×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
27.05.2022
QEYDİYYAT NÖMRƏSİ
537-VIQD
ADI
“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 01.07.2022, Nəşr nömrəsi: 137), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30.06.2022, Nəşr nömrəsi: 6, Maddə nömrəsi: 590)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.07.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12 (I kitab), maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12 (I kitab), maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190, № 11, maddə 2207, № 12 (I kitab), maddələr 2465, 2516; 2019, № 3, maddə 369, № 5, maddə 790, № 11, maddə 1693, № 12, maddə 1909; 2020, № 5, maddə 506, № 11, maddələr 1324, 1325, № 12 (I kitab), maddələr 1428, 1430; 2021, № 1, maddə 9, № 12, maddələr 1322, 1324, 1325) 2-ci maddəsində “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)” Azərbaycan Respublikasının yubiley medalı” hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalı.”.

Maddə 2. “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 may 2022-ci il

№537-VIQD


 

 

Azərbaycan Respublikasının

2022-ci il 27 may tarixli 537-VIQD nömrəli

Qanunu ilə təsdiq edilmişdir

 

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında

 

ƏSASNAMƏ

 

Maddə 1. Təltif edilən şəxslər

1.1. “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər:

1.1.1. ətraf mühitin mühafizəsi ilə bağlı mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə;

1.1.2. ətraf mühitin mühafizəsi ilə bağlı obyektiv informasiyanın yayılmasına və görülən işlərin təbliğinə verilən töhfəyə görə;

1.1.3. ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə.

Maddə 2. Təltif edən orqan

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.


 

 

Azərbaycan Respublikasının

2022-ci il 27 may tarixli 537-VIQD nömrəli

Qanunu ilə təsdiq edilmişdir

 

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri

 

Maddə 1. Medalın ümumi təsviri

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 36 mm olan lövhədən ibarətdir.

 

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfi dairəvi xətlə haşiyələnmişdir, mərkəzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) embleminin elementləri olan günəş, yarpaq, dağ (zirvə) və dalğa rəmzli kvadratlardan ibarət kompozisiya təsvir edilmişdir.

2.2. Medalın ön tərəfində yuxarıdan aşağıya doğru çevrə boyunca “ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ SAHƏSİNDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” sözləri həkk olunmuşdur və yuxarı hissənin mərkəzində, yazıların arasında, səkkizguşəli ulduz təsvir edilmişdir.

2.3. Medalın ön tərəfinin səthi nahamardır, dairəvi xətt, emblem, səkkizguşəli ulduz və sözlər relyeflidir, boz rəngdədir.

 

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində “AZƏRBAYCAN RESPUBLİKASININ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ” sözləri həkk olunmuşdur.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

3.3. Bütün yazılar və rəqəmlər relyefli və boz rəngdədir.

 

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan 50 mm x 37 mm ölçülü xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5,5 mm, aşağı hissəsinə isə 40 mm x 5,5 mm ölçülü boz rəngli metal lövhə bərkidilmişdir.

4.2. Xara lentin üzərində mərkəzdə 7 mm enində boz, mərkəzdən sağ və sol kənarlara doğru 15 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir edilmişdir.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status