun rütubətlilik zonasından asılı olaraq cədvəl 2 üzrə təyin etmək lazımdır. Rütubətlilik zonaları isə respublika ərazisinin rütubətlilik zonaları xəritəsinə və TNvəQ 2.01.01-ə əsasən qəbul edilməlidir.

 

Cədvəl 2

Qoruyucu konstruksiyaların istismar şəraitləri

 

Yerləşgələrin rütubətlilik rejimi (cədvəl 1 üzrə)

Rütubətlilik zonasında А və B-nin istismar şəraitləri

(əlavə 3 üzrə)

quru

normal

rütubətli

Quru

Normal

Rütubətli və ya yaş

А

А

B

А

B

B

B

B

B

 

4.5. Yaşayış və ictimai binaların enerji effektivliyi cədvəl 3-dəki təsnifata uyğun olaraq təyin edilməlidir. Layihələndirilmə mərhələsində D və Е siniflərinin təyin olunmasına yol verilmir. А, B və С sinifləri yeni tikilən və rekonstruksiya olunan binalar üçün layihələndirilmə mərhələsində təyin olunur və onlar istismar nəticələrinə görə sonradan dəqiqləşdirilir. D və Е sinifləri 2000-ci ilə qədər inşa olunmuş və istismarda olan binalar üçün təyin edilir. İstismarda olan binalar üçün siniflər DÜİST 31168 -ə uyğun olaraq isitmə dövründə enerji istehlakının ölçmələri əsasında təyin edilir.

 

Cədvəl 3

Yaşayış və ictimai binaların enerji effektivliyi sinifləri

 

Sinfin

işarəsi

Enerji effektivliyi sinfinin adı

 

Binanın isidilməsi üçün istilik enerjinin xüsusi hesabi (faktiki) sərfinin, qhdes, normalaşdırılan göstəricinin qiymətindən, qhreg, kənarlaşması, ∆qh, %

 

 

 

Yeni tikilən və rekonstruksiya olunan binalar üçün

А

Çox yüksək

- 51-dən az

B

Yüksək

- 10-dan - 50-dək

С

Normal

+ 5-dən - 9-dək

 

 

Mövcud binalar üçün

D

Aşağı

+ 6-dan +75-dək

Е

Çox aşağı

+75-dən çox

Qeyd:

qhdes və qhreg bu Normaların Əlavə 1 və 5.12 - 5.13-cü bəndləri üzrə müəyyən edilir.

∆qh = (qhdes - qhreg / qhreg) 100%

 

5. Binaların istilik mühafizəsi

5.1. Binanın istilik mühafizəsi aşağıdakı tələblərə cavab verməlidir:

a) binanın qoruyucu konstruksiyalarının çevrilmiş istilikötürmə müqaviməti normalaşdırılan qiymətlərdən az olmamalıdır;

b) binanın isidilməsi üçün istilik enerjisinin xüsusi sərfi normalaşdırılan qiymətindən çox olmamalıdır (kompleks tələblər);

c) qoruyucu konstruksiyaların daxili səthlərində temperatur minimal yol verilən qiymətlərdən az olmamalıdır.

a), b) və c) yarımbəndlərdəki tələblər birgə yerinə yetirildikdə binanın istilik mühafizəsinin tələbləri yerinə yetirilmiş hesab olunur.

5.2. Tikintisi və istismarının müxtəlif mərhələlərində binanın istilik mühafizəsi göstəricilərinin normalara uyğunluğuna nəzarət məqsədilə bu Normaların 12-ci bölməsinin göstərişlərinə əsasən binanın enerji pasportunda müvafiq qeydlər aparılmalıdır. Bununla belə, bu Normaların 5.3-cü bəndinin tələblərinə riayət edilməklə isitmə üçün istilik enerjisinin normalaşdırılan xüsusi sərfinin artırılmasına yol verilir.

 

Qoruyucu konstruksiya elementlərinin istilikötürmə müqaviməti

5.3. Qoruyucu konstruksiyaların, həmçinin pəncərə və fənərlərin (şaquli və ya 45o-dən artıq maillik bucağı ilə şüşələnmiş) çevrilmiş istilikötürmə müqaviməti, Ro, m2·°C/Vt, inşaat rayonunun dərəcə-sutkasından (Dd, °C·sut) asılı olaraq cədvəl 4 üzrə təyin edilən Rreq, m2·°C/Vt-ın normativ qiymətlərindən az qəbul edilməməlidir.

 

Cədvəl 4

Qoruyucu konstruksiyaların istilikötürmə müqavimətinin normalaşdırılan qiymətləri

 

Binalar və yerləşgələr,

“a” və “b” əmsalları

İsidilmə dövründə dərəcə-sutkalar,

Dd, °C·sut

Qoruyucu konstruksiyaların istilikötürmə müqavimətinin normalaşdırılan qiymətləri, Rreq, m2·oC/Vt

Divar-ların

Örtüklərin və keçidlərin örtmələri-nin

Çardaqların, isidilməyən döşəməaltı sahələrin və zirzəmi örtüklərinin

Pəncərələ-rin və balkon qapılarının, vitrin və vitrajların

Şaquli şüşələn-miş fənərlərin

1

2

3

4

5

6

7

1. Yaşayış, sosial xidmət, müalicə-profilaktika və məktəbəqədər təhsil müəssisələri, mehmanxanalar və yataqxanalar”

 

 

“a”

“b”

 

2000

4000

6000

 

 

 

 

 

2,1

2,8

3,5

 

3,2

4,2

5,2

 

2,8

3,7

4,6

 

0,3

0,45

0,6

 

0,3

0,35

0,4

 

-

0,00035

0,0005

0,00045

-

0,000025

-

1,4

2,2

1,9

-

0,25

2.İctimai (yuxarıda qeyd olunanlardan başqa), inzibati və məişət, istehsalat və nəm və ya yaş rejimli digər bina və yerləşgələr

 

 “a”

“b”

 

 

2000

4000

6000

 

 

 

1,8

2,4

3,0

 

2,4

3,2

4,0

 

2,0

2,7

3,4

 

0,3

0,4

0,5

 

0,3

0,35

0,4

 

-

0,0003

0,0004

0,00035

0,00005

0,000025

-

1,2

1,6

1,3

0,2

0,25

3.Quru və normal rejimli istehsalat binaları

 

 

“a”

“b”

2000

4000

6000

 

1,4

1,8

2,2

 

2,0

2,5

3,0

 

1,4

1,8

2,2

 

0,25

0,3

0,35

 

0,2

0,25

0,3

 

-

0,0002

0,00025

0,0002

0,000025

0,000025

-

1,0

1,5

1,0

0,2

0,15

Qeyd:

1. Cədvəldəkilərdən fərqlənən Dd kəmiyyətləri üçün Rreq - in qiymətlərini

Rreq = a·Dd + b                                                                            (1)

düsturu üzrə müəyyən etmək lazımdır. Burada, Dd - konkret məntəqə üçün isitmə dövrünün dərəcə-sutkasıdır, °С·sut;

“a” və “b” əmsallardır. Onların qiymətlərini cədvəlin müvafiq qrup binaları üçün (sətir 1-dəki binalar qrupu üçün 6-cı sütun istisna olmaqla) məlumatlarına əsasən qəbul etmək lazımdır. Sətir 1 sütun 6 üzrə 6000°С sut.-ya qədər interval üçün: a = 0,000075, b=0,15.

2. Balkon qapılarının bütöv hissəsinin normalaşdırılan çevrilmiş istilikötürmə müqaviməti bu konstruksiyaların işıqkeçirən hissəsinin normalaşdırılan istilikötürmə müqavimətindən ən azı 1,5 dəfə çox olmalıdır.

3. Binanın yerləşgələrini tc(text<tc<tint) temperaturlu isidilməyən məkanlardan ayıran çardaq və kürsü örtüklərinin istilikötürmə müqavimətinin normalaşdırılan qiymətlərini sütun 5-də göstərilmiş kəmiyyətləri cədvəl 6-dakı qeyd üzrə müəyyən olunan “n” əmsalına vurmaqla azaltmaq lazımdır. Bu halda, isti çardaq, isti zirzəmi, şüşələnmiş lociya və balkondakı havanın hesabi temperaturunu istilik balansının hesablanması əsasında müəyyən etmək lazımdır.

4. Konkret konstruktiv həllərlə bağlı olaraq, ayrı-ayrı hallarda pəncərə boşluqlarının və digər boşluqların doldurulmasında çevrilmiş istilikötürmə müqavimətləri cədvəldə göstərilənlərdən 5 % аşağı olan pəncərə, balkon qapıları və fənər konstruksiyalarının tətbiq edilməsinə yol verilir.

5. Sətir 1-dəki binalar qrupu üçün pilləkən qəfəsəsi və isti çardaqüstü örtüklərin, habelə keçidlərin örtüklərinin (əgər örtüklər texniki mərtəbənin döşəməsidirsə) istilikötürmə müqavimətinin normalaşdırılan qiymətlərini sətir 2-dəki binalar qrupu üçün olduğu kimi qəbul etmək lazımdır.

 

İsitmə dövrünün dərəcə-sutkaları Dd, °C·sut, aşağıdakı düsturla təyin olunur:

Dd = (tint - tht)zht                                                                     (2)

Burada, tint – binanın daxili havasının hesabi orta temperaturudur (°C) və cədvəl 4-ün 1-ci sətir binalar qrupunun qoruyucu konstruksiyaları üçün DÜİST 30494 üzrə müvafiq binaların optimal temperaturunun minimal qiymətləri üzrə (20-22°C intervalında), cədvəl 4-ün 2-ci sətir binalar qrupunun qoruyucu konstruksiyaları üçün yerləşgələrin təsnifatına və DÜİST 30494 üzrə müvafiq binaların optimal temperaturunun minimal qiymətləri üzrə (16-21°C intervalında), cədvəl 4-ün 3-cü sətir binalar qrupunun qoruyucu konstruksiyaları üçün müvafiq binaların layihələndirmə normaları üzrə qəbul edilir.

tht və zht - müvafiq olaraq xarici havanın orta temperaturu (°C) və isitmə dövrünün müddətidir (sut) və sosial xidmət, müalicə-profilaktika və məktəbəqədər təhsil müəssisələri layihələndirilərkən xarici havanın orta sutkalıq temperaturu 10 °C -dən çox olmayan və digər hallarda 8°C -dən cox olmayan dövr üçün TNvəQ 2.01.01 üzrə qəbul edilir.

5.4. Aşkar istiliyin izafiliyi 23 Vt/м3-dən yuxarı olan istehsalat binaları, mövsümü (payız və ya yaz) istismar üçün nəzərdə tutulmuş, həmçinin daxili havanın hesabi temperaturu 12°C və aşağı olan binalar üçün qoruyucu konstruksiyaların (işıqkeçirən konstruksiyalar istisna olmaqla) çevrilmiş istilikötürmə müqavimətini Rreq, m2 oC/Vt, aşağıdakı düsturla təyin olunan qiymətlərdən az olmamaqla qəbul edilməlidir:

 

Rreq = n( tint – text )/Δtn·αint                                                                                    (3)

burada, n- qoruyucu konstruksiyaların xarici səthinin xarici havaya görə vəziyyətindən asılı olan və cədvəl 6-da verilmiş əmsaldır;

tint - düstur (2)-də olduğu kimi nəzərə alınır;

text – ilin soyuq dövründə xarici havanın hesabi temperaturudur (°C) və mövsümü istifadə üçün nəzərdə tutulmuş istehsalat binaları istisna olmaqla, bütün binalar üçün 0,92 təminatla daha soyuq beşgünlüyün orta temperaturuna bərabər qəbul edilir (TNvəQ 2.01.01).

Δtn - tint daxili havanın temperaturu ilə qoruyucu konstruksiyanın daxili səthinin temperaturu τint arasındakı normalaşdırılan temperatur düşküsüdür (°С) və cədvəl 5 üzrə qəbul edilir.

αint - qoruyucu konstruksiyanın daxili səthinin istilikvermə əmsalıdır, Vt/(m2 °С) və cədvəl 7 üzrə qəbul edilir.

Mövsümü istifadə üçün nəzərdə tutulmuş istehsalat binalarında ilin soyuq dövründə xarici havanın hesabi temperaturu text (°С) qismində daha soyuq ayın minimal temperaturunu qəbul etmək lazımdır, hansı ki, TNvəQ 2.01.01 üzrə yanvar ayının orta aylıq temperaturu kimi təyin edilir və daha soyuq ayın havasının temperaturunun orta sutkalıq amplitudası qədər azaldılır.

5.5. Daxili qoruyucu konstruksiyaların normalaşdırılan istilikötürmə müqavimətinin (Rreq) müəyyən edilməsi üçün yerləşgələr arasındakı havanın hesabi temperaturların fərqi 6°C və daha çox olduqda (3) düsturunda n=1 və text əvəzinə daha soyuq yerləşgənin temperaturunu qəbul etmək lazımdır.

 

 Cədvəl 5

 

Daxili havanın temperaturu ilə qoruyucu konstruksiyaların daxili səthlərinin temperaturu arasındakı normalaşdırılan temperatur düşküsü

 

Bina və yerləşgələr

Normalaşdırılan temperatur düşküsü, Δtn, °С

Xarici divarlar üçün

Örtmələr və çardaq örtükləri üçün

Keçid, zirzəmi və döşəməaltı sahələrin örtükləri üçün

Zenit fənərləri üçün

1. Yaşayış, sosial xidmət, müalicə-profilaktika, məktəbəqədər təhsil və ümumi təhsil müəssisələri

 

4,0

 

3,0

 

2,0

 

tint td

2. İctimai (1-ci sətirdə verilmiş binalar istisna olmaqla), inzibati və məişət( nəm və ya yaş rejimli yerləşgələr istisna olmaqla)

 

4,5

 

4,0

 

2,5

 

tint td

3. Quru və normal rejimli istehsalat binaları

tint td ,

lakin 7-dən cox olmamaqla

0,8 (tint td),

lakin 6-dan çox olmamaqla

2,5

tint td

4. Nəm və ya yaş rejimli istehsalat və digər yerləşgələr

 

tint td

 

0,8 (tint td)

 

2,5

 

normalaşdırılmır

5. Aşkar izafi istilikli (23 Vt/м3-dan çox) və daxili havanın nisbi rütubəti 50 %-dən yuxarı olmayan istehsalat binaları

 

12

 

12

 

2,5

 

tint td

İşarələr: tint - düstur (2) - də olduğu kimi;

td - “şeh nöqtəsi” temperaturu, °С, tint hesabi temperaturunda və daxili havanın nisbi rütubətliyində bu Normaların 5.9 və 5.10-cu bəndlərinə, DÜİST 12.1.005-ə və müvafiq binaların layihələndirilməsi normalarına əsasən qəbul edilir.

Qeyd. Kartof və tərəvəz saxlanılan binaların daxili divarların, örtüklərin və çardaq örtüklərinin normalaşdırılan temperatur düşküsü (Δtn) bu binalar üçün nəzərdə tutulmuş normativ sənədlər üzrə qəbul edilməlidir.

5.6. Xarici divarların çevrilmiş istilikötürmə müqaviməti Ro, m2 °C/Vt, binanın fasadı ya da bir aralıq mərtəbə üçün boşluqların yamacları nəzərə alınmaqla (onların doldurulması istisna olmaqla) hesablanmalıdır.

Qruntla təmasda olan qoruyucu konstruksiyaların çevrilmiş istilikötürmə müqaviməti istilik təchizatı və ventilyasiyaya dair normativ sənədlər əsasında təyin edilməlidir.

İşıqkeçirən konstruksiyaların (pəncərələr, balkon qapıları, fənərlər) çevrilmiş istilikötürmə müqaviməti sertifikasiya sınaqları əsasında qəbul edilir; sertifikasiya sınaqları olmadıqda DQT 2.04-101 üzrə qəbul edilir.

Ventilyasiya olunan hava araqatlı qoruyucu konstruksiyaların çevrilmiş istilikötürmə müqaviməti DQT 2.04-101 üzrə hesablama yolu ilə təyin edilir.

5.7. Giriş qapılarının və birinci mərtəbələrdəki mənzillərin qapılarının (tambursuz) və darvazaların, habelə isidilməyən pilləkən qəfəsəli mənzillərin qapılarının çevrilmiş istilikötürmə müqaviməti (Ro, m2 ·°C/Vt) 0,6 Rreq hasilindən (0,8 Rreq hasili - birmənzilli evlərin qapıları üçündür) az olmamalıdır. Burada, Rreq (3) düsturu ilə təyin olunan, divarların çevrilmiş istilikötürmə müqavimətidir: isidilən pilləkən qəfəsəlibinaların 1-ci mərtəbəsindən yuxarı mərtəbələrdəki mənzillərin qapıları üçün - ən azı 0,55 m2·°C/Vt olmalıdır.

Qoruyucu konstruksiyaların daxili səthində temperaturun və rütubət kondensatının məhdudlaşdırılması

5.8. Daxili havanın temperaturu ilə qoruyucu konstruksiyaların daxili səthinin temperaturu arasındakı temperatur düşküsü Δto, °С, cədvəl 5 üzrə təyin olunan normalaşdırılan qiymətlərindən (Δtn, °С) artıq olmamalıdır və aşağıdakı düsturla müəyyən edilir:

Δto = n( tint – text )/Ro·αint                                                        (4)

Burada, n - düstur (3) - də olduğu kimidir;

tint - düstur (2) - də olduğu kimidir;

text - düstur (3) - də olduğu kimidir

Ro - qoruyucu konstruksiyaların çevrilmiş istilikötürmə müqavimətidir, m2 °C/Vt;

αint - qoruyucu konstruksiyaların daxili səthinin cədvəl 7 üzrə qəbul edilən istilikvermə əmsalıdır, Vt/(m2·°С).

5.9. Qoruyucu konstruksiyaların daxili səthinin temperaturu (işıqkeçirən şaquli konstruksiyalar istisna olmaqla) istilikkeçirici əlavələr (diafraqmalar, məhluldan ikitərəfli tikişlər, panellərin çalaqları, qabırğalar, çoxlaylı panellərdə elastik rabitələr, yüngülləşdirilmiş hörgünün sərt rabitələri və s.) zonasında, künclərdə və pəncərə yamaclarında, həmçinin zenit fənərlərində ilin soyuq dövründə xarici havanın hesabi temperaturunda daxili havanın “şeh nöqtəsi” temperaturundan aşağı olmamalıdır.

Qeyd.

Qoruyucu konstruksiyaların istilikkeçirici əlavələr olan yerlərində, künclərdə və pəncərə yamaclarında, həmçinin zenit fənərlərində “şeh nöqtəsi” temperaturunun müəyyən edilməsi üçün daxili havanın nisbi rütubətini aşağıdakı kimi qəbul etmək lazımdır:

- yaşayış binalarının, tibb müəssisələrinin, doğum evlərinin, sosial xidmət və məktəbəqədər təhsil müəssisələrinin yerləşgələri üçün-55%, mətbəxlər üçün-60%, vanna otaqları üçün-65%, isti zirzəmilər və kommunikasiyaları olan döşəməaltı sahələr üçün-75%;

- yaşayiş binalarının isti çardaqları üçün-55%;

- ictimai binaların (yuxarıda qeyd olunanlardan başqa) yerləşgələri üçün -50%;

 

 Cədvəl 6

Qoruyucu konstruksiyaların vəziyyətinin xarici havaya nəzərən asılılığını nəzərə alan əmsal

 

Qoruyucu konstruksiyalar

Əmsal, n

1.Xarici divarlar və örtüklər (o cümlədən xarici hava ilə ventilyasiya olunan), zenit fənərləri, çardaq (ədədlə olan materiallardan hazırlanmış damörtüyü) və keçidüstü örtüklər;

1

2. Xarici hava ilə təmasda olan soyuq zirzəmilərüstü örtüklər; çardaq örtükləri (rulon materiallardan olan damörtüyü);

0,9

3. Divarlarında işıq boşluqları olan isidilməyən zirzəmilərin üstündəki örtüklər

0,75

4. Yer səviyyəsindən yuxarıda yerləşmiş, divarlarında işıq boşluqları olmayan, isidilməyən zirzəmilərin üstündəki örtüklər

0,6

5. Yer səviyyəsindən aşağıda yerləşən, isidilməyən texniki döşəməaltı sahələrin örtükləri

0,4

Qeyd. Havanın temperaturu (tc) text - dən çox, tint - dən az  olan isti çardaq örtükləri və zirzəmilərüstü örtüklər üçün “n” əmsalı

n = ( tint - tc )/( tint - text )                                                              (5)

düsturu ilə müəyyən edilir.

 

         Cədvəl 7

Qoruyucu konstruksiyanın daxili səthinin istilikvermə əmsalı

 

Qoruyucu konstruksiyanın daxili səthi

İstilikvermə əmsalı, αint ,

Vt/(m2·°C)

1. Divarların, hamar tavanların, qabarıq qabırğalı tavanların qabırğaların hündürlüyünün (h) qonşu qabırğaların üzləri arasındakı məsafəyə (a) nisbəti h/α ≤ 0,3 olduqda

 

8,7

2. Qabarıq qabırğalı tavanların, h/α > 0,3olduqda

7,6

3. Pəncərələrin

8,0

4. Zenit fənərlərinin

9,9

Qeyd. Heyvandarlıq və quşçuluq təsərrüfatı binalarının qoruyucu konstruksiyalarının daxili səthinin αint - istilikvermə əmsalı qüvvədə olan normativ sənədlərin tələblərinə müvafiq qəbul edilir.

 

5.10. Binaların (istehsalat binaları istisna olmaqla) pəncərələrinin şüşələnməsinin konstruktiv elementlərinin daxili səthinin minimal temperaturu müsbət 3 °C-dən aşağı olmamalıdır, pəncərələrin işıqkeçirməyən elementləri üçün isə - ilin soyuq dövründə xarici havanın hesabi temperaturunda “şeh nöqtəsi” temperaturundan aşağı olmamalıdır, istehsalat binaları üçün - 0 °C-dən aşağı olmamalıdır. Qoruyucu konstruksiyaların daxili səthlərinin temperaturu termotexnik bircincli olmayan bütün zonaların temperatur sahələrinin hesabatının nəticələrinə və ya akkreditasiya olunmuş laboratoriyalarda klimatik kameralarda sınaqların nəticələrinə görə yoxlanılır.

5.11. Yaşayış binalarında fasadın şüşələnmə əmsalı, f, 18%-dən (ictimai binalar üçün-25%-dən) artıq olmamalıdır, əgər pəncərələrin (mansarda pəncərələri istisna olmaqla) çevrilmiş istilikötürmə müqaviməti:

- 3500 və daha aşağı dərəcə-sutkalarda 0,51 m2·°C/Vt - dan az;

- 3500-dən 5200 - ə qədər dərəcə-sutkalarda 0,56 m2·°C/Vt-dan az olarsa.

Fasadın şüşələnmə əmsalı (f) təyin edilərkən qoruyucu konstruksiyaların ümumi sahəsinə bütün uzununa və köndələn divarlar daxil edilir. Zenit fənərlərin işıq boşluqlarının sahəsi işıqlandırılan yerləşgələrin döşəmə sahəsinin 15%-dən (mansard pəncərələri üçün 10%-dən) artıq olmamalıdır.

Binanın isidilməsi üçün istilik enerjisinin xüsusi sərfi

5.12. Binanın isidilməsi üçün əlavə 1 üzrə müəyyən edilən istilik enerjisinin xüsusi (mənzillərin və ya yerləşgələrin faydalı sahəsinin döşəməsinin isidilən sahəsinin 1m2 - nə [isidilən həcmin 1m3 - nə ]) sərfi qhdes, kC/m2·°C sut və ya kC/m3·°C·sut, normalaşdırılan qiymətinə qhreq - ə (kC/m2·°C·sut və ya kC/m3·°C·sut) bərabər və ya ondan aşağı olmalıdır və

qhreq ≥ qhdes                                                                    (6)

şərti təmin edilənədək binanın qoruyucu konstruksiyalarının istilikmühafizə xüsusiyyətlərinin, həmçinin həcm-planlaşdırma həllərinin, binanın cəhətlənməsinin və tipinin, istifadə olunan istilik sisteminin tənzimləmə metodları və effektivliyinin seçilməsi yolu ilə müəyyən olunur.

Burada,  qhreq - binanın isidilməsi üçün istilik enerjiinin normalaşdırılan xüsisi sərfidir, (kC/m2·°C·sut və ya kC/m3·°C·sut), yaşayış və ictimai binaların müxtəlif tipləri üçün aşağıdakı kimi müəyyən olunur:

a)   mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinə qoşulduqda cədvəl 8 və ya cədvəl 9 üzrə;

b)   binalarda mənzil tipli və fərdi (damda, binanın daxilində və ya binaya bitişik yerləşdirilən) istilik təchizatı sistemləri və ya stasionar elektrik istilik təchizatı qurulduqda cədvəl 8 və ya cədvəl 9 üzrə qəbul edilən kəmiyyətlərin

ε = εdec/εodes                                                                   (7)

7-ci düsturla hesablanan ε- əmsalına vurulmaqla.

Burada, εdec εodes- müvafiq olaraq mənzil tipli və fərdi istilik təchizatı sistemləri və ya stasionar elektrik istilik probel təchizatı və mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin enerji effektivliyinin hesabi əmsallarıdır və isitmə dövründə layihə məlumatları üzrə orta hesabla qəbul edilir.

 

 Cədvəl 8

 

Birmənzilli ayrıca yerləşmiş və bloklaşdırılmış yaşayış binalarının isidilməsi üçün istilik enerjisinin normalaşdırılan xüsusi sərfi qhreq, (kC/m2·°C sut)

 

Binaların isidilən sahəsi, m2

Mərtəbələrin sayı

1

2

3

4

60 və az

100

150

250

400

600

1000 və yuxarı

140

125

110

100

-

-

-

-

135

120

105

90

80

70

-

-

130

110

95

85

75

-

-

-

115

100

90

80

Qeyd. Evin isidilən sahəsinin aralıq qiymətləri 60-1000 m2 intervalında olduqda qhreq qiymətləri xətti interpolyasiya üzrə müəyyən olunmalıdır

5.13. Binaların qoruyucu konstruksiyalarının istilikmühafizəsi xüsusiyyətlərinin ilkin qiymətləri qismində istilik enerjisinin xüsusi sərfi göstəricisinə görə hesablamada xarici qoruyucu konstruksiyaların ayrı-ayrı elementlərinin istilikötürmə müqavimətinin normalaşdırılmış qiymətləri Rreq, m2·°C/Vt, cədvəl 4-ə əsasən verilməlidir. Sonra əlavə 1-də verilmiş metodika ilə hesablanan isitmə üçün istilik enerjisinin xüsusi sərfinin (qhdes) qiymətinin normalaşdırılan qiymətə (qhreq) uyğunluğu yoxlanılır. Əgər yoxlama nəticəsində binanın isidilməsi üçün istilik enerjisinin xüsusi sərfi normativ qiymətindən az olarsa, onda binanın qoruyucu konstruksiyalarının ayrı-ayrı elementlərinin (şəffav elementlərinin cədvəl 4-ün 4-cü qeydinə uyğun) istilikötürmə müqavimətinin (Rreq) cədvəl 4-də verilmiş normalara nisbətən azaldılmasına yol verilir, lakin cədvəl 4 - ün 1-ci və 2-ci sətirlərində göstərilmiş binalar qrupunun divarları üçün düstur (8) və düstur (9) üzrə digər konstruksiyalar üçün müəyyən edilən minimal qiymətlərindən (Rmin) az olmamalıdır:

Rmin = Rreq 0,63                                                                     (8)

Rmin = Rreq 0,8                                                                       (9)

 

Cədvəl 9

Binaların isidilməsi üçün istilik enerjisinin normalaşdırılan xüsusi sərfi qh req,

kC/(m2·°С·sut) və ya [kC/(m3·°С·sut)]

Binaların tipləri

Mərtəbələrin sayı

1-3

4, 5

6, 7

8, 9

10, 11

12 və yuxarı

1. Yaşayış binaları, mehmanxanalar, yataqxanalar

cədvəl 8 üzrə

85

[3]

birmənzilli və bloklaşdırılmış

4 mərtəbəli binalar üçün cədvəl 8 üzrə

80

[29]

 

76

[27,5]

 

72

[26]

 

70

[25]

 

2. İctimai, cədvəlin

 3, 4 və 5-ci sətirlərində göstərilmiş binalardan başqa

[42], [38], [36]

mərtəbə sayının artmasına uyğun

[32]

 

[31]

 

[29,5]

 

[28]

 

-

 

3. Tibb müəssisələri, internat evləri

[34], [33], [32]

mərtəbə sayının artmasına uyğun

[31]

 

[30]

 

[29]

 

[28]

 

-

4.Məktəbəqədər təhsil müəssisələrİ

[45]

 

-

-

-

-

-

5.Servis xidmətləri, texnoparklar, anbarlar

[23], [22], [21]

mərtəbə sayının artmasına uyğun

[20]

 

[20]

 

-

-

-

6.İnzibati təyinatlı binalar (ofislər)

[36], [34], [33]

mərtəbə sayının artmasına uyğun

[27]

 

[24]

 

[22]

 

[20]

 

[20]

 

5.14.Yaşayış binalarının yığcamlıq göstəricisi kedes, aşağıdakı normalaşdırılan qiymətlərdən artıq olmamalıdır:

0,25 - 16 və daha cox mərtəbəli binalar üçün;

0,29 - 10 mərtəbədən 15 mətəbəyə qədər olan (daxil olmaqla) binalar üçün;

0,32 - 6 mərtəbədən 9 mətəbəyə qədər olan (daxil olmaqla) binalar üçün;

0,36 - 5 mərtəbəli binalar üçün;

0,43 - 4 mərtəbəli binalar üçün;

0,54 - 3 mərtəbəli binalar üçün;

0,61; 0,54; 0,46 - müvafiq olaraq iki, üç və dörd mərtəbəli bloklaşdırılmış və seksiyalı binalar üçün;

0,9 - bir və iki mərtəbəli mansardlı binalar üçün;

1,1- birmərtəbəli binalar üçün.

5.15. Yaşayış binalarının yığcamlıq göstəricisi, kedes aşağıdakı düsturla müəyyən edilir:   

kedes = Aesum/Vh                                                                               (10)

burada, Aesum - binanın xarici qoruyucu konstruksiyalarının daxili səthlərinin ümumi sahəsidir (yuxarı mərtəbənin örtüyü (mərtəbəarası örtüyü) və isidilən aşağı yerləşgənin döşəməsinin örtüyü daxil olmaqla), m2;

Vh - binanın xarici qoruyucu konstruksiyaların daxili səthləri ilə məhdudlaşdırılmış həcmə bərabər qəbul edilən, binanın isidilən həcmi, m3.  

6. Mövcud binaların enerji effektivliyinin yüksəldilməsi

6.1. Mövcud binaların enerji effektivliyinin yüksəldilməsini həmin binaların rekonstruksiyası, modernləşdirilməsi və əsaslı təmiri vaxtı həyata keçirmək lazımdır. Binaların qismən rekonstruksiyasında (o cümlədən binanın qabaritləri dəyişdirildikdə) bu normaların tələblərinin binanın yalnız dəyişdirilən hissəsinə aid edilməsinə yol verilir.

6.2. İşıqkeçirən konstruksiyalar daha effektiv konstruksiyalarla əvəz edildikdə tələb olunan havanüfuzetmənin təmin edilməsi üçün bu Normaların 8-ci bölməsinə uyğun olaraq əlavə tədbirlər nəzərdə tutulmalıdır.

7. Qoruyucu konstruksiyaların istiyədavamlılığı

İlin isti dövründə

7.1. İyul ayında orta aylıq temperatur 21°C və yuxarı olan rayonlarda yaşayış, tibb müəssisəsi, doğum evi, sosial xidmət, müalicə-profilaktika və məktəbəqədər təhsil müəssisələri binalarının, həmçinin istehsalat binalarının (hansılarda ki, ilin isti dövründə iş zonasında temperaturun və havanın nisbi rütubətinin optimal parametrlərinə riayət olunması və ya texnologi şərtlərə əsasən temperaturun və ya temperaturun və havanın nisbi rütubətininin sabit saxlanması zəruridir) qoruyucu konstruksiyalarının (xarici divarlar və örtüklər) daxili səthlərinin temperatur dəyişməsinin hesabi amplitudası Atdes, °C, qoruyucu konstruksuyaların daxili səthlərin temperatur dəyişməsinin aşağıdakı düsturla müəyyən olunan normalaşdırılan amplitudasından Atreq, °C, artıq olmamalıdır:

 

Atreq = 2,5 - 0,1(text – 21)                                                             (11)

burada, text - iyul ayında xarici havanın orta aylıq temperaturudur, °C, TNvəQ 2.01.01 üzrə qəbul edilir.

Qoruyucu konstruksuyalarının daxili səthlərin temperatur dəyişməsinin hesabi amplitudası, Atdes DQT 2.04-101 üzrə təyin edilir.

7.2. Bu Normaların 7.1-ci bəndində göstərilən binaların pəncərə və fənərləri üçün günəşdənqorunma qurğuları nəzərdə tutulmalıdır. Günəşdənqorunma qurğuların istilikkeçirmə əmsalı βsdes cədvəl 10 üzrə təyin olunan βsreq normalaşdırılan qiymətindən artıq olmamalıdır. Günəşdənqorunma qurğuların istilikkeşirmə əmsalları DQT 2.04-101 üzrə təyin edilir.

 

Cədvəl 10

Günəşdənqorunma qurğusunun istilikkeçirmə əmsalının normalaşdırılan qiymətləri

 

                                          

                                                  Binalar

Günəşdəndənqorunma qurğusunun istilikkeçirmə əmsalı,  βsreq

1.Yaşayış binaları, tibb müəssisələri (xəstəxanalar, klinikalar, stasionarlar və hospitallar), dispanserlər, ambulator - poliklinika müəssisələri, doğum evləri, uşaq evləri, sosial xidmət və məktəbəqədər təhsil müəssisələri

 

 

                   0,2

2 İstehsalat binaları, hansılarda kı, ilin isti dövründə iş zonasında temperaturun və havanın nisbi nəmliyinin optimal parametrlərinə riayət etmək, yaxud texnologiya şərtlərinə əsasən  temperaturu və ya temperaturu və havanın nisbi nəmliyini sabit saxlamaq lazımdır

                  

                    0,4

İlin soyuq dövründə

7.3. İlin soyuq dövründə yaşayış binalarının, habelə ictimai binaların (xəstəxanalar, poliklinikalar, uşaq bağçaları və məktəblər) otaqlarının yekunlaşdırıcı temperatur dəyişməsinin hesabi amplitudası Atdes, °C sutka ərzində onun normalaşdırılan qiymətindən At req, °C:

- mərkəzləşdirilmiş istilik təchizatı və fasiləsiz qalanan sobalar halında - 1,5°C;

- stasionar elektrik-istilikakkumulyasiya isidilməsi halında - 2,5°C;

- vaxtaşırı qalanan soba ilə isitmə halında - 3°C -dən artıq olmamalıdır:

Binada daxili havanın temperaturunu avtomatik tənzimləyən istilik təchizatı olduqda ilin soyuq dövründə yerləşgələrin istiyədavamlılığı normalaşdırılmır.

7.4. İlin soyuq dövründə otaqlarının yekunlaşdırıcı temperatur dəyişməsinin hesabi amplitudası At des, °C istilik mühafizəsinə dair müvafiq nomativ sənədlərdən müəyyən edilir.

8. Yerləşgələrin və qoruyucu konstruksiyaların havanüfuzetmə qabiliyyəti

8.1. Bina və qurğuların işıqkeçirən boşluqlarının (pəncərələr, balkon qapıları və fənərlər) doldurulması istisna olmaqla, qoruyucu konstruksiyaların havanüfuzetmə müqaviməti Rinfdes, aşağıdakı düsturla müəyyən olunan normalaşdırılan havanüfuzetmə müqaviməti Rinfreq - dən az olmamalıdır:

Rinfreq = Δp/Gn, (m2·st·Pa/kq )                                                 (12)

burada, Δp - qoruyucu konstruksiyaların xarici və daxili səthlərində hava təzyiqlərinin fərqidir, Pa, bu Normaların 8.2-ci bəndi üzrə təyin olunur.

Gn - qoruyucu konstruksiyaların normalaşdırılan havanüfuzetməsidir, kq/(m2st), bu Normaların 8.3-cü bəndi üzrə qəbul olunur.

8.2. Qoruyucu konstruksiyaların xarici və daxili səthlərində hava təzyiqlər fərqini Δp, Pa, aşağıdakı düsturla müəyyən edilir:

Δp = 0,55 H(γext – γint) + 0,03 γext·ν2                                             (13)

burada, H - binanın hündürlüyüdür (birinci mərtəbənin döşəmə səviyyəsindən sorucu şaxtanın üst hissəsinədək), m;

 γext , γint - müvafiq olaraq xarici və daxili havanın xüsusi çəkisidir, N/m3, və aşağıdakı düsturla müəyyən olunur:

γ = 3463/(273 + t),                                                                     (14)

t - havanın temperaturudur: daxili hava üçün (γint - ni müəyyən etmək üçün) - DÜİST 12.1.005, DÜİST 30494 üzrə optimal parametrlərə əsasən qəbul edilir; xarici hava üçün ext - ni müəyyən etmək üçün) - 0,92 təminatla daha soyuq beşgünlüyün orta temperaturuna bərabər qəbul edilir (TNvəQ 2.01.01).

v - yanvar ayı ərzində küləyin rumblar üzrə təkrarlığı 16% və yuxarı olan orta surətlərdən maksimal olanıdır, TNvəQ 2.01.01 üzrə qəbul edilir.

8.3. Qoruyucu konstruksiyaların normalaşdırılan havanüfuzetməsi Gn, kq/(m2 st), cədvəl 11 üzrə qəbul edilir.

8.4. Yaşayış və ictimai binaların pəncərələrinin və balkon qapılarının, həmçinin istehsalat binalarının pəncərə və fənərlərinin havanüfuzetmə müqaviməti Rinfdes, düstur (15) üzrə təyin olunan normalaşdırılan havanüfuzetmə müqaviməti Rinfreq - dən az olmamalıdır:

Rinfreq = (1/Gn )( Δp/Δpο) 2/3                                                  (15)

burada, Gn - düstur (12) - də olduğu kimidir;                  

Δp - düstur (13) - də olduğu kimidir;

Δpο = 10 Pa - işıqkeçirən qoruyucu konstruksiyaların xarici və daxili səthlərində hava təzyiqlərinin fərqidir, hansında ki, havanüfuzetmə müqaviməti, Rinfdes müəyyən edilir.

8.5. Çoxlaylı qoruyucu konstruksiyaların havanüfuzetmə müqaviməti, Rinfdes ayrı-ayrı layların havanüfuzetmə müqavimətlərinin cəmi kimi DQT 2.04-101 üzrə təyin edilir.

8.6. Yaşayış və ictimai binalarda pəncərə blokları və balkon qapıları DÜİST 26602.2 üzrə onların havanüfuzetmə təsnifatına əsasən seçilməlidir: 3 mərtəbə və daha çox mərtəbəli binalarda - B sinfindən aşağı olmayaraq; iki və daha az mərtəbəli binalarda В - D sinifləri çərçivəsində.

 

Cədvəl 11

Qoruyucu konstruksiyaların normalaşdırılan havanüfuzetmə qabiliyyəti

 Qoruyucu konstruksiyalar

Havanüfuzetmə Gn,kq/(m2∙st), çox olmayaraq

1. Yaşayış, ictimai, inzibati və məişət binalarının və yerləşgələrinin xarici divarları və örtükləri

0,5

 

2. İstehsalat binalarının və yerləşgələrinin xarici divarları və örtükləri

1,0

3. Xarici divarların panelləri arasındakı calaqlar:

a) yaşayış binalarının

b) istehsalat binalarının

 

0,5*

1,0*

4. Mənzillərin giriş qapıları

1,5

5. Yaşayış, ictimai və məişət binalarının giriş qapıları

7,0

6. Yaşayış, ictimai və məişət binalarının və yerləşgələrin taxta çərçivədə pəncərələri və balkon qapıları; havası kondisiyalaşdırılmış istehsalat binalarının pəncərələri və fənərləri

6,0

 

7. Yaşayış, ictimai və məişət binalarının və yerləşgələrin plastik və alüminium çərçivədə pəncərələri və balkon qapıları

5,0

 

8.İstehsalat binalarının pəncərələri, qapıları və darvazaları

8,0

9.İstehsalat binalarının fənərləri

10,0

* kq/(m∙st)-la

8.7. Yaşayış binalarının mənzillərinin və ictimai binaların yerləşgələrinin (vurucu-sorucu ventilyasiya dəliklərinin bağlı halında) orta havanüfuzetmə qabiliyyəti sınaqlar dövründə daxili və xarici havanın təzyiqlər fərqi 50 Pa olduqda:

- təbii n50 ≤ 4 st-1;

- mexaniki n50 ≤ 2 st-1 ventilyasiyada n50, st-1 havadəyişmə mislini təmin etməlidir.

Təzyiqlər fərqi 50 Pa olan binaların və yerləşgələrin havadəyişmə misli və onların orta havanüfuzetmə qabiliyyəti DÜİST 31167 üzrə müəyyən edilir.

9. Qoruyucu konstruksiyaların nəmlənmədən mühafizəsi

9.1. Qoruyucu konstruksiyaların buxarkeçirmə müqaviməti Rvp, m2stPa/mq, (daxili səthdən kondensasiya mümkün olan səthə qədər həddə) aşağıda göstərilən normalaşdırılan buxarkeçirmə müqavimətlərinin ən böyüyündən az olmamalıdır:

a) aşağıdakı düstur ilə müəyyən olunan normalaşdırılan buxarkeçirmə müqaviməti Rvp1req, m2·st·Pa/mq, (il ərzində istismar dövründə qoruyucu konstruksiyalarda nəmliyin yaranmasına yol verilməməsi şərti ilə)

Rvp1req = (eint –E)·Rvpe /(E- eext)                                                (16)

b) aşağıdakı düstur ilə müəyyən olunan normalaşdırılan buxarkeçirmə müqaviməti Rvp2req, m2·st·Pa/mq, (xarici havanın mənfi ortaaylıq temperaturu dövründə qoruyucu konstruksiyalarda nəmliyin məhdudlaşdırılması şərti ilə)

Rvp2req = 0,0024z0(eint-E0)/(ρw·δw·Δwαν + η)                            (17)

burada, eint - daxili havanın su buxarının parsial təzyiqidir, Pa, (bu havanın hesabi temperaturunda və nisbi nəmliyində) və aşağıdakı kimi müəyyən edilir:

eint = (int/100)·Eint                                                                  (18)

burada, Eint - doymuş su buxarın parsial təzyiqidir, Pa, tint temperaturunda DQT 2.04-101 üzrə qəbul olunur;  

int - daxili havanın nisbi nəmliyidir, %, müxtəlif binalar üçün bu Normaların 5.9-cu bəndinin qeydinə uyğun olaraq qəbul olunur;

Rvpe - qoruyucu konstruksiyaların xarici səthi ilə kondensasiya mümkün olan müstəvisi arasında yerləşən konstruksiya hissəsinin buxarkeçirməyə müqavimətdir, m2·st·Pa/mq, DQT 2.04-101 üzrə qəbul olunur.

eext - il ərzində xarici havanın su buxarının orta parsial təzyiqidir (TNvəQ 2.01.01);

z0 - xarici havanın mənfi ortaaylıq dövrünə bərabər qəbul edilən müddətdir, sutka (TNvəQ 2.01.01);

E0 - bu bəndin qeydlərinin göstərişlərinə əsasən ayların mənfi ortaaylıq temperaturları olan dövrünün xarici havanın orta temperaturunda müəyyən edilən, mümkün kondensasiya müstəvisində su buxarının parsial təzyiqidir, Pa;

ρw - nəmlənən layın materialının sıxlığıdır, kq/m3, DQT 2.04-101 üzrə ρ0 - a bərabər qəbul edilir;

δw - qoruyucu konstruksiyanın nəmlənən layın qalınlığıdır, m, bircinsli (birlaylı) divarın qalınlığının 2/3-ə və ya çoxlaylı qoruyucu konstruksiyanın istilikizolyasiya qatının qalınlığına bərabər qəbul edilir;

Δwαν - cədvəl 12 üzrə qəbul edilən, nəmlənən layın materialında, z0 nəmlik toplanma dövri ərzində, nəmliyin yol verilən artım həddi, kütləyə görə %.

 

Cədvəl 12

Materialda nəmliyin artımının yolverilən həddi Δwαν

Qoruyucu konstruksiyanın materialı

Materialda nəmliyin yol verilən artım həddi

Δwαν , % kütləyə görə

1.Gil kərpic və keramik bloklardan hörgü

2.Silikat kərpiclərdən hörgü

3.Məsaməli doldurucular əsasında yüngül betonlar (keramzitbeton, şunqizitbeton, perlitbeton, şlakopemzobeton)

4. Məsaməli betonlar (qazlı beton, köpüklü beton və s.)

5. Köpükqazşüşə

6. Sement fibrolit və arbolit

7. Mineral tava və ayaqaltılar

8. Penopolistirol və penopoliuretan

9. Fenol-rezol penoplastı

10. Keramzit, şunqizit, posadan olan istilikizolyasiya tökmələri

11. Ağır beton, sement-qum məhlulları

1,5

2,0

5

 

6

1,5

7,5

3

25

50

3

2

 E - illik istismar dövrü ərzində kondensasiya mümkün olan müstəvidə su buxarının parsial təzyiqidir, Pa, aşağıdakı düsturla müəyyən edilir

E = (E1·z1 + E2·z2 + E3·z3)/12                                                  (19)

burada, E1, E2, E3 - bu bəndin qeydlərinin göstərişləri əsasında müəyyən edilən müvafiq olaraq qış, yaz-payız və yay dövrlərində xarici havanın orta temperaturunda təyin edilən kondensasiya mümkün olan müstəvidəki temperatura görə qəbul olunan su buxarının parsial təzyiqidir, Pa.

z1, z2 , z3 - aşağıdakı şərtlər nəzərə alınmaqla ilin qış, yaz-payız və yay dövrü aylarının davametmə müddəti (ay), TNvəQ 2.01.01 üzrə təyin edilir:

a) qış dövrünə xarici havanın orta temperaturu mənfi 5°C-dən aşağı olan aylar aid edilir;

b) yaz-payız dövrünə xarici havanın orta temperaturu mənfi 5°C-dən müsbət 5°C-ə qədər olan aylar aid edilir;

c) yay dövrünə xarici havanın orta temperaturu 5°C-dən yuxarı olan aylar aid edilir;

η - aşağıdakı düsturla müəyyən edilən əmsaldır:

η = 0,0024(Eoeoext) zo / Rvpe                                            (20)

burada, eoext - mənfi ortaaylıq temperaturlu aylar dövründə xarici havanın su buxarının orta parsial təzyiqidir Pa, DQT 2.04-101 üzrə təyin edilir.

Qeyd:

1. Aqresiv mühitli yerləşgələrin qoruyucu konstruksiyaları üçün su buxarının parsial təzyiqi E1, E2, E3 və E0 aqresiv mühit nəzərə alınmaqla qəbul edilməlidir.

2. Yay dövrü üçün E3 parsial təzyiqi müəyyən edilərkən münkün kondensasiya müstəvisində temperaturu bütün hallarda yay dövründə xarici havanın orta temperaturundan aşağı olmayaraq, daxili havanın su buxarının parsial təzyiqi eint , həmin dövr üçün xarici havanın su buxarının orta parsial təzyiqindən aşağı olmayaraq qəbul edilməlidir.

3. Bircinsli (birlaylı) qoruyucu konstruksiyada mümkün kondensasiya müstəvisi konstruksiyanın daxili səthindən onun qalınlığının 2/3-nə bərabər məsafədə yerləşir, çoxlaylı konstruksiyada isə isidici qatın xarici səthi ilə üst-üstə düşür.

9.2. Eni 24 m-ə qədər yamaclı dam örtükləri olan binalarda çardaq örtüyünün və ya daxili örtük səthi ilə hava qatı arasında yerləşən ventilyasiya olunan örtüyün konstruksiya hissəsinin buxarkeçirməyə müqaviməti Rvp, m2·st·Pa/mq, aşağıdakı düstur ilə müəyyən edilən normalaşdırılan buxarkeçirməyə müqavimətdən Rvpreq, m2·st·Pa/mq, az olmamalıdır:

Rvpreq = 0,0012(eint - e0ext)                                             (21)

burada, eint, e0ext - (16) və (20) - ci düsturlarda olduğu kimidir.

9.3. Aşağıda qeyd olunan qoruyucu konstruksiyaların buxarkeçirmə üzrə bu Normaların yerinə yetirilməsinə yoxlamaq tələb olunmur:

a) quru və normal rejimli yerləşgələrin bircinsli (birlaylı) xarici divarları;

b) quru və normal rejimli yerləşgələrin ikilaylı xarici divarları, əgər divarın daxili layının buxarkeçirməyə müqaviməti 1,6 m2·st·Pa/mq - dan artıqdırsa.

9.4. Nəm və ya yaş rejimli binaların örtüklərində istilikizolyasiya qatının (isidicinin) yaş olmaqdan mühafizəsi üçün buxarizolyasiya qatı istilikizolyasiya qatından aşağıda nəzərdə tutulmalıdır.

10. Döşəmə səthlərinin istilik mənimsəməsi

10.1. Yaşayış və ictimai binaların, yardımçı binaların, sənaye müəssisələrinin yerləşgələrinin və istehsalat binalarının isidilən yerləşgələrinin döşəmə səthinin istilikmənimsəmə göstəricisi Yfdes, (Vt/m2·°C) cədvəl 13-də təyin olunmuş Yfreq, normalaşdırılan istilikmənimsəmə qiymətindən artıq olmamalıdır.

10.2. Döşəmə səthinin istilikmənimsəmə göstəricisinin hesabi qiyməti Yfdes, DQT 2.04-101 üzrə müəyyən olunur.

 

Cədvəl 13

Yfreq  göstəricisinin normalaşdırılan qiymətləri

Binalar, yerləşgələr və ayrı-ayrı sahələr

Döşəmə səthinin istilikmənimsəmə göstəricisi Yfreq, Vt/m2·°C

1. Yaşayış binaları, tibb müəssisələri (xəstəxanalar, klinikalar, stasionarlar və hospitallar), dispanserlər, ambulator-poliklinika müəssisələri, doğum evləri, sosial xidmət və məktəbəqədər təhsil müəssisələri

 

 

12

2. İctimai (1-ci sətirdə verilmiş binalar istisna olmaqla), sənaye müəssisələrinin yardımçı binaları və yerləşgələri, istehsalat binalarının isidilən yerləşgələrinin daimi iş yerləri olan sahələri, harda ki, yüngül fiziki işlər yerinə yetirilir (I kateqoriya)

 

14

3. İstehsalat binalarının isidilən yerləşgələrinin daimi iş yerləri olan sahələri, harada ki, orta ağır fiziki işlər yerinə yetirilir (II kateqoriya)

 

17

4. Heyvanların istirahət yerlərində heyvandarlıq binalarının sahələri altlıqsız saxlanma şəraitində:

a) balalamazdan 2 ay öncə inək və düyələr, döllük öküzlər, yaşı 6 ayadək olan buzovlar, iri buynuzlu mal-qaranı artırmaq üçün cavan heyvanlar, erkək və anac donuzlar, süddən ayrılmış çoşqalar

b) boğaz və təzə doğmuş inəklər, cavan donuzlar, kökəldilmədə olan donuzlar

c) kökəldilmədə olan iri-buynuzlu mal-qara

 

 

11

 

 

13

 

14

10.3. Aşağıdakı hallarda döşəmənin səthinin istilikmənimsəmə göstəricisi normalaşdırılmır:

a) döşəmə səthinin tenperaturu 23°C - dən yuxarı olduqda;

b) istehsalat binalarının isidilən yerləşgələrində, harada ki, ağır fiziki işlər yerinə yetirilir (III kateqoriya);

c) daimi iş yerləri sahəsində taxta lövhələr və ya istilik keçirməyən xalıların döşənməsi şərti ilə istehsalat binalarında;

d) insanların daimi olması ilə əlaqəli olmayan ictimai binaların yerləşgələri (muzey və sərgi zalları, teatr və kinoteatrların foyeləri və s.).

10.4. Heyvandarlıq, quşçuluq və xəzlik heyvan yetişdirmə binalarının döşəmələrinin istilik texnikası hesabatı mövcud normativ sənədlərin tələbləri nəzərə alınmaqla yerinə yetirilməlidir.

11. Normalaşdırılan göstəricilərə nəzarət

11.1. Binaların istilik mühafizəsinin layihələndirilməsi və ekspertizası zamanı normalaşdırılan göstəricilərə nəzarət və binaların enerji effektivliyi göstəricilərinin bu normalara uyğunluğu bu Normaların 12-ci bölməsinə və Əlavə 2-yə uyğun olaraq enerji pasportu daxil olmaqla layihənin “enerji effektivliyi” bölməsində yerinə yetirilməlidir.

11.2. İstismarda olan binaların istilik mühafizəsi və onun ayrı-ayrı elementlərinin normalaşdırılan göstəricilərinə nəzarət və onların enerji effektivliyinin qiymətləndirilməsi natura sınaqları yolu ilə yerinə yetirilməli və alınmış nəticələr enerji pasportunda qeydə alınmalıdır. Binaların istilik texnikası və enerji göstəriciləri DÜİST 31166, DÜİST 31167 və DÜİST 31168 üzrə müəyyən edilir.

11.3. Xarici qoruyucu konstruksiyaların materiallarının istilik texnikası göstəricilərinə nəzarət zamanı qoruyucu konstruksiyaların istismar şəraiti tikinti rayonunun nəmlik zonasından və yerləşgələrin nəmlik rejimindən aslı olaraq cədvəl 2 üzrə təyin edilməlidir.

11.4. Binaların istismara qəbulu zamanı aşağıdakılar yerinə yetirilməlidir:

- bu Normaların 8-ci bölməsinə və DÜİST 31167-ə uyğun olaraq təzyiq fərqi 50 Pa olmaqla binada və ya 2-3 yerləşgədə havadəyişmə mislinə seçmə əsasında nəzarət və bu normalarda verilənlərə uyğun olmadıqda bütün bina üzrə havanüfuzetmənin aşağı salınması üzrə tədbirlərin görülməsi;

- DÜİST 26629-a uyğun olaraq gizli qusurların aşkar edilməsi və onların aradan qaldırılması məqsədilə binaların istilik mühafizəsinin keyfiyyətinə “teploviziya nəzarəti”.

12. Binanın enerji pasportu

12.1. Yaşayış və ictimai binaların enerji pasportu binanın enerji, istilik texnikası və həndəsi xarakteristikalarının bu Normalarla təyin edilmiş göstəricilərə uyğunluğunu təsdiq edən sənəddir.

12.2. Enerji pasportu yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və ictimai binaların layihələrinin işlənib hazırlanması, binaların istismara qəbulu, eləcə də tikilmiş binaların istismarı prosesində doldurulmalıdır.

Bloklaşdırılmış binalarda ayrıca istifadə üçün nəzərdə tutulmuş mənzillərin enerji pasportları ümumi istilik təchizatı sistemli bloklaşdırılmış binalar üçün bütövlükdə binanın ümumi enerji pasportuna əsaslanaraq işlənilə bilər.

Daxili havanın temperaturu +12°C - dən aşağı olan istehsalat təyinatlı binalar üçün enerji pasportu tərtib olunmur, bu halda qoruyucu konstruksiyaların normativ tələblərə uyğunluğunun hesabatı aparılır.

12.3. Daxilində və ya bitişik qeyri-yaşayış yerləşgələrinin faydalı sahəsi mənzillərin sahəsinin 20%-dən çox olan yaşayış binalarının layihəsinin enerji pasportu binanın yaşayış və qeyri-yaşayış sahələri üçün ayrılıqda tərtib edilir. Daxilində və ya bitişik qeyri-yaşayış yerləşgələrinin sahəsi bu göstəricidən az olan yaşayış binalarının layihəsinin vahid enerji pasportu  hazırlanır.

12.4. Binanın layihəsinin enerji pasportu layihənin “Enerji effektivliyi” bölməsinin tərkibində layihəçi tərəfindən tərtib edilir.

12.5. Binanın layihələndirmə tapşırığında enerji effektivliyi sinfi cədvəl 3-dəki təsnifata uyğun olaraq “C” - dən aşağı təyin olunmamalıdır.

12.6. Binanın enerji pasportu mənzil kirayəçiləri və mənzil sahiblərinə, eləcə də binanın mülkiyyətçilərinə göstərilən kommunal xidmətlərə görə hesablaşmalar üçün nəzərdə tutulmamışdır.

12.7. Binanın enerji pasportu aşağıdakı kimi doldurulur:

a) layihənin işlənib hazırlanması mərhələsində və konkret meydançanın şəraitinə uyğunlaşdırılması mərhələsində - layihəçi tərəfindən;

b) tikinti obyektinin istismara verilməsi mərhələsində - binanın tikintisi zamanı ilkin layihədən yol verilmiş kənarlaşmaların təhlili əsasında layihəçi tərəfindən. Bu halda aşağıdakılar nəzərə alınır:

- texniki sənədlərin məlumatları (qəbul komissiyasına təqdim olunan icra cizgiləri, gizli işlərin aktları, pasportlar, arayışlar və sairə)

- layihədə edilmiş dəyişikliklər və tikinti dövründə layihədən razılaşdırılmış kənarlaşmalar;

- obyektin və mühəndis sistemlərinin istilik texnikası xarakteristikalarına riayət olunmasının texniki və müəllif nəzarəti tərəfindən cari və məqsədli yoxlamalarının nəticələri;

Zərurət olduqda (layihədən razılaşdırılmamış kənarlaşmalar, tələb olunan texniki sənədlərin olmaması, zədə və s) sifarişçi və tikitiyə dövlət nəzarəti müfəttişliyi qoruyucu konstruksiyaların sınaqlarının keçirilməsini tələb edə bilər;

 

c)    tikinti obyektinin istismarı mərhələsində -seçmə üsulu ilə və binanın istismarından bir il sonra.

12.8. Binanın enerji pasportuna aşağıdakılar daxil olmalıdır:

- layihə haqqında ümumi məlumat;

- hesablama şərtləri;

- binanın funksional təyinatı və tipi haqqında məlumatlar;

- binanın həcm-planlaşdırma və tərtibat göstəriciləri;

- binanın enerji hesabatı göstəriciləri, o cümlədən enerji effektivliyi, istilik texnikası göstəriciləri;

- normativ göstəricilərə uyğunluğa dair məlumatlar;

- binanın enerji effektivliyinin yüksəldilməsinə dair tövsiyələr;

- bir illik istismar dövründən sonra binanın enerji effektivliyi və istilik mühafizəsi səviyyəsinin ölçülməsinin nəticələri;

- binanın enerji effektivliyi sinfi.

12.9. Bu Normaların 11.2-ci bəndinə əsasən istismar olunan binaların bu Normalara uyğunluğuna nəzarət tikinti materialların, konstruksiyaların və bütövlükdə obyektlərin sınaq metodlarına dair qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq enerji effektivliyinin əsas göstəricilərinin və istilik texnikası göstəricilərinin eksperimental müəyyən edilməsi yolu ilə həyata keçirilir.

Bu halda tikintisinə icra sənədləri qorunub saxlanılmamış binalar üçün enerji pasportları texniki inventarlaşdırma, natura texniki müayinə və ölçmə materialları əsasında tərtib olunur.

12.10. Binanın enerji pasportundakı məlumatların həqiqiliyinə görə məsuliyyəti onun doldurulmasını həyata keçirən təşkilat daşıyır.

12.11. Binanın layihəsinin enerji pasportunun bu normaların tələblərinə uyğunluğu dövlət ekspertizası tərəfindən yoxlanılmalıdır.

12.12. Binanın enerji pasportunun doldurulması üçün forma əlavə 2-də verilmişdir.

 


 

Əlavə 1

(Məcburi olan)

İsitmə dövründə yaşayış və ictimai binaların isidilməsi və ventilyasiyası üçün istilik enerjisinin xüsusi sərfinin hesablanması

1.1.   İsitmə dövründə binaların isidilməsi üçün istilik enerjisinin hesabi xüsusi sərfi qhdes, kC/(m2·°C·sut) və ya kC/(m3·°C·sut) aşağıdakı düstur ilə müəyyən edilir:

qhdes = 103Qhy/(Ah·Dd) və ya qhdes =103Qhy/(Vh·Dd)                         (1.1)

burada, Qhy - isitmə dövründə binanın isidilməsinə sərf edilən istilik enerjisidir, MC;

Ah - mənzillərin döşəmələrinin sahələrinin və ya binanın yerləşgələrinin faydalı sahələrinin (texniki mərtəbələr və qarajlar istisna olmaqla) cəmidir, m2;

Vh - binanın qoruyucu konstruksiyalarının daxili səthləri ilə məhdudlaşdırılan həcmə bərabər qəbul edilən, binanın isidilən həcmidir, m3;

Dd - düstur (1) - də olduğu kimidir.

1.2.   İsitmə dövrü ərzində binanın isidilməsi üçün istilik enerjisinin sərfi Qhy, MC, aşağıdakı düsturla müəyyən edilir:

Qhy = [Qh - (Qint +Qs)· υ ·ζ ] βh                                                      (1.2)

burada, Qh - (1.3) düsturu ilə müəyyən edilən, binanın xarici qoruyucu konstruksiyalarından ümumi istilik itkiləridir, MC;

Qint - (1.6) düsturu ilə müəyyən edilən, isitmə dövrü ərzində məişət istilik daxilolmalarıdır, MC;

Qs - (1.7) düsturu ilə müəyyən edilən, isitmə dövrü ərzində günəş radiasiyasından pəncərə və fənərlərdən daxil olan istiliyin miqdarıdır, MC (meqa coul);

 υ - qoruyucu konstruksiyaların istilik inersiyası hesabına istilikdaxilolmaların aşağı salınma əmsalıdır, υ = 0,8 qəbul edilməsi tövsiyə olunur;

 ζ - istilik sistemlərində istiliyin verilməsinin avtomatik tənzimlənməsinin effektivliyi əmsalıdır və aşağıdakı kimi qəbul edilməsi tövsiyə olunur:

ζ = 1,0 - termostatları olan və girişdə hər fasad üzrə avtomatik tənzimləmə olan və ya mənzillərdə üfqi paylanması ilə birborulu sistemdə;

ζ = 0,95 - termostatları olan və girişdə mərkəzi avtomatik tənzimləmə olan ikiborulu sistemdə;

ζ = 0,9 - termostatları olan və girişdə mərkəzi avtomatik tənzimləmə olan birborulu sistemdə və ya termostatları olmayan və girişdə hər fasad üzrə avtomatik tənzimləmə olan birborulu sistemdə , eləcə də termostatlı və girişdə mərkəzi avtomatik tənzimləmə olmayan ikiborulu sistemdə;

ζ = 0,85 - termostatları olan və girişdə mərkəzi avtomatik tənzimləmə olmayan birborulu sistemdə;

ζ = 0,7 - termostatları olmayan və girişdə avtomatik tənzimləmə olan, daxili havanın temperaturu üzrə korreksiya olunan sistemdə;

ζ = 0,5 - termostatları olmayan və girişdə mərkəzi avtomatik tənzimləmə olmayan-mərkəzi tənzimləmə olan (Məkəzi istilik məntəqəsində və ya qazanxanada ) sistemdə;

βh - isidici cihazların nomenklatur sırasının istilik axınının diskretliyi, radiatorarxası sahələrdən əlavə istilik itkiləri, künc yerləşgələrində havanın temperaturunun yüksək olması, isidilməyən yerləşgələrdən keçən boru kəmərlərin istilik itkiləri ilə əlaqədar olaraq istilik sisteminin əlavə istilik istehlakını nəzərə alan əmsaldır:

- çoxseksiyalı və digər uzun binalar üçün - βh = 1,13;

- qüllə tipli binalar üçün - βh = 1,11;

- zirzəmiləri isidilən binalar üçün - βh = 1,07;

- isidilən çardaqlı, həmçinin mənzillərdə istilik generatorlu binalar üçün- βh=1,05.

1.3. İsitmə dövründə binanın ümumi istilik itkiləri Qh, MC, aşağıdakı düsturla müəyyən edilir:

Qh = 0,0864Km·Dd ·Aesum                                                          (1.3)

burada, Km- binanın ümumi istilikötürmə əmsalıdır, Vt/(m2 0C) və aşağıdakı düsturla təyin olunur:

Km = Km tr + Km inf                                                             (1.4)

Km tr-binanın xarici qoruyucu konstruksiyalarından istilikötürmənin çevrilmiş əmsalıdır, Vt/(m2 °C), aşağıdakı düsturla təyin olunur:

Km tr = (Aw/Rwr + AF/RFr+ Aed/ Redr + Ac/Rcr + n Acl/Rclr + n Af/Rfr + Afl/Rflr)/Aesum    (1.5)

Aw , Rwr - müvafiq olaraq xarici divarların sahəsi (oyuqlar istisna olmaqla) m2 və çevrilmiş istilikötürmə müqavimətidir, m2 0C/ Vt;                    

AF , RFr - həmçinin müvafiq olaraq işıq oyuqlarının (pəncərələrin, vitrajların, fənərlərin);

Aed , Redr - həmçinin müvafiq olaraq bayır qapıların və darvazaların;

Ac, Rcr - həmçinin müvafiq olaraq birləşmiş örtmələrin ( o cümlədən erkerlər üstündə);

Acl , Rclr - həmçinin müvafiq olaraq çardaq örtüklərin;

Af , Rfr - həmçinin müvafiq olaraq kürsü örtüklərinin;

Afl , Rflr - həmçinin keçidlərin üstündəki və erkerlərin altındakı örtüklərin.

Qruntüstü döşəmələr və ya isidilən zirzəmilər layihələndirilərkən kürsü mərtəbənin üstündəki örtüyün Af və Rfr əvəzinə düstur (1.5)-də qruntla təmasda olan divarın Af sahəsi və çevrilmiş istilikötürmə müqaviməti Rfr qoyulur, qruntüstü döşəmələr isə istilik təchizatı və ventilyasiya üzrə normativ sənədinə uyğun olaraq qrunta görə zonalara bölünür və müvafiq Af və Rfr müəyyən edilir.

n – bu Normaların 5.4-cü bəndində olduğu kimidir; istilik və isti su təchizatı sistemlərinin boru kəmərlərinin çəkildiyi zirzəmilərin kürsü örtükləri və isti çardaq örtükləri üçün düstur (5) ilə;

Dd - düstur (1)-də olduğu kimidir, oC sut;

Aesum - düstur (10)-da olduğu kimidir, m2;

Km inf - infiltrasiya və ventilyasiya hesabına istilik itkilərini nəzərə alan, binanın şərti istilikötürmə əmsalıdır, Vt/(m2·°C) aşağıdakı düsturla müəyyən edilir:

Km inf = 0,28 c·na ·βυ·Vh·ρaht·k/Aesum                                     (1.6)

c - havanın xüsusi istilik tutumudur, 1kC/(kq·°C) - ə bərabərdir ;

βυ - binada hava həcminin aşağı düşməsi əmsalıdır və daxili qoruyucu konstruksiyaların mövcud olmasını nəzərə alır. Məlumatlar olmadıqda βυ =0,85 qəbul edilir;

Vh , (m3) Aesum , (m2) - düstur (10) - da olduğu kimidir;

ρaht - isitmə dövründə vurulan havanın orta sıxlığıdır, kq/m3 ,

ρaht = 353 /[273 + 0,5 (tint + text)]                                        (1.7)

na - isitmə dövründə binanın orta havadəyişmə mislidir, st-1, bu Əlavənin 1.4-cü bəndi üzrə təyin olunur.

tint - düstur (2) - də olduğu kimidir, °C;

text - düstur (3) - də olduğu kimidir, °C;

1.4. İsitmə dövründə binanın orta havadəyişmə misli na, st-1, düstur (1.8) üzrə ventilyasiya və infiltrasiya hesabına havadəyişmənin cəminə görə hesablanır,

na = [(Lυ nυ)/168 + (Ginf·k·ninf)/(168ρaht)] / (βυ Vh)                      (1.8)

burada, Lυ - binaya vurulan havanın miqdarıdır (qeyri-mütəşəkkil axanda), ya da mexaniki ventilyasiyada normalaşdırılan qiyməti, m3/st, aşağıdakılara bərabər qəbul edilir:

a)   sosial təyinatlı yaşayış binaları üçün - 3 Al;

b) digər yaşayış binaları üçün - 0,35×3 Al, lakin 30 m-dən az olmayaraq; burada m-binadakı sakinlərin hesabi sayıdır;

c) ictimai binalarda şərti olaraq ofis və servis xidmətləri üçün- 4 Al, tibb və təhsil müəssisələri üçün-5 Al, idman, tamaşa və məktəbəqədər təhsil müəssisələri üçün -6 Al;

Al - yaşayış binaları üçün - yaşayış sahələrinin sahəsi, ictimai binalar üçün-bütün yerləşgələrin sahələrinin cəmi kimi müəyyən edilən (dəhlizlər, tamburlar, keçidlər, pilləkən qəfəsələri, lift şaxtaları, daxili açıq pilləkən və panduslar, həmçinin mühəndis avadanlığının yerləşdirilməsi üçün nəzərdə tutulan yerləşgələr istisna olmaqla) hesabi sahəsidir, m2;

nυ - həftə ərzində mexaniki ventilyasiyanın işləmə saatlarının sayıdır;

168 - həftədə saatların sayıdır;

Ginf - qoruyucu konstruksiyalardan binaya infiltrasiya olunan havanın miqdarıdır, kq/st:

Yaşayış binaları üçün-işıq keçirən konstruksiyaların kip olmayan hissələrindən və qapılardan daxil olan havanın; qeyri iş günlərində ictimai binalar üçün

Ginf = 0,5 βh·Vh qəbul edilməsinə yol verilir;

k - işıq keçirən konstruksiyalarda qarşıya çıxan istilik axınının təsirini nəzərə alan əmsaldır, divar panellərinin birləşmə yerləri üçün -0,7; üç ayrıca çərçivəli pəncərə və balkon qapıları üçün-0,7; həmçinin iki ayrıca çərçivəli olduqda - 0,8; həmçinin qoşa çərçivəli olduqda - 0,9; həmçinin bir çərçivəli olduqda- 1,0;

ninf - həftə ərzində infiltrasiya saatlarının sayıdır (saat), balanslaşdırılmış sorucu-vurucu ventilyasiyalı binalar üçün 168-ə bərabər və vurucu mexaniki ventilyasiyanın işi zamanı yerləşgələrdə havanın təzyiqi qorunub saxlanılan binalar üçün (168-nυ) -ə bərabər qəbul olunur;

 ρaht, βυ , Vh - (1.6) düsturunda olduğu kimidir.

1.5. Yaşayış binasının pilləkən qəfəsəsinə qapı və pəncərə boşluqlarının kip olmayan hissələrindən infiltrasiya olunan havanın miqdarı aşağıdakı düstur üzrə təyin edilir:

Ginf = (Аf /Raf)(ΔPf /10)2/3 + Аed /Ra ed)(ΔPed/10)1/2                       (1.9)

Burada, АfАed - pilləkən qəfəsəsi üçün müvafiq olaraq pəncərə və balkon qapıları və xarici giriş qapılarının sahələrinin cəmidir, m2;

Raf Ra ed - pilləkən qəfəsəsi üçün müvafiq olaraq pəncərə və balkon qapıları və xarici giriş qapıların havanüfuzetməyə tələb olunan müqavimətləridir;

ΔPfΔPed - pilləkən qəfəsəsi üçün müvafi olaraq xarici və daxili havanın hesabi təzyiqlərinin fərqini pəncərə və balkon qapıları və xarici giriş qapıları üçün düstur (13) - də 0,55 kəmiyyətini 0,28 ilə əvəz etməklə və havanın müvafiq temperaturunda düstur (14) üzrə xüsusi çəkini hesablamaqla müəyyən edilir, Pa.

1.6. İsitmə dövrü ərzində məişət istilikdaxilolmaları Qint, MC, aşağıdakı düsturla hesablanır:

Qint = 0, 0864 qint zht Al                                                     (1.10)

burada, qint - yaşayış sahələrinin 1m2 sahəsinə və ya ictimai binaların hesabi sahəsinə düşən məişət istilikdaxilolmaların miqdarıdır, Vt/m2, aşağıdakı kimi qəbul edilir:

a)   sosial təyinatlı (1 nəfər üçün 20 m2 və daha az sahə nəzərdə tutulan) yaşayış binaları üçün - qint = 17 Vt/m2;

b)   sosial norma məhdudiyyəti olmayan (1nəfər üçün 45 m2 və daha çox sahə nəzərdə tutulan) yaşayış binaları üçün - qint = 10 Vt/m2;

c)    digər binalar üçün-mənzilin hesabi məskunlaşmasından asılı olaraq qint kəmiyyətinin interpolyasiyası ilə 17 və 10 Vt/m2 arasında;

d)  ictimai və inzibati binalar üçün məişət istilikdaxilolmaları həftədəki iş saatları nəzərə alınmaqla binada olan insanların (90 Vt/insan), işıqlandırılma (gücünə görə) və otaqlarda istifadə olunan texniki avadanlığın (10 Vt/m2) hesabi sayına görə nəzərə alınır;

zht - düstur (2) - də olduğu kimidir;

 Al - bu Əlavənin 1.4-cü bəndində olduğu kimidir.

1.7. İsitmə dövründə binanın dörd tərəfə istiqamətlənmiş dörd fasad üçün pəncərə və fənərlərdən günəş radiasiyasından daxilolmalar Qs, MC, aşağıdakı düstur üzrə təyin edilir:

Qs = τF kF (AF1I1 +  AF2I2 + AF3I3 + AF4I4) +  τscy kscy AscyIhor        (1.11)

τF və τscy - qeyri-şəffaf elementlərlə doldurulması nəticəsində pəncərələrin və fənərlərin işıq oyuqlarının kölgələnməsini nəzərə alan, layihə verilənlərinə görə qəbul edilən əmsallardır;   

kF və kscy - müvafiq olaraq pəncərə və fənərlərin işıqburaxan doldurulmaları üçün günəş radiasiyasının qismən keçmə əmsallarıdır və müvafiq işıqburaxan məmulatların pasportlarındakı məlumatlara əsasən qəbul edilir; doldurulmaların üfüqə nəzərən mailliyi 450 olan mansard pəncərələr- zenit fənərləri kimi qəbul edilir;

AF1, AF2, AF3, AF4 - binanın dörd istiqamətə yönəlmiş fasadların işıq oyuqlarının sahəsidir, m2;

Ascy - binanın zenit fənərlərinin işıq oyuqlarının sahəsidir, m2;

I1, I2, I3, I4 - isitmə dövründə, buludluluğun mövcud şəraitlərində, şaquli səthlərə düşən günəş radiasiyasının orta kəmiyyəti MC/m2, müvafiq olaraq binanın dörd fasadlarına istiqamətlənmiş, MSP 2.04.101–ə uyğun olaraq təyin edilir

Qeyd. Aralıq istiqamətləri üçün günəş radiasiyasının kəmiyyəti interpolyasiya metodu ilə müəyyən edilir;

Ihor - isitmə dövründə, buludluluğun mövcud şəraitlərində, üfüqi səthlərə düşən günəş radiasiyasının orta kəmiyyəti, DQT 2.04-101-ə uyğun olaraq təyin edilir

 

 


 

Əlavə 2

 

Binanın enerji pasportunun (istilik enerjisinin xüsusi sərfinə görə)

tərtib olunma forması

 

1. Ümumi məlumatlar

 

1.1. Tərtib olunma tarixi (gün, ay, il).

1.2. Binanın ünvanı.

1.3. Layihəni hazırlayan şəxsin adı, soyadı, vəzifəsi.

1.4. Layihəni hazırlayan şəxsin ünvanı və telefonu.

1.5. Layihənin şifri.

1.6. Binanın təyinatı, seriyası.

1.7. Mərtəbələrin, seksiyaların sayı.

1.8. Mənzillərin sayı.

1.9. Sakinlərin və ya işçilərin sayı.

1.10. Tikinti sahəsində yerləşməsi (mövqeyi).

1.11. Konstruktiv həllər.

 

2. Hesabat şərtləri

 

Sıra

№-si

Hesabi parametrlərin adları

Parametrin işarəsi

Ölçü vahidi

Hesabi miqdarı

1.

İstilik mühafizəsinin layihələndirilməsi üçün xarici havanın hesabi temperaturu

tx  (text)*

°C

 

2.

İsitmə dövründə xarici havanın orta temperaturu

txo  (tht)*

°C

 

3.

İsitmə dövrünün müddəti

zis  (zht)*

sutka/il

 

4.

İsitmə dövrünün dərəcə-sutkası

Qs  (Dd)*

°C sutka/il

 

5.

İstilik mühafizəsinin layihələndirilməsi üçün daxili havanın hesabi temperaturu

td  (tint)*

°C

 

6.

Çardaqda olan hesabi temperatur

tçar  (tc)*

°C

 

7.

Yeraltı texniki mərtəbənin (döşəməaltı sahənin) hesabi temperaturu

tyer  (tc)*

°C

 

 

3. Həndəsi göstəricilər

 

Sıra №-si

Göstərici

Göstəricinin işarəsi və ölçü vahidi

Norma üzrə miqdarı

Hesabi layihə miqdarı

Faktiki miqdarı

1

2

3

4

5

6

1.

Mərtəbələr üzrə sahələrin cəmi

Am  (Al)*, m2

 

 

 

2.

Yaşayış otaqlarının sahəsi

Ay  (Al)*, m2

 

 

 

3.

Hesabi sahə (ictimai binalar üçün)

Ah  (Al)*, m2

 

 

 

4.

Binanın isidilən həcmi

Ais  (V)*, m3

 

 

 

5.

Binanın fasadının şüşələnmə əmsalı

F  (P)*

 

 

 

6.

Binanın kompaktlığı

Kkomp  (kedes)*

 

 

 

7.

Binanın xarici qoruyucu konstruksiyalarının ümumi sahəsi m2, o cümlədən:

Axcəm   (Aesum)*, m2

 

 

 

7.1.

Fasadların

Afas

 

 

 

7.2.

divarların (konstruksiyanın növləri üzrə ayrılıqda)

Adiv  (Aw)*

 

 

 

7.3.

pəncərə və balkon qapılarının

Ap.1  (AF)*

 

 

 

7.4.

Vitrajların

Ap.2  (AF)*

 

 

 

7.5.

fənərlərin

Ap.3  (AF)*

 

 

 

7.6.

pilləkən-lift sahələrinin pəncərələrinin

Ap.4  (AF)*

 

 

 

7.7.

xarici keçidlərin balkon qapılarının

Aqapı  (AF)*

 

 

 

7.8.

xarici qapı və darvazaların (ayrılıqda)

Aqapı  (Aed)*

 

 

 

7.9.

örtüklərin (yastı)

Aört  (Ac)*

 

 

 

7.10.

çardaq örtüklərinin

Açar  (Ac)*

 

 

 

7.11.

"isti" çardaq örtüklərinin (ekvivalent)

Açar.isti  (Af)*

 

 

 

7.12.

yeraltı texniki mərtəbələrin (döşəməaltı sahələrin) və ya isidilməyən zirzəmilərin örtüklərinin  (ekvivalent)

At,m.1   (Af)*

 

 

 

7.13.

keçid və ya erkerlərin örtüklərinin

At,m.2   (Af)*

 

 

 

7.14.

yer səthindən aşağıda olan divarların və qruntun üstündə olan döşəmənin (ayrılıqda)

At,m.3  (Af)*

 

 

 

 

4. İstilik texniki göstəricilər

 

Sıra №-si

Göstərici

Göstəricinin işarəsi və ölçü vahidi

Norma üzrə miqdarı

Hesabi layihə miqdarı

Faktiki miqdarı

1

2

3

4

5

6

1.

Xarici qoruyucu konstruksiyaların çevrilmiş istilikötürmə müqaviməti, o cümlədən:

Rohes   (Ror)*,

m2 ·°C/Vt

 

 

 

1.1.

divarların (konstruksiyanın növləri üzrə ayrılıqda)

Ro,divhes  (Rw)*

 

 

 

1.2.

pəncərə və balkon qapılarının

Ro, p.1hes  (RF)*

 

 

 

1.3.

vitrajların

Ro, p.2hes  (RF)*

 

 

 

1.4.

fənərlərin

Ro, p.3hes  (RF)*

 

 

 

1.5.

pilləkən-lift sahələrinin pəncərələrinin

Ro, p.4hes   (RF)*

 

 

 

1.6.

xarici keçidlərin balkon qapılarının

Ro, qapıhes  (RF)*

 

 

 

1.7.

xarici qapı və darvazaların (ayrılıqda)

Ro, qapıhes  (Red)*

 

 

 

1.8.

örtüklərin (yastı)

Ro, örthes  (Rc)*

 

 

 

1.9.

çardaq örtüklərinin

Ro, carhes   (Rc)*

 

 

 

1.10.

"isti" çardaq örtüklərinin (ekvivalent)

Ro, car.isthes  (Rf)*

 

 

 

1.11.

yeraltı texniki mərtəbələrin (döşəməaltı sahələrin) və ya isidilməyən zirzəmilərin örtüklərinin (ekvivalent)

Rt.m.1hes  (Rf)*

 

 

 

1.12.

keçid və ya erkerlərin örtüklərinin

Rt.m.2hes  (Rf)*

 

 

 

1.13.

 yer səthindən aşağıda olan divarların və qruntun üstündə olan döşəmənin (ayrılıqda)

Rt.m.3hes  (Rf)*

 

 

 

 

5. Köməkçi göstəricilər

 

Sıra

№-si

Göstərici

Göstəricinin işarəsi və ölçü vahidi

Normalaşdırılan miqdarı

Hesabi layihə miqdarı

1.

Binanın ümumi istilikötürmə əmsalı

 

 Küm   (Kmtr)*, Vt/(m2·°C)

 

 

2.

Hava mübadiləsinin xüsusi normasına uyğun isitmə dövründə binanın hava mübadiləsinin orta misli

nh  (na)*, saat-1

 

 

3.

Binada xüsusi məişət istilik ayırmaları

qməiş  (qint)*, Vt/m2

 

 

4.

İstilik enerjisinin tarif qiyməti

Cist, man/kVt·saat

 

 

5.

Tikinti ərazisində istilik şəbəkələrinə qoşulma və isitmə avadanlığının xüsusi qiyməti

Cist,

man/(kVt·saat/il)

 

 

6.

Enerji vahidinin qənaətindən xüsusi gəlir

gəl,

man/(kVt·saat/il)

 

 

 

6. Xüsusi xarakteristikalar

 

Sıra №-si

Göstərici

Göstəricinin işarəsi və ölçü vahidi

Normalaşdırılan miqdarı

Hesabi layihə miqdarı

1.

Binanın xüsusi istilik mühafizə xarakteristikası

Küm, Vt/(m3·°C)

 

 

2.

Binanın xüsusi havalandırma xarakteristikası

Khav, Vt/(m2·°C)

 

 

3.

Binanın məişət istilik ayırmaların xüsusi xarakteristikası

Rməiş, Vt/(m3·°C)

 

 

4.

Günəş radiasiyasından istilik daxilolmalarının xüsusi xarakteristikası

Krad, Vt/(m3·°C)

 

 

 

7. Əmsallar

 

Sıra №-si

Göstərici

Göstəricinin işarəsi və ölçü vahidi

Norma üzrə miqdarı

1.

İsitmənin avtomatik tənzimlənməsinin effektivliyi əmsalı

ζ

 

2.

Mənzillərdə isitmə üçün istilik enerjisinin sərfi qeydə alındıqda, yaşayış binalarında istilik istehlakının azalmasını nəzərə alan əmsal

ξ

 

3.

Rekuperatorun  effektivliyi əmsalı

ksəm

 

4.

İstilik daxilolmasının (istilik itkilərini üstələdikdə) istifadəsinin azalmasını nəzərə alan əmsal

υ

 

5.

İsitmə sisteminin əlavə istilik itkilərini nəzərə alan əmsal

βh

 

8. Enerji effektivliyin kompleks göstəriciləri

 

Sıra №-si

Göstərici

Göstəricinin işarəsi və ölçü vahidi

Göstəricinin norma üzrə miqdarı

1.

İsitmə dövründə binanın isidilməsinə və havalandırılmasına sərf olunan istilik enerjisinin xüsusi hesabi xarakteristikası

qpisit, Vt/(m3·°C) [Vt/(m2·°C)]

 

2.

İsitmə dövründə binanın isidilm