Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nin təsdiq edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 318 nömrəli, “Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 6 fevral tarixli 38 nömrəli və “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nın təsdiq edilməsi və “Hökumət buludu” ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 3 mart tarixli 1621 nömrəli Fərmanının 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 318 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1382; 2014, № 1, maddə 71, № 2, maddə 201, № 6, maddələr 734, 747; 2016, № 3, maddə 597, № 5, maddə 955, № 9, maddə 1594, № 12, maddə 2241; 2019, № 1, maddə 163, № 3, maddə 565; 2020, № 10, maddə 1304; 2021, № 2, maddə 194, № 9, maddə 1065; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 aprel tarixli 136 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nə aşağıdakı məzmunda 38-ci hissə əlavə edilsin:
38.
|
“Elektron prokurorluq” informasiya sistemi
|
Azərbaycan Respublikasının Baş Prokurorluğu
|
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 336, № 3, maddə 560) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin Siyahısı”na aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:
5.
|
Azərbaycan Respublikasının Baş Prokurorluğu
|
5.1.
|
“Elektron prokurorluq” informasiya sistemi
|
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1316; 2021, № 2, maddə 203, № 4, maddələr 416, 418, № 9, maddə 1064, № 12, maddə 1510; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 aprel tarixli 131 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”na aşağıdakı məzmunda 91-ci sətir əlavə edilsin:
91.
|
Azərbaycan Respublikasının Baş Prokurorluğu
|
|
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 24 iyun 2022-ci il
№ 247